Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3565/2023 08.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1476 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6,30 manat pulun və 34,83 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1517,13 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə müxtəlif tarixlərdə baxış keçirilərkən zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Həsən, ev (bina) 0007, mənzil 0298 küçəsində Cavabdeh tərəfindən qaz xəttinə sayğacsız özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat. Cəmi 1476 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1482,30 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobus şəkilsə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, "Azəriqaz" İB-nin iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş edir. Məsələnin məğzinin məhkəməyə aydın olması üçün qısaca məlumat vermək istəyir. Belə ki, o, cavabdehdən sənədsiz evi şifahi razılaşma əsasında 2021-ci ildə almış, iddia tələbi üzrə borc məbləği isə, iddia ərizəsinə əlavə olunmuş müvafiq aktlardan göründüyü kimi qazdan qanunsuz istifadəyə görə 2020-ci ildə yaranmışdır. Mövcud evin yerləşdiyi torpaq sahəsinə sənəd ala bilməsə də, həmin evin ona məxsus olduğunu təsdiq edən fakt kimi kommunal xidmətlərə dair sayğacların adına keçirilməsi üçün müraciətlər etməyə başlamış, iddia tələbi üzrə qaz borcundan da evi alan zaman deyil, cari ilin əvvəlində qaz sayğacını adına keçirmək üçün prosedurlara başladığı zaman məlumatı olmuşdur. Belə ki, nə evi aldığı 2021-ci il tarixdən cari ilin əvvəlinə kimi "Azəriqaz" İB-nin borc barədə verdiyi bildiriş qəbzlərində həmin borc barədə hər hansı bir qeyd göstərilmiş, yalnız cari ay üzrə istifadə edilmiş qaza görə məbləğlər göstərilmiş, nə də evi alan zaman cavabdeh tərəfindən ona bu barədə məlumat verilmişdir. Sayğacı adına keçirməklə bağlı müraciətindən sonra, indiyə kimi sözügedən borcla bağlı məlumat verilmədiyi barədə narazılığını bildirdikdən sonra, borc barədə qəbzlərdə qazdan qanunsuz istifadəyə görə yaranmış borc məbləğinin göstərilməsinə başlanılmışdır. Yuxarıda qeyd etdiyi və iddia ərizəsində düzgün olaraq göstərildiyi kimi, onun deyil, Cavabdeh tərəfindən qaz xəttinə sayğacsız özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur. Bu məsələyə onun heç bir aidiyyəti olmamışdır. Həmçinin bildirir ki, həmin borcun tərəfindən ödəniləcəyi barədə cavabdeh qarşısında hər hansı bir şifahi və ya rəsmi öhdəlik götürməmiş, yuxarıda qeyd etdiyi kimi, borcdan evi aldığı tarixdən çox sonra məlumatlı olmuşdur. Evin faktiki olaraq ona məxsus olması o demək deyil ki, həmin borc ona aid edilməlidir. Başqasının yol verdiyi təqsirə görə aidiyyəti olmayan başqa bir şəxs cavab verə bilməz, səbəbli əlaqə olmalıdır. Borc məbləği ona aid edilərsə, başqasının təqsirinə görə o cəzalanmış olacaq. Təbii ki, evi alan zaman həmin borcdan məlumatlı olsaydı, yalnız borc ödənildiyi təqdirdə və ya evin qiymətindən borc məbləği çıxıldıqdan sonra həmin evi alardı. Yuxarıda qeyd etdiyi halları nəzərə alınmağını və iddia tələbinin təmin olunmasını, yəni borcun cavabdehə aid edilməsini xahiş edir. Əlavə olaraq, ayağından zədə aldığını və epilepsiya xəstəsi olduğunu nəzərə alaraq, prosesdə iştirak edə bilməyəcəyini diqqətinizə çatdırır, bu halın da nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: **********00298 nömrəli abonentin saldosunun surətindən görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2020-ci il üçün borcu 1476 manat təşkil edir. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, sayğacsız təbii qazdan qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8856 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Yəni: 1. 2X24X90=2592m3
2. 5X24X90=3240m3
3. 4X24X90=3024m3 Cəmi: 8856 m3 İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman sayğacsız təbii qazdan qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Yəni: 1. 2X24X30=864m3
2. 5X24X30=1080m3
3. 4X24X30=1008m3 Cəmi: 2952 m3 İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, sayğacsız təbii qazdan qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Yəni: 1. 2X24X30=864m3
2. 5X24X30=1080m3
3. 4X24X30=1008m3 Cəmi: 2952 m3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Həsən küçəsi, ev 7, 298 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 34,83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1476 manat məbləğində zərərin tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2020-ci ilin may ayı üzrə 1476 manat məbləğində borcunun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və cavabdehdən 129,60 manat tutulmalıdır iddiaçının xeyrinə. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün (1.2x12x90=1296 m3) QSSQnın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlı qaz sərfi ¼ m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Məhkəmə, həmçinin qaz sərfiyyatının hər m3-ni 0,10 manata vurmaqla hesablanmasını zəruri hesab edir. Belə ki, X2 uyğun olaraq 2020-ci ildə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün (1.2x12x90=1296 m3) QSSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlı qaz sərfi ¼ m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və cavabdehin kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borc 129,60 manat olmalıdır. Məhkəmə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc) da əsaslı hesab edir. Belə ki, iddiaçı sayğacla bağlı faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc) iddia edir, lakin cavabdeh tərəfindən sözüqedən borcun olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə cavabdehdən 129,60 manat və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc), ümumilikdə 135,90 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə cavabdehdən 129,60 manat və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc), ümumilikdə 135,90 manat məbləği təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********00298) İddiaçı xeyrinə 129,60 manat və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,30 manat borcu (debitor borc), ümumilikdə 135,90 (yüz otuz beş manat, doxsan qəpik) manat tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı