Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3584/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliyinin pozulması və vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-VF-*** dövlət qeydiyyat nişanlı, “Tayota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan olaraq 1250 manat, icarə haqqından qalmış 250 manat və eyni zamanda **-YX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Acsent” markalı avtonəqliyyat vəsitəsinə dəymiş zərər olaraq 300 manat, icarə haqqından qalmış 500 manatı, ümumilikdə 2300 (iki min üç yüz) manatın və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ceyhun Atakişiyevə məxsus onun istifadəsində olan **-VF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı nəqliyyat vasitəsini Cavabdeh hər gün 20 manat ödəniş ödənilmək, hər həftə 140 manat olmaqla aylıq 600 manat olmaqla icarəsinə və istifadəsinə vermişdir. Nəqliyyat vasitəsinin sonuncuya verilməsini nəqliyyat vasitəsinin istifadə edilməsi üçün verilmiş etibarnamədə və 07 aprel 2022-ci il tarixli icarə müqaviləsində də öz sübutunu göstərir. Qeyd olunan cavadehin istifadəsində olan zaman nəqliyyat vasitəsinin mator hissəsi tam sıradan cıxaraq yararsız vəziyyətə düşmüşdür. Baxmayaraq ki, müqavilənin 2.1.5-ci bəndində qey olunmuşdur ki, aftomobilin hır hansi bir hissəsi xarab olduqda sürücü tərəfindən təmir və ya yenisi ilə əvəz olunmalıdır. O, özü bir müddət gözləməli olsa da özü 1100 (bir min yüz) AZN ödəyərək mühərriki dəyişdirmişdir. Bundan başqa 150 manat cərimələrini ödəmişdir. 250 manat icarə haqqından borclu qalaraq cəmi 1500 (bir min beş yüz) manat borcla təzədən maşını vermişdir cavabdehə. O, isə bir müddət gündəlik icarə haqqını ödəyərək köhnə borcdan hecnə ödəməmişdir. Halbuki demişdir ki, hər həfdə 100 manat borcdan ödəyəcəkdir. Bütün bunlar Vatcap yazışmalarında öz əksini tapır. 2024-cü ilin aprel-may aylarından 2007-2008-cil buraxılışlı “Toyota Prius” markalı aftomaşınları taksi fəaliyyəti ilə məşğul olmağı qadağan etdilər. O, həm cavabdeh işsiz qalmasın həmdə 1500 manat olan köhnə borcunu qaytara bilsin deyə 2012-ci il buraxılış ili “Hyundai Akcent” markalı aftomaşını iyul ayında qeydiyyatdan keçirərək cavabdehə vermişdir. Bu qədər yaxşılığın qarşılığında masının arxa fara və arxa buferini qıraraq 150 manat, 150 manatlıq cerimə və 500 manatda icarə haqqından borcu qalaraq bu günkü günədək ümumilikdə 2300 (iki min üç yüz) manat borcu ödəməkdən yayınır. Baxmayaraq ki, WOTSAP yazışmalarında hamısını etiraf edir. Lazım olsa olların hamısını məhkəməyə təqdim edə bilər. Artıq aylardır ki, cavabdehin əlindən ziyana məruz qalmışdır. Hesab edir ki, vurulmuş zərərlər cavabdeh tərəfindən qanunauyğun surətdə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X2 məxsus nəqliyyat vasitəsinin etibarnamə əsasında cavabdehin istifadəsinə verildiyi üçün nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsindədə cavabdehlər birgə məsuliyyət daşıyırlar. Çünki cavabdehlər rəsmi olmasa da, qeyri rəsmi ailə münasibətlərində olmuş bir mənzildə yaşamış və birgə təsərüffat aparmışlar. Həttda dəymiş zərərin ödənilməsi ilə bağlı danışıqlar aparıldığı zaman onlar bir birlərinin adından danışmış və zərərin ödənilməsi ilə bağlı müxtəlif vədlər vermişlər. Lakin məqsədləri vurulmuş zərəri ödəmək yox, vaxtı uzatmaq imiş. Cavabehlərin onlara etibar edilən əmlaka qarşı laqeyd yanaşmaları nəticəsində X1 əmlakı yararsız vəziyyətə düşmüşdür. Məhkəmənin 12 may 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdehdən avtomobili icarəyə götürmüş, lakin ödənişlərə gecikmələri olduğu üçün əvvəl “Toyota Prius” markalı nəqliyyat vasitəsini, sonra isə “Hyundai Accent” markalı nəliyyat vasitəsini təhvil vermişdir. “Toyota Prius” markalı nəqliyyat vasitəsinə görə 250 manat borcu qalmışdır. Maddi ziyan isə vurmamışdır. “Hyundai Accent” markalı nəliyyat vasitəsinə 150 manat dəyərində ziyan vurmuşdur. 500 manat isə icarə borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ** VF *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsini 06 mart 2023-cü il tarixdə icarəyə vermiş, 01 mart 2024-cü il tarixdə matorun sıradan çıxması səbəbindən geri təhvil almışdır. Cavabdeh 10 gün müddətində onu təmir etdirəcəyinə söz versə də, may ayının 10-una qədər heç tədbir görməmişdir. 27 may 2024-cü il tarixdə isə ** YX *** dövlət qeydiyyat nişanlı Hundai Acsent markalı nəqliyyat vasitəsini icarəyə vermiş, 12 dekabr 2024-cü il tarixdə geri almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış tam maddi məsuliyyətli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı buraxılış ili 2007, rəngi gümüşü metalik olan “Toyota Prius” minik markalı, **-VF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh xidməti ehtiyacları üçün istifadəsinə vermişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, icarəçi, müqavilədə qeyd edilən nəqliyyat vasitəsini 06 mart 2023-cü il tarixdə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən, icarəçi, icarəyə alınmış Nəqliyyat vasitəsinin sıradan çıxmış ehtiyyat hissələrini öz hesabına dəyişib təmir etməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən isə, icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsinin 1 (bir təqvim günü müddətinə icrarəsi üçün icarəyə verənə 20 manat məbləğində icarə haqqını ödəyir. Hər həftənin bazar günü 140 manat ödəmək və nəqliyyat vasitəsi icarəçiyə qalmamaq şərti qeyd edilmişdir. Həmin müqavilənin 6.1.3cü maddəsinə əsasən, icarəyə alınmış nəqliyyat vasitəsinin vəziyyəti İcarəçinin cavabdeh olmadığı səbəblərdən xeyli pisləşdikdə və nəticədə bu əmlakdan birbaşa təyinatı üzrə istifadəsi mümkün olmadıqda müqavilə ləğv edilə və ya dəyişdirilə bilər. 06 mart 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən İddiaçı buraxılış ili 2007, rəngi gümüşü metalik olan “Toyota Prius” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam saz vəziyyətdə icarəçinin istifadəsinə icarəyə təhvil vermiş, icarəçi Cavabdeh isə həmin nəqliyyat vasitəsini icarəyə qəbul etmişdir. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış tam maddi məsuliyyətli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı buraxılış ili 2012, rəngi qara olan “Hyundai Accent” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh xidməti ehtiyacları üçün istifadəsinə vermişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, icarəçi, müqavilədə qeyd edilən nəqliyyat vasitəsini 27 may 2024-cü il tarixdə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən, icarəçi, icarəyə alınmış Nəqliyyat vasitəsinin sıradan çıxmış ehtiyyat hissələrini öz hesabına dəyişib təmir etməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən isə, icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsinin 1 (bir) aylıq müddətinə icarəsi üçün İcarəyəverənə 650 (altı yüz əlli) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndində onun 27 may 2024-cü il tarixdən, 27 may 2027-ci il tarixədək bağlanmış olduğu göstərilmişdir. 27 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən İddiaçı buraxılış ili 2012, rəngi qara olan “Hyundai Accent” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçinin istifadəsinə icarəyə təhvil vermiş, icarəçi Cavabdeh isə həmin nəqliyyat vasitəsini icarəyə qəbul etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, ona məxsus **- VF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan olaraq 1250, icarə haqqından qalmış 250 manat və eyni zamanda **-YX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər olaraq 300 manat, icarə haqqından qalmış 500 manat, ümumilikdə 2300 (iki min üç yüz) manatı ödəməsi Cavabdeh tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərlıq edilmişdir. 12 may 2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, müstəqil ekspert X3 ziyanın məbləğini təyin etmək məqsədilə ban nömrəsi JTDKB20U583334407, 2007-ci il il buraxılışlı, gümüşü metalik rəngdə olan, “Toyota Prius” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxışı keçirmiş və müəyyən etmişdir ki, avtomobilin tam sökülüb yığılması, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri, ümumilikdə 1295 manat təşkil edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin icarə müqavilələrinin bağlanması və həmin müqavilələrə əsasən “Toyota Prius” minik markalı, **-VF-*** və “Hyundai Accent” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. İddiaçı icarəyə verilən **-VF-*** dövlət qeydiyyat nişanlı, “Tayota Prius” markalı avtonəqliyyat vasitəsinin icarəsinə görə cavabdehin 250 manat, **-YX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Acsent” markalı avtonəqliyyat vəsitəsinin icarəsinə görə isə 500 manat borcunun yarandığını, o cümlədən cavabdehin həmin nəqliyyat vəsitələrinə ziyan vurduğunu iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Cavabdeh icarə haqqı üzrə yarandığı iddia edilən borc məbləğlərini etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə isə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci madddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir. Ona görə də, məhkəmə hesab edir ki, “Toyota Prius” markalı nəqliyyat vasitəsinin icarəsinə görə 250 manat və “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin icarəsinə görə isə 500 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa cavabdeh “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə 150 manat məbləğində ziyan vurduğunu da etiraf etmişdir. Bu mənada məhkəmə, həmin hissədə də iddianı əsaslı hesab edərək bununla bağlı əlavə əsaslandırma aparmağı zəruri bilmir və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bununla belə məhkəmə, iddiaçının “icarəyə verilmiş nəqliyyat vasitələrinə vurulmuş ziyanın cavabdehdən tutulması” tələbinin digər hissələrini əsaslı hesab etmir. Belə ki, iddiaçı icarə verilmiş nəqliyyat vasitələrinə cavabdeh tərəfindən ziyan vurulduğunu iddia etsə də, bu iddiasını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyi də fərqli qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, həmin rəydə “Toyota Prius” markalı nəqliyyat vasitəsində müəyyən təmir işlərinin aparılmalı olduğu göstərilsə də, həmin ziyanın məhz cavabdeh tərəfindən vurulmuş olduğu sübuta yetirilmir. Digər tərəfdən iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdeh tərəfindən 01 mart 2024-cü il tarixdə qaytarıldığını bildirsə də, sözügedən rəy bundan 2 ay sonrakı tarixə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3584/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3584/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver