Məhkəmə qərarları › İş №e-2(001)-3595/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3595/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3595/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə məhkəməyə ərizə ünvanlayaraq, işi baxılmamış saxlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, habelə dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddianın qaldırılması üçün məhkəmənin hesabına ödənilmiş 34 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar