Məhkəmə qərarları › İş №e-2(001)-3635/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3635/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3635/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019cu il tarixli 009A********** saylı və 009A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 009A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 242,10 manat məbləğində kredit borcu, 3,20 manat məbləğində faiz borcu və 138,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 384,29 manat məbləğində borcun, 009A********** saylı kredit müqaviləsi üzrə 1073,64 manat məbləğində kredit borcu, 13,25 manat məbləğində faiz borcu və 558,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1645,31 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumlikdə cəmi 2029,96 manat məbləğində borcun və 40,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 245,98 (iki yüz qırx beş) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3,88 manat ödəniş etmiş və onun iddiaçıya 242,10 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 581 gün üçün hesablanmış faiz borcu 3,20 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 581 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 138,99 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1115,16 (min yüz on beş manat 16 qəpik) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 41,52 manat ödəniş etmiş və onun iddiaçıya 1073,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 548 gün üçün hesablanmış faiz borcu 13,25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 548 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 558,42 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində iddia tələbini qismən qəbul etdiyini, kredit götürdüyünü, müəyyən ödənişlər etsə də, maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilmədiyini qeyd edərək, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC nümayəndəsinin iştirakını təmin etməmiş, lakin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini və onların iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirib, ərizəsində qeyd olunanlara uyğun izahat verərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 245,98 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 (sıfır tam yüzdə iki) faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Mülki işin materiallarında olan ödəniş planından görünür ki, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən 245,98 manat məbləğində kredit vəsaitinin 12 iyul 2024-cü ilə kimi qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 1115,16 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 (sıfır tam yüzdə iki) faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Mülki işin materiallarında olan ödəniş planından görünür ki, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən 1115,16 manat məbləğində kredit vəsaitinin 12 iyul 2024-cü ilə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 16 mart 2022-ci il tarixə 1073,64 manat məbləğində əsas borc, 13,25 manat məbləğində faiz borcu və 558,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1645,31 manat borcu yaranmışdır. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 242,10 manat məbləğində əsas borc, 3,20 manat məbləğində faiz borcu və 138,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 384,29 manat borcu yaranmışdır. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh göndərilmiş bildirişdən və bildirişin cavabdehə çatdırılmasını təsdiq edən qəbzin surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -424.2-ci maddəsinə görə Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. -424.3-cü maddəsinə görə Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Digər tərəfdən, iddiaçı 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə isə 138,99 manat məbləğində, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 558,42 manat məbləğində cərimə borcu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 138,99 manat məbləğində hesablanmış cərimə məbləğinin 24 (iyirmi dörd) manat həcmində müəyyənləşdirilməsini, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 558,42 manat məbləğində hesablanmış cərimə məbləğinin 107 (yüz yeddi) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddia qismən təmin edilməli, ondan İddiaçı QSC-nin xeyrinə 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 242,10 manat məbləğində əsas borc, 3,20 manat məbləğində faiz borcu və 24 manat məbləğində cərimə borcu, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1073,64 manat məbləğində əsas borc, 13,25 manat məbləğində faiz borcu və 107 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1463,19 manat borc tutulmalı, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 009A********** saylı və 009A********** saylı kredit müqavilələri ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 40,30 manat dövlət rüsumunun 29 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 11,30 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 242,10 (iki yüz qırx iki manat 10 qəpik) manat məbləğində əsas borc, 3,20 (üç manat 20 qəpik) manat məbləğində faiz borcu, 24 (iyirmi dörd) manat məbləğində cərimə borcu, 12 iyul 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1073,64 (min yetmiş üç manat 64 qəpik) manat məbləğində əsas borc, 13,25 (on üç manat 25 qəpik) manat məbləğində faiz borcu, 107 (yüz yeddi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1463,19 (min dörd yüz altmış üç manat 19 qəpik) manat məbləğində borc və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı QSC-yə ödənilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 009A********** saylı və 12 iyul 2019-cu il tarixli 009A********** saylı Kredit müqavilələri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar