Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3664/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emin oğlunun katibliyi ilə İddiaçı X9 Bakı Filialının Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X9 Bakı Filialı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X9 Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsinə əsasən borcalana bank tərəfindən illik kreditdən istifadə haqqı 17% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 17000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi X9 Bakı filialı ilə Cavabdeh1 arasında 343 saylı, Cavabdeh3 arasında 344 saylı və Cavabdeh4 arasında 345 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 606,10 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 7273,20 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 4387,00 manat ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 27% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 15442,90 manat təşkil edir. Bundan 14837,15 manat əsas borc, 605,75 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Zaminlərlə bağlanmış müqavilələrin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borcu bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Ona görə də cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 oglundan müştərək qaydada əsas borca görə 14837,15 manat, faiz borcuna görə 957,42 manat olmaqla cəmi 15794,57 manat borcun və ödənilmiş 136,33 manat dövlət rüsumunun tutularaq X9 Bakı filialına ödənilməsinə dair qətnamə şıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı X9 Bakı Filialının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edib izahatında göstərmişdir ki, iddiaçı ilə bağladığı müqaviləyə əsasən 17000 manat borc almış, maddi imkanı olmadığından cədvəl üzrə ödənişləri apara bilməmiş, son ödənişini 2023-cü ilin aprel ayında etmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X8 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 17000 manat kredit verməyi öhdəsinə götürmüşdür. X9 Bakı Filialının xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 17000 manatı Cavabdeh2 vermişdir. X9 Bakı Filialının xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 17000 manat, faiz borcuna görə 4819,36 manat olmaqla cəmi 21819,36 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X8 İran Bakı Filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 345 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, X8 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 17000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında tamamilə yerinə yetirilənədəkdir. X8 İran Bakı Filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 343 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, X8 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 17000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında tamamilə yerinə yetirilənədəkdir. X8 İran Bakı Filialı ilə zamin Cavabdeh3 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 344 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, X8 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 17000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında tamamilə yerinə yetirilənədəkdir. X9 Bakı Filialının Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. X9 Bakı Filialının xx.xx.2023-cü il tarixli 2023-951 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə əsas borca görə 14837,15 manat, faiz borcuna görə 957,42 manat olmaqla cəmi 15797,57 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14837,15 manat, faiz borcuna görə 957,42 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022ci il tarixli № 309 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14837,15 manat, faiz borcuna görə 957,42 manat, dövlət rüsumuna görə 136,33 manat olmaqla cəmi 15930,9 manat X9 Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3664/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3664/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver