Məhkəmə qərarları › İş №e-2(001)-3672/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3672/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3672/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı “Finca Azərbaycan” MMQBKT-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azərbaycan” MMQBKT Cavabdehlər Cavabdeh1 X6 Öhdəliyə əsas olan müqavilənin **********051 / xx.xx.2022-ci il nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2024-cü il Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 8000 Faiz dərəcəsi: 27 % Ödənilməmiş əsas borc: 3022,99 Ödənilməmiş faiz borcu: 260 Tələb olunan dəbbə pulu 519,36 məbləği: Tutulmalı olan cəmi məbləğ: 3802,35 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 462.1, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 467, 470, 472 və 739 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Finca Azərbaycan” MMQBKT-nin cavabdeh X6 arasında bağlanılmış **********051 saylı, xx.xx.2022-ci tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 8000 manat məbləğində, illik 27% dərəcəsilə 24 ay müddətinə kredit verir, borcalan isə verilmiş krediti, o cümlədən üzərinə hesablanmış faizləri və digər ödənişləri müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan *************-******* nömrəli, xx.xx.2022-ci tarixli zaminlik müqaviləsindən görünür ki, X3 borcunun təminatı olaraq Cavabdeh1 və ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 Banka xx.xx.2024-cü il tarixə 3022,99 manat əsas, 260 manat faiz, 519,36 manat cərimə borcu olmaqla, cəmi 3802,35 manat borcu vardır. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat müqavilə üzrə 3022,99 manat əsas, 260 manat faiz, 519,36 manat cərimə borcu olmaqla, cəmi 3802,35 manat borcu tələb edir. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdeh X3 iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi üzrə zamin kreditor qarşısında X3 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı-kreditor “Finca Azərbaycan” MMQBKT qarşısında cavabdeh-borclu X6 ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 519,36 manat cərimə borcu tələb edir. Məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği yüksəkdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və cavabdehdən 50 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X6 və Cavabdeh1 3022,99 manat əsas borc, 260 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 3332,99 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 58,03 manat “Finca Azərbaycan” MMQBKT-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 və Cavabdeh1 3022,99 manat əsas borc, 260 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 3332,99 (üç min üç yüz otuz iki manat doxsan doqquz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 58,03 manat tutularaq “Finca Azərbaycan” MMQBKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar