Məhkəmə qərarları › İş №e-2(001)-3715/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3715/2023

19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3715/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X4 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Binəqədi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 5V DİN, 8 nömrəli mənzilində yaşamış X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2013-cü il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2013cü il tarixdə 32.26 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0421 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, yoxlma keçirilən zaman mənzil sakini Pərviz Mirzəzadənin iştirakı təmin edilmiş, o, KATV1-ə müqavilə bağlamadan baxdığını etiraf etmiş və tərtib edilmiş aktı imzlayaraq qəbul etmişdir. Daha sonra yəni xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0904 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, yoxlma keçirilən zaman mənzil sakini Fərid Mirzəyevin iştirakı təmin edilmiş, o, tərtib edilmiş aktı imzlayaraq qəbul etmişdir. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirəm ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2013-cü ildən, qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddət 265 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 79,50 manat maddi ziyan təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş məktub “Məmmədov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza atılmaqla qəbul edilmişdir. Lakin vurulmuş zərər bu günədək ödənilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclası hər iki tərəfin iştirakı ilə keçirilmiş və iclas cavabdehin şifahi vəsatətinə əsasən təxirə salınmışdır. Həmin iclasda iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, sözügedən mənzil onun mülkiyyətində olmuş və o, 2014-cü ildə həmin mənzili satmışdır. Tərtib edilmiş aktlarda adları qeyd olunmuş Pərviz və Fərid onun oğullarıdır. Pərvizin 35 yaşı var, Fəridin isə 20. İstənilən sənədə imza edə bilərlər. Onlara niyə imzalatmışlar aktı. Atalarını çağırardılar da. Pərviz uşaqdır. Ola bilsin səhv edib qoşulub. Əgər evi satana qədər qanunsuz qoşulma var idi – gəlib kəsərdilər. Kəsməyiblərsə - bu onun məsuliyyəti deyil. Amma hər bir halda böyük bir məbləğ deyil, 79 manatı ödəməyə razıdır. Lakin tam olaraq birdəfəyə deyil, hissə-hissə ödəyəcək. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ‘’AG Telekom” MMC ilə ünvan 2 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2013-cü il tarixinədək isə son ödəməsini edib, xx.xx.2013-cü il tarixində 32 manat 26 qəpik borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 0421 saylı aktdan görünür ki, həmin aktla ünvan 2 ünvanında söndürülmüş kabelin müvafiq icrazə olmadan sıxılma konnektorla şəbəkəyə qoşulduğu aşkar olunduğu ... qapını açan 30-35 yaşında və özünü Pərviz Mirzəzadə adı ilə təqdim edən şəxs mənzil sakini olduğunu deməsi və KATV1-ə baxdığını etiraf etdiyi aktlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 0904 saylı aktdan görünür ki, həmin aktla ünvan 2 ünvanında söndürülmüş abunəçi olduğu halda qanunsuz olaraq KATV1-in şəbəkəsinə qoşulmanın aşkar olduğu ... qapını açan 20-30 yaşında və özünü Fərid Mirzəyev adı ilə təqdim edən şəxsə qoşulmanın olduğu barədə məlumat verildiyi aktlaşdırılmışdır. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21- ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bununla yanaşı məhkəmə iddia ərizəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 100 manat hissəsində əsaslı hesab etmir. Belə ki, iddia ərizəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış hər hansı müqavilə əlavə edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və cavabdehin məhkəmə iclasında verdiyi etirafedici izahatı nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 79,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 44,29% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 13,46 manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 79,50 (yetmiş doqquz manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 13,46 (on üç manat qırx altı qəpik) manat hissəsi tutularaq İddiaçınə ödənilsin. İdda ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 16,94 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar