Məhkəmə qərarları › İş №e-2(001)-373/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-373/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-373/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2473 (iki min dörd yüz yetmiş üç) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2619 (iki min altı yüz on doqquz) manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli MAS-1559 saylı “X5” əsasında lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD666711 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA004798, ağ rəngli avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 11 avqust 2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu rayonunun ərazisində ara məsafəsi qaydalarını pozaraq qəza törətmiş və 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-5197115 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2473 (iki min dörd yüz yetmiş üç) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2473 (iki min dörd yüz yetmiş üç) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh ilə onun arasında bağlanmış 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci və 4-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən Cavabdeh 2473 (iki min dörd yüz yetmiş üç) manatmaddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2619 (ikimin altı yüz on doqquz) manat pul vəsaiti tutulmalıdır. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, onun tərəfindən iddiaçıya ziyan dəysə də, lakin tələb edilən ziyan məbləği ilə razı olmadığını və maşına 2020 manat ziyan dəydiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC 24 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə lizinqalan İddiaçı arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli MAS-1559 saylı “Daxili Lizinq” müqaviləsi üzrə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Ravon Nexia R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD666711 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA004798, ağ rəngli) avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işlərinin lizinq alan İddiaçı tərəfindən öz hesabına aparıldığını və İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” ilə bağlı Binəqədi Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və iddiaçı tərəfindən hesablanmış ziyan məbləği ilə razı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 28 noyabr 2019-cu il tarixli MAS-1559 №-li X5ndən və həmin müqaviləyə 1№-li Əlavədən görünür ki,”Azərmaş” MMC “lizinq verən”, İddiaçı “lizinq alan” olmaqla bağlanmış müqaviləyə əsasən, “Ravon R3” markalı avtomobil İddiaçı lizinqə verilmişdir. Həmin Müqavilənin 4.1 və 4.1.5-ci bəndlərinə əsasən, lizinq obyektini sublizinqə və ya kirayəyə vermək lizinq alanın hüququdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, bu müqavilənin 4.1.3, 4.1.5 və 4.1.6-cı bəndlərdə göstərilən hərəkətlər(əqdlər) yalnız Lizinq verənin əvvəlcədən yazılı razılığı əsasında 4.1.4-cü bəndindəki hərəkətlər isə qarşılıq razılıq əsasında mümkündür. AD seriyalı 666711 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. 27 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, İddiaçı icarəyə verən, Cavabdeh icarəyə götürən olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin Müqavilənin 1.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyəti öz üzərinə götürməklə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. Həmin Müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli POA********** №-li Etibarnamədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1559 №-li “X5”əsasında lizinqə verilmiş 1 ədəd “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 16:00-da “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən araməsafəsi qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. “RS Avtoservis”(sahibkar X3) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) məbləği 2473 (iki min dörd yüz yetmiş üç) manat müəyyən edilmişdir. X1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ĞLM seriyalı 484425 №-li mədaxil qəbzinin kötüyündən görünür ki, ehtiyat hissələrinə görə 1329 manat və zəhmət haqqı 1144 manat olmaqla, 2473 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 14 saylı Vəkil Bürosuna 100 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli 29773 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8347 saylı, 30 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis”in xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2356 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli MAS-1559 №-li “X5”əsasında İddiaçı ona lizinqə verilmiş “Ravon R3” markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobili lizinqverən "xxxx" MMC-nin razılığı əsasında 27 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsi ilə Cavabdeh istifadəsinə vermiş və həmin avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır. Hal-hazırda İddiaçı avtomobilin təmirinə xərcləmiş olduğu 2473 (iki min dörd yüz yetmiş üç) manat məbləğində maddi ziyanı tələb edir. Cavabdeh isə həmin məbləğlə razı olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının istifadəsində avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, icarə müqaviləsi əsasında ona etibar edilmiş “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəyməsi sübuta yetirildiyindən, iddia tələbi qismən təmin edilməli və cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin 9/8347 saylı, 30 dekabr 2022-ci il tarixli rəyi nəzərə alınmaqla, 2356 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 100 manat məbləğində pul ödənilmişdir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi xidmət bağlı nümayəndəyə çəkilmiş xərcə görə cavabdehdən iddiaçının xeyrinə 100 manat tulumasını ağlabatan məbləğ hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun 2,44 manatı iddiaçıya aid edilməli, 43,56 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin 50 (əlli) manat ekspertiza xərcinin 46 manatı Cavabdeh və 4 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2356 (iki min üç yüz əlli altı) manat məbləğində maddi ziyan, 43,56 (qırx üç manat 56 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 100 (yüz) manat məbləğində hüquqi xidmət haqqı olmaqla, cəmi 2499,56 (iki min dörd yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 46 (qırx altı) manatı Cavabdeh və 4 (dörd) manatı isə İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar