Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3730/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin qəyyumu X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan aliment miqdarını dəyişdirərək, cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan Cənnət və Teymur adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalarda sonradan araların söz-söhbət olmuş və nikahları pozularaq, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 05 günündə 65 nömrə ilə qeyd edilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 103 manat olmaqla, 206 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6328/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı heç bir yerdə işləmədiyindən və əlavə gəlir yeri olmadığında, uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin qəyyumu C.Yaqubova iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş edərək bildirdi ki, Cavabdeh məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh ikinci dəfə ailə qurmuş, həmin nikahıda pozulmuş və ikinci nikahdan olan övladı üçün də məhkəmə qaydasında 170 manat aliment tutulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 05 günündə 65 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 atası Cavabdeh, anaları İddiaçıdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6328/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, 25 iyul 2007-ci il təvəllüdlü X8 və 08 oktyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 18 iyul 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 103 (yüz üç) manat olmaqla cəmi 206 (iki yüz altı) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Elektron Məhkəmə Portalından əldə edilmiş məlumata əsasən, Cavabdeh əlilliyə görə 264.84 manat pensiya alır. - nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin 08 ayının 22 günündə 328 nömrə ilə qeyd edilmişdir. Belə ki, nikahın pozulmasına əsas kimi, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5343/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehndna hər ay 170 manat aliment X1 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan sayılması qət edilmiş və Sərəncama əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X10 fəaliyyət qabiliyyəti olmayan oğlu Cavabdeh üzərinə qəyyum təyin edilmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Belə ki, iddiaçı iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment təyin edildiyi vaxtla müqayisədə cavabdehin maddi vəziyyəti yaxşılaşmamış, əksinə cavabdeh məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və əlilliyə görə 264.84 manat pensiya aldığı aşkar olmuşdur. Məhkəmə həmçinin cavabdehin əlavə gəlirinin olmamasını, ikinci nikahdan olan övladı üçün də cavabdehin 170 manat alimentin ödənilməsini nəzərə alaraq, iddiaçının alimentin artırılması tələbinə dair iddiasının təmin edilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-3730/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3730/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver