Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3731/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqalı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 2(001)-3731/2023 saylı mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə ödənilmiş 30.40 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlardan heç biri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan və iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə məhkəmənin hesabına ödənilmiş 210 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə məhkəmənin hesabına ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3731/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3731/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver