Məhkəmə qərarları › İş №e-2(001)-3736/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3736/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3736/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə 20 iyun 2021-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə əsas borc 2554 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, dövlət rüsumu olaraq ödənilmiş 49 manat olmaqla, ümumilikdə, 2903 manat pulun tutularaq İddiaçı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus 65.5 kv.m ofis sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə 01 fevral 2024cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 930.23 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 130.23 manat vergi qismində büdcəyə, 86%, yəni 800 manat isə iddiaçıya ödəməlidir. 4.3-cü bəndə əsasən, icarə haqqı 01 fevral 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində İcarəyə Verənə ödəməlidir. Lakin icarəçi hər hansı ödəniş etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müqavilənin 5.3-cü bəndinə əsasən müqaviləyə xitam verildiyi bildirilmişdir. Buna əsasən müqavilənin xitam tarixinə qədər yaranmış borc 2554 manat (800x3ay + may ayının 6 gününə görə 154 manat) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 65.5 kv.m ofis sahəsini Cavabdeh MMC-nə icarəyə vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə 01 fevral 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 930.23 manat təşkil etmişdir. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində İcarəyə Verənə ödəməlidir. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarə haqları ödənilmədiyi üçün 2554 manat borcunun olduğu üçün bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verildiyi və yaranan əsas borc 2554 manatın ödənilməsinin təmin edilməsi, əks halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli milliön ödəmə terminalından (Yelo Bankın hesabına) ödənilmiş mədaxil qəbzindən görünür ki, Rafiq Həsənov və Partnyorları vəkil bürosunun hesabına İddiaçı tərəfindən 300 manat məbləğində pul ödənilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1119, Bakı şəh, Nizami r/nu, Naxçıvanski küç, 370R) ünvanında yerləşən qeyri yaşayış sahəsi 24 avqust 2022-ci il tarixdən İddiaçı mülkiyyəti kimi qeydiyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin faktiki hallarından görünür ki, Cavabdeh MMC icarə müqaviləsinə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.20024-cü il tarixdə vəkilin hüquqi yardımından istifadə ilə bağlı Rafiq Həsənov və Partnyorları vəkil bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh MMC-dən icarə haqqının əvəzi kimi 2554 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 49 manat və vəkil xidmətindən istifadə ilə bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar