Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3738/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2024-cü il tarixli 331296- CNS-52740 nömrəli “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin 19 fevral 2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli 331296-1-26592 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 13% hesablanması şərtilə 59 ay müddətinə 930.51 manat məbləğində kredit verilmişdir.Həmçinin, Cavabdeh arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, 331296- OVR-16806 saylı “Kredit xətti müqaviləsi”nə əsasən əsasən istehlak məqsədilə cavabdeh illik 25% hesablanması şərtilə 36 ay müddətinə 300 manat kredit verilmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli 331296-CNS-52740 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 930.51 manat məbləğində əsas borc, 48.62 manat məbləğində faiz borcu, ümumilikdə isə 979.13 manat məbləğində borcu qalmışdır. 18 oktyabr 2021-ci il tarixli, 331296-OVR-16806 saylı “Kredit xətti müqaviləsi” üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 35.74 manat məbləğində əsas borc, 5.07 manat məbləğində faiz borcu, 34.20 manat məbləğindəcərimə borcu ümumilikdə isə 75.01 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. "xxxx" ASC xx.xx.2024-cü il tarixli 331296-CNS-52740 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 930.51 manat məbləğində əsas borc, 48.62 manat məbləğində faiz borcu, ümumilikdə isə 979.13 manat məbləğində pulun və 18 oktyabr 2021-ci il tarixli, 331296- OVR-16806 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 35.74 manat məbləğində əsas borc, 5.07 manat məbləğində faiz borcu, 34.20 məbləğində cərimə borcu ümumilikdə isə 75.01 və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.54 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə cavabdehin ünvanına göndərilmiş, lakin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 19 fevral 2024-cü il tarixli, 331296-CNS-52740 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə, illik 13% dərəcəsi ilə 930.51 manat məbləğində kredit verilmişdir. 09 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 fevral 2024cü il tarixli müqaviləyə əsasən həmin tarixə 930.51 manat əsas, 48.62 manat faiz olmaqla, ümumilikdə 979.13 manat borcu vardır. 14 aprel 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, iddiaçı 19 fevral 2024-cü il tarixli müqavilə üzrə yaranmış 930.51 manat əsas, 48.62 manat faiz olmaqla, cəmi 979.13 manat borcun tam şəkildə 3 iş günü müddətində ödənilməsini tələb etmişdir. 18 oktyabr 2021-ci il tarixli, 331296-OVR-16806 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. 09 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən həmin tarixə 35.74 manat əsas, 5.07 manat faiz, 34.20 manat cərimə borcu olmaqla, ümumilikdə 75.01 manat borcu vardır. 14 aprel 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, iddiaçı 18 oktyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 35.74 manat əsas, 5.07 manat faiz, 34.20 manat cərimə olmaqla, cəmi 75.01 manat borcun tam şəkildə 3 iş günü müddətində ödənilməsini tələb etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə (əvvəlki redaksiya) əsasən borc müqaviləsinə görə ,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə gəldikdə isə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Buna görə də, məhkəmə hesab edir ki, iddia cərimə borcunun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən mövcud borcunu, yəni 930,51 manat əsas, 48,62 manat faiz borcu və 35.74 manat əsas, 5,07 manat faiz borcu və olmaqla İddiaçı ASC-yə ödənilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən 2 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30.54 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 930.51 (doqquz yüz otuz manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 48.62 (qırx səkkiz manat, altmış iki qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 979.13 (doqquz yüz yetmiş doqquz manat, on üç qəpik) məbləğində pulun və 18 oktyabr 2021-ci il tarixli “Kredit xətti müqaviləsi”nə əsasən 35.74 (otuz beş manat, yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 5.07 (beş manat, yeddi qəpik) manat məbləğində faiz borcu, 2 (iki) manat məbləğində cərimə borcu ümumilikdə isə 42,81 və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.54 (otuz manat, əlli dörd qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qalan hissədə (cərimə məbləğinə münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-3738/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3738/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver