Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3742/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdim: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 9.560 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 115,6 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-100 saylı “X3” əsasında lizinqə verilmiş “ RAVON NEXİA R3 MİNİK” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 iyun 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsiəsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə cavabdehə Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına məbləğində zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS” Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 9.560 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 9560 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmiş və cavabdeh tərəfindən pretenziya alınmışdır. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddiziyanın alınmasınımümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri yoxlayaraq hesab edirəm ki, irəli sürülən tələb kommersiya mübahisəsindən irəli gəldiyindən iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz və iddia ərizəsi aşağıda sadalananlara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia əizəsinin mahiyyətindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi fəaliyyəti üzrə vergi ödəyicisidir, cavabdeh isə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Mübahisə isə Cavabdeh icarə müqaviləsi əsasında İddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlıdır. Göründüyü kimi mübahisə hər iki tərəfin birgə və ya ayrıayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ödənilmiş 115.6 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi, o cümlədən ödənilmiş 115,60(yüz on beş manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3742/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3742/2024
10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver