Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3745/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh Suleyman oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh Suleyman oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank VTB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 16,9% hesablanması şərti ilə 60 ay müddətinə 11245 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 10890,41 manat əsas borcu, 816,36 manat faiz borcu, 499,45 manat cərimə borcu olmaqla, ümumilikdə 12206,22 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank VTB ASC tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh Suleyman oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı nağd kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 10890,41 manatın, faiz borcuna görə 816,36 manatın, cərimə borcuna görə 499,45 manatın, ödənilmiş dövlət rüsumuna görə 126,62 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş hazırlıq məhkəmə iclasında Cavabdeh Suleyman oğlu iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, əsas borca görə 10890,41 manat, faiz borcuna görə 816,36 manat olan borc məbləğini hissə-hissə banka ödəyəcəkdir. Bankın cərimə tələbi ilə razı deyildir. Cavabdeh Suleyman oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh Suleyman oğlu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh Suleyman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh Suleymanoğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 21,90 % ödəmək şərti ilə 11245 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.-ci bəndinə əsasən müqavilənin 5.1.8-ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5% (16,9%) endirilir. Müqavilənin 6.1.,6.1.3-cü bəndlərinə əsasən, ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən iki aydan artıq müddətə kecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0,05 manat cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh Suleyman oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində əsas borca görə 11245 manat, faiz borcuna görə 7351,13 manat olmaqla cəmi 18596,13 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh Suleyman oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 812p saylı pretenziyadan müəyyən olunur ki, bank borcalana xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh Suleyman oğlunun xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 10890,41 manat, faiz borcuna görə 816,36 manat, cərimə borcuna görə 499,45 manat borcu vardır. Borcalan müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci il tarixdən icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Suleyman oğlunun xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 10890,41 manat, faiz borcuna görə 816,36 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə 30 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Suleyman oğlundan xx.xx.2021-ci il tarixli 189655-1-24756 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10890,41 manat, faiz borcuna görə 816,36 manat, cəriməyə görə 30 manat, ödənilmiş dövlət rüsumuna görə 126,62 manat olmaqla cəmi 11863,39 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3745/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3745/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver