Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-377/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş zərərin ödənilmədəyn 50404 manat hissəsinin, zərərin qiymətləndirilməsi üçün xidmət haqqının əvəzi kimi 500 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 may 2023-cü il tarixində Cavabdeh **-SS- *** dövlət nömrəli nişanlı MİTSUBİSHİ PAJERO markalı avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətmiş və İddiaçı mülkiyyətində olan X9 S markalı, **-RR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli həcmdə zərər vurmuşdur. Qəza nəticəsində iddiaçıya məxsus X9 S markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsi (o cümlədən sol disk) sıradan çıxmış, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan bu hallar yol nəqliyyatı hadisəsi ilə bağlı aparılmış icraat zamanı verilmiş izahatlar, yol-nəqliyyat hadisəsinin sxemi, cavabdeh barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar və digər sübutlarla da öz təsdiqini tapır. Qəza hadisəsi baş verdikdən sonra avtomobilə dəyən zərərin qiymətləndirməsi aparılmış və qiymətləndirmə aktına əsasən nəqliyyat vasitəsinin təmir olunması xərci 55 404 (əlli beş min dörd yüz dörd) manat təşkil edir. Bura ehtiyat hissələrinin dəyəri və işçilik haqqı daxildir. Bundan başqa, əmlaka vurulan zərərin qiymətləndirilməsi haqqı kimi 500 (beş) manat ödəniş edilmişdir. Cavabdeh idarə etdiyi avtomobillə bağlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti üzrə icbari sığortası mövcud olsa da, müvafiq sığorta məbləği 5000 (beş min) manat təşkil edir və buna görə də vurulmuş zərərin tam kompensasiya edilməsi üçün 50904 (əlli min doqquz yüz dörd) manat cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edib, izahatında ekspertiza mərkəzinin ekspert rəyi ilə qismən razı olduğunu bildirmişdir. Belə ki, rəydə 10 il istismarda olmasını nəzərə alınması ilə razı deyil, yeni ehtiyyat hissələri alınmalıdır. O, həmçinin cavabdehin nümayəndəsi (vəkil) tərəfindən təkrar ekspertiza təyin edilməsi barədə vəsatətə münasibət bildirərək göstərmişdir ki, akt var, izahatlar alınıb və avtomobilin hansı hissəsinin zədələnməsi bilinir. Odur ki, təkrar ekspertiza təyin edilməsinə zərurət yoxdur. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, əlavə olaraq məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, Binəqədi rayon məhkəməsinin e2(001)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş ekspert qarşısında həmin qərardadla qoyulmuş suallar cavablandırılmış. Lakin 08 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı hissələrinə xəsarəti yetirilməsinə dair sualı cavablandırmamışdır. Hesab edir ki yuxarıda qeyd olunan ekspert rəyi ilə cavablandırılmayan həmin sual işin ədalətli həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, iddiacının məhkəməyə təqdim etdiyi qüsur aktında aston martin markalı nəqliyyat vasitəsinin təmirə ehtiyac olan ehtiyat hissələri və onların dəyəri öz əksini tapsa da iş materiallarında məhz həmin yol nəqliyyat hadisəsi zamanı qüsur aktında öz əksini tapan ehtiyat hissələrinin zədələnməsi barədə hər hansı sübut göstərilməmişdir. Nəzərə alınmalıdır ki, qüsur aktında təmirə ehtiyacı olan ehtiyat hissələri yol nəqliyyat hadisəsindən əvvəl zədələnən ehtiyat hissəsi olması da mümkündür. Göstərilənləri nəzərə alaraq hesab edir ki, ekspert məhkəmənin onun qarşısında qoyduğu işin mühüm hallarına təsir edən sualı tam cavablandırmamış, nəticədə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad qəbul edilməsini və ekspert qarşısında 08 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı hissələrinin zədələnməsi barədə sualın qoyulmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2013-cü il olan, “X7 S” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2011-ci il olan, “Mitsubishi PAjero” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X4 öz mülkiyyətində olan “Mitsubishi PAjero” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2032-ci ilə kimi (10 il) etibar etmişdir. Cavabdeh Bakı şəhəri BPİ-nin DYPİ-də verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023cü il tarixində etibarnamə ilə idarə etdiyi “Mitsubishi PAjero” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr-ti, ilə Ə.Rəcəbli küçəsi tərəfdən sağdan ikinci zolaqla hərəkət edib Ə.Nəvai küçəsinə S.Bəhlulzadə küçəsi isiqamətində dönmək üçün sağa manevr etmiş və bu zaman ondan sağda, yəni sağ zolaqla onunla eyni istiqamətdə hərəkət edən “X7 S” minik markalı, **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsini, qabaq sol disk təkərini vurmuş, qabaq sol işıq cihazını sındırmışdır. Maddi ziyanlıqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman hava aydın görüntülü yolun asfalt üzlüyü quru idi. Yol nəqliyyat hadisəsi baş verməmişdən qabaq spirtli içki, narkotik və psixotrop maddə qəbul etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində idarə etdiyi avtomobilə təxminən 3000 manatdan artıq ziyan dəymişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Cavabdeh ayıq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X5 ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli X6 Protokoldan görünür ki, Cavabdeh İXM 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və eyni tarixli inzibati tənbeh vermə haqqında qərarla o, 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/1610-8/650 saylı ekspert rəyindən görünür ki, tədqiqatın nəcicələrinə əsasən: 1-ci və 3-cü sual üzrə - iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 55407,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 53337,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2070,00 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 10 il (2013-2023) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 35460,0 manat müəyyən edilir. /53337,00 – 4% /-9 dəfə İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 37530,00 manat müəyyən edilir. Respublikada şəhərində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 2013-ci il buraxlışlı “Aston Martin" markalı “Rapide S” modelli avtomobilin normal vəziyyətdə 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140000,0 manat müəyyən olunur. 2-ci sual üzrə - “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğundan avtomobilin hansı hissələrinin zədələnməsini müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, V1E0230522 nömrəli qəbzindən (Çek) görünür ki, qüsur aktının tərtib olunması 500 manat məbləğində pul ödənilmişdir. Ekspertiza xərclərinə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarnda qeyd olunmuşdur ki, “......Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.”. İşin müəyyən edilən hallarından belə görünür ki, 08 may 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi **-SS-*** dövlət nömrəli nişanlı “MİTSUBİSHİ PAJERO” markalı avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətmiş və İddiaçı mülkiyyətində olan “X9 S” markalı, **-RR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli həcmdə zərər vurmuşdur. Həmçiin müəyyən edilmişdir ki, qəza nəticəsində iddiaçıya məxsus “X9 S” markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsi (o cümlədən sol disk) sıradan çıxmış, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan bu hallar yol nəqliyyatı hadisəsi ilə bağlı aparılmış icraat zamanı verilmiş izahatlar, yol-nəqliyyat hadisəsinin sxemi, cavabdeh barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1610-8/650 saylı rəyindən görünür ki, mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 10 il (2013-2023) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 35460,0 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək, 08 may 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “X9 S” markalı, **-RR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli həcmdə zərər vurmuşdur. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı Əli oğlunun xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 35460,0 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi maddi zərərin ödənilməsinə dair qalan hissədə isə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat, qüsur aktının qiymətləndirilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nə 500 (beş yüz) manat təşkil edir. Məhkəmə həmçinin iş üzrə cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 yol-nəqliyyat hadisəsi nəticəsində “X9 S” markalı, **-RR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hansı hissələrinin zədələnməsi ilə bağlı əlavə məhkəmə-əmtəəşunaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə münasibətdə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1610-8/650 saylı rəyindəki cədvəldə “dəyişdirilmiş hissələrin adı, miqdarı və qiyməti” qeyd edildiyindən əlavə ekspertizanın təyin edilməsini məhkəmə zəruri hesab etməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 35460,0 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, qüsur aktının qiymətləndirilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nə 500 (beş yüz) manatın 450 (dörd yüz əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 50 (əlli) mnat hissəsi iddiaçıya aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun 213 (iki yüz on üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 30 (otuz) manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 35460,0 manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun 213 (iki yüz on üç) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qüsur aktının qiymətləndirilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nə 500 (beş yüz) manatın 450 (dörd yüz əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-377/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-377/2024
14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver