Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-378/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2009-cu il tarixli 790 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 33853.03 AZN, faiz borcu üzrə 9 590.87 AZN, cəmi 43443.90, iddia ərizəsi üçün ödənilmiş 220.33 manat dövlət rüsumunun, 0.40 AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 AZN dövlət rüsumunun və 30 AZN xidmət haqqının, onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A” nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə təqdim edərək Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 33.853,03 (otuz üç min səkkiz yüz əlli üç manat, 03 qəpik) manat əsas, 11.562,02 (on bir min beş yüz altmış iki manat, 02 qəpik) manat faiz borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 228 (iki yüz iyirmi səkkiz) ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə əsas borcdan 13.645 (on üç min altı yüz qırx beş) manat, faiz borcundan 5780 (beş min yeddi yüz səksən) manatın 30 (otuz) iş günü müddətində ödənilməsi Cavabdeh tərəfindən təmin edilməlidir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə qalıq borc məbləğinin illik 8% hesablanmaqla kredit müqaviləsinin bitmə, yəni xx.xx.2029cu il tarixinədək bərabər hissələrə bölünməklə tam ödənilməsini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə ardıcıl olaraq 2 (iki) ay ərzində əməl etmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilmiş güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci və 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Bu Sazişin 2.3-cü bəndinin şərtləri tam icra olunan tarixə kimi kredit müqaviləsinin təminatı qismində çıxış edən tam mülkiyyət hüququ üzrə Cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A" nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzilin ipoteka saxlayanın yüklülüyündə saxlanılmasına Cavabdeh etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişinin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A” nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzilə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci 1 (bir) ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmir. 2.8. Tərəflər razılaşırlar ki, Bu Sazişin 2.2 və 2.3-cü bəndində olan öhdəlik Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A” nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzil ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda, mövcud kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 33.853,03 (otuz üç min səkkiz yüz əlli üç manat, 03 qəpik) manat əsas, 11.562,02 (on bir min beş yüz altmış iki manat, 02 qəpik) manat faiz borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 228 (iki yüz iyirmi səkkiz) ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə əsas borcdan 13.645 (on üç min altı yüz qırx beş) manat, faiz borcundan 5780 (beş min yeddi yüz səksən) manatın 30 (otuz) iş günü müddətində ödənilməsi Cavabdeh tərəfindən təmin edilməlidir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə qalıq borc məbləğinin illik 8% hesablanmaqla kredit müqaviləsinin bitmə, yəni xx.xx.2029cu il tarixinədək bərabər hissələrə bölünməklə tam ödənilməsini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə ardıcıl olaraq 2 (iki) ay ərzində əməl etmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilmiş güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci və 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Bu Sazişin 2.3-cü bəndinin şərtləri tam icra olunan tarixə kimi kredit müqaviləsinin təminatı qismində çıxış edən tam mülkiyyət hüququ üzrə Cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A" nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzilin ipoteka saxlayanın yüklülüyündə saxlanılmasına Cavabdeh etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişinin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A” nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzilə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci 1 (bir) ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmir. 2.8. Tərəflər razılaşırlar ki, Bu Sazişin 2.2 və 2.3-cü bəndində olan öhdəlik Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 “A” nömrəli binada yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 39 saylı mənzil ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda, mövcud kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-378/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-378/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver