Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3822/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 qızının iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 8114,93 manat məbləğində vəsaitin, 101,15 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** MT *** dövlət qeydiyyat şinalı Opel Zafira markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 13114,93 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 13114,93 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən 5000 manat məbləğində vəsait çıxılmışdır. xx.xx.2020-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 8114,93 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 8114,93 manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, iddianı qismən qəbul etdiyini bildirdi. Belə ki, maşın onun adına olsa da, həmin maşını oğlu idarə edib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, məbləğ həddindən artıq şişirdilmişdir və hesab edir ki, ziyanın məbləği 4000 manatdan artıq olmamalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iş üzrə keçirilmiş rəylə qismən razı deyillər. Belə ki, rəy yalnız dəyişdirilmiş ehtiyat hissəsinin dəyərini göstərmişdir. Dəyişdirilməsi zamanı çəkilmiş ƏDV əlavə xərc göstərilməmişdir. Odur ki, iş üzrə yekun məhkəmə aktı çıxararkən ödənilmiş ƏDV-nin nəzərə alınmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 4586 nömrəli zərər aktının surətinə əsasən İveco Crealis markalı, **-JH-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsində aparılmış işlər: təkər qoruyucusu (K9) – 10177,3 manat, təkər qoruyucusunun qıfılı – 163,8 manat, sağ arxa təkər qoruyucusunun sökülüb quraşdırılması (K9) – 67 manat, sağ arxa təkər qoruyucusunun rənglənməsi – 255 manat, təkər qoruyucusu bağlanan yerin təmiri, qaynaq işləri – 35 manat, arxa qapı kantının təmiri (D21) – 28,5 manat, arxa qapı kantının rənglənməsi (Qismən) – 17 manat, sağ arxa bamperin rənglənməsi (A2) – 224 manat, orta panelin sökülüb quraşdırılması (X23) – 45 manat, orta panelin təmiri – 42,75 manat, orta panelin rənglənməsi (Qismən) – 59 manat, ƏDV (18%) – 2000,58 manat, yekun – 13114,93 manat təşkil edir. C-MİC-0997/19 nömrəli avtonəqliyyat vasitələrinin tam saığortası şəhadətnaməsindən görünür ki, sığortalı "xxxx" MMC (**-JH-*** dövlət qeydiyyat nişanlı, “İveco Crealis” markalı nəqliyyat vasitəsi) "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 50.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 50.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2019-cu il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2020-ci ildir; İnzibati xəta haqqında İXP xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. AC 347474 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı, “İveco Crealis” avtobus markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, 13114,93 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “İveco Crealis” markalı sərnişin avtobusunun təkər qoruyucusunun 2019-cu ilə və bu günə olan dəyəri 10177,3 manat və təkər qoruyucusunun qıfılının 2019-cu ilə və bu günə olan 1 ədədinin dəyəri 81.9 manat təşkil edir. Qeyd edilən məbləğlər ƏDV-sizdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11041,1 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 101,15 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh2 Cavabdeh1 məxsus idarə etdiyi **- MT-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” minik markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəyicəsində "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə sığortalanmış **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı nəqliyyat vasitəsinə dəymiş 13114,93 manat məbləğində zərər iddiaçı tərəfindən qarşılanmışdır. Belə ki, iddiaçı tərəfindən avtomobil həmin məbləğə təmir edilərək səlahiyyətli şəxsə verilmişdir. Hazırda iddiaçı 8114,93 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 8114,93 manat məbləğində vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8114,93 manat məbləğində vəsait, iddiaçı tərəfindən ödənilmiş 101,15 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8114,93 (səkkiz min yüz on dörd manat, doxsan üç qəpik) manat məbləğində vəsait, ödənilmiş 101,15 (yüz bir manat, on beş qəpik) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3822/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3822/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver