Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3849/2023 21.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1123.69 manat məbləğində maddi zərərin və 31.25 manat dövlət rüsumunun tutularaq iddiaçı"xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasındaxx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(001)-5336/2020 saylı məhkəmə qətmnaməsiçıxarılmışdır. “X3 Azərbaycan” QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qətnaməsi üzrə borcun tələb olunması ilə bağlı “X2” MMC -yə icra hərəkətlərinin aparılması tapşırılmışdır. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına üzrə aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsinin ödənimlməmiş ümumilikdə 7 491.23 manat o cümlədən, xx.xx.2022-ci il tarixində 405 manat və xx.xx.2022-ci il tarixində 7086.23 manat borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən ümumilikdə 7 491.23 manat məbləğlərindəki vəsait “X2” MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC -yə1123.69 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 1123.69 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5336/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 6761,48 manat əsas borcun, 664,95 manat faiz borcu, 30 manat cərimə, 4,80 manat bildirişlərin göndərilməsi üzrəpoçt xərci, ümumilikdə və 30 manat ödənilmş dövlət rüsumunu, ümumilikdə 7491,23 manat məbləğində borc alınaraq “X3 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. “X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya istehlak krediləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasın istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunun əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələni tənzimləyir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC mart ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 405 manat ödəniş etdirimiş, ödənişin 15 % həcmində 60,75 manat pul vəsaiti “X1” MMCyə ödənilməlidir. 003/2022 saylı, xx.xx.2022-ci il tarixli hesab fakturadan görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 2670,90 manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC aprel ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 7086,23 manat ödəniş etdirimiş, ödənişin 15 % həcmində 1062,93 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. 004/2022 saylı, xx.xx.2022-ci il tarixli hesab fakturadan görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 4375 manat ödənilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMCyə köçürülən 1123,69 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi sonuncudan tələb edilmiş, əks halda mübahisənin məhkəmə qaydasında həlli barədə xəbərdarlıq edilmişdir. 31 may 2023-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 31,25 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmış, bu müqavilə əsasında MMC bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün hüquqi xidmət göstərəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5336/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 6761,48 manat əsas borcun, 664,95 manat faiz borcu, 30 manat cərimə, 4,80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmş dövlət rüsumunu, ümumilikdə 7491,23 manat məbləğində borc alınaraq “X3 Azərbaycan” QSC-yə ödənilməlidir. Həmin qətnamənin icrası MMC tərəfindən təmin edilmiş borclu tərəfindən xx.xx.2022-ci il tarixində 405 manat, 06.4.2022-ci il tarixində 7086,23 manat ödəniş edilmişdir. Buna görə də, “X3 Azərbaycan” QSC tərəfindən göstərilən xidmətə görə MMC-yə müqavilə üzrə ödənişlərin 15 % həcmində haqq ödənilmişdir. Hazırda “X3 Azərbaycan” QSC “X1” MMC-yə ödədiyi xidmət haqqının borcludan tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunun: - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. - 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. - 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. “X3 Azərbaycan” QSC-nin “X1” MMC ilə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə “X1” MMC-yə 15%-i həcmində, yəni 1123,69 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi”-nə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3849/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3849/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver