Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3850/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş aliment məbləğini artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanaqədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş ) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayonu məhkəməsinin 2(001)-2303/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 93 (doxsan üç), cəmi 186 (bir yüz səksən altı) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik olaraq uşaqların minimum yaşayış məbləği 235 (iki yüz otuz beş) manat məbləğinə qaldırılmışdır. Bu səbəbdən azyaşlı uşaqların saxlanılması üçün alimentin artırılması zərurəti yarandığından qarşı tərəfə bu məsələnin mediasiya vasitəsi ilə həll olunması üçün təklif etmişdir. Mediator mediasiya sessiyasına cavabdehi dəvət etmiş lakin cavabdeh sessiyaya gəldiyində yenədə heç bir razılığa gəlməmişlər bu səbəbdən müediator ona MŞB/18-00464 nömrəli arayış verərək məhkəməyə müracət edə biləcəyi ilə bağlı məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə aliment təyin olunmuşdur, lakin cavabdeh ödəmirdi, borcu yığılandan sonra ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. O, uşaqları xaricə aparmalı idi, icazəni bir şərtlə verdi ki, İcra Şöbəsində ərizə yazsın ki, aliment borcu yoxdur. Ondan sonra məhdudlaşdırılma da götürüldü. Hal hazırda uşaqlar 8 və 11-ci siniflərdə oxuyurlar, hazırlıqlara gedirlər, xərclər artıb ona görə alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanaqədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş ) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edə Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, bütün məhkəmə iclaslarında iştirak etmiş, alimenti də vaxtı-vaxtında ödəmiş və heç bir borcu yaranmamışdır. Hal-hazırda himayəsində azyaşlı uşaq var, anası rəhmətə gedib. Başqa ailədəndə uşağı var, onada aliment ödəyir. Həmçinin bildirmişdir ki, 2023-cü ildə aliment artırılıb. Hazırda himayəsində azyaşlı uşaq var. Ümumilikdə onun 4 övladı var. 1 övladı himayəsində olmaqla, 3 övladına isə aliment ödəyir. Özü hazırda kirayədə qalır, onun günlük əmək haqqısı 23 manat təşkil edir, əlavə gəliri yoxdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-2303/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə X7 arasında 19 iyul 2007-ci il tarixdə Naxçıvan MR. Babək rayon İcra Hakimiyyəti Qaraxanbəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından 21 may 2008ci il tarixdə doğulmuş X10 və 25 oktyabr 2010-cu il tarixdə doğulmuş X13 anası, X3 himayəsində və yanında saxlanılması, 21 may 2008-ci il tarixdə doğulmuş X10 və 25 oktyabr 2010-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 21 iyun 2012-ci il tarixdən başlayaraq, Cavabdeh X3 xeyrinə hər ay hər uşağa 93 manat olmaqla, ümumilikdə 186 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1878/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 manat aliment X2 xeyrinə tutulması, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 manat aliment X2 xeyrinə tutulması və Cavabdeh dövlət rüsumuna görə manat dövlət nəfinə tutulması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 20.03.18-ci ildə anadan olmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında Maraqlı şəxs qeyd edilmişdir. Məhkəmə tərəfləi dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-2303/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə X7 arasında bağlanmış nikahı pozulmuş, birgə nikahdan doğulmuş 21 may 2008-ci il təvəllüdlü X10 və 25 oktyabr 2010-cu il təvəllüdlü X13 anası, X3 himayəsində saxlanılmış və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün 21 iyun 2012-ci il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə hər ay hər uşağa 93 manat olmaqla, ümumilikdə 186 manat məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1878/2013 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 manat aliment X2 xeyrinə tutulması, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 manat aliment X2 xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh X4 ilə birgə nikahlarından 20.03.18ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuş. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2648/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X11 ilə Cavabdeh arasında 24 dekabr 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 5018 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixli barışıq sazişinə əsasən tərəflər onların arasında xx.xx.2002-ci il tarixdə 3 saylı Bakı ASAN xidməti mərkəzi Qeydiyyat şöbəsində 5018 nömrəli reyestr qeydi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. Eyni zamanda birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X8 ananın yanında qalmasına, eləcə də Cavabdeh uşağın saxlanılması çün hər ayın 10-dan 15-qədər 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Həmçinin mediasiya xərci olan 60 manat Cavabdeh tərəfindən ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Göründüyü kimi hazırki vəziyyətdə Cavabdeh 4 övladının olması, həmin övladlarının üçünə aliment ödəməsi və birinin öz himayəsində olması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda əks olunan hüquqi mövqeyini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı halda Cavabdeh maddi və əmlak vəziyyətində, yaşayış səviyyəsində alimentin miqdarının artmasına səbəb olacaq dəyişiklik baş verməmiş, onun ailə vəziyyəti isə dəyişərək, X4 ilə birgə nikahlarından 20.03.18-ci il təvəllüdlü X15 adlı uşaqları H. Əhmədovanın xx.xx.2023-cü il tarixdə ölməsindən sonra onun himayəsində qalmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı l tarixli Qərarının 8.7-ci bəndində qeyd olunmuşdur ki, “alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.”. Məhkəmə iddia tələbini işin faktiki halları və tərəflərin irəli sürdüyü dəlillərlə və tədqiq edilmiş sübutlarla müqayisə şəkildə təhlil edərək, həmçinin Cavabdeh himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 olmasını, X11 ilə birgə nikahdan olan Cavabdeh saxlanılması üçün 220 manat aliment öhdəlyinin olmasını, Bakı şəhəri Binəqədi Rayonu məhkəməsinin 2(001)-2303/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra Cavabdeh gəliri, əmlakı, yaşayış səviyyəsi və digər qazanc mənbəyində artımla bağlı dəyişikliyin olmadığını, habelə İddiaçı "xxxx" MMC-də menecer, tibb praktikası vəzifəsində işləməsini nəzərə alaraq məhkəmə hazırda alimentin arıtılmasını əsaslı hesab etmir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı təyin olunmuş aliment məbləğini artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən, mediasiya prosesi zamanı ödənilmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı təyin olunmuş aliment məbləğini artırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə mediasiya prosesi zamanı ödənilmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3850/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3850/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver