Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3851/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Zumrud Alıevanın iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, daha sonra tələbini azaldaraq məhkəmədən cavаbdеh Cavabdeh tərəfindən iddiаçı İddiaçınə vurulmuş 4075 manat məbləğində zərərin və 62.65 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4137.65 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2023-cü il tarixində 139923 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00077 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:1) xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2747,52 manat; 2) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; 3) - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 267,84 manat; 4) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; 5) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat. Debitor borcu məhkəmə icraatı zamanı tam ödənilmiş, aktlardan isə abonent tərəfindən 29 manat ödənildiyindən tələb həmin hissədə azaldılmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdehin etirazı əsassızdır və o, etirazının dəlillərinə dair sübut təqdim etməmişdir. Alqı-satqı müqavilələri “Asan Kommunal” mərkəzdə bağlandığı üçün evdə hansı cihazdan istifadə etməsi abonentin sözlərinə əsasən yazılır. Cavabdeh sayğac olmadan qazdan qeyri-qanuni istifadə etmişdir.
4. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməsə də, göndərdiyi teleqramında işə iştirakı olmadan baxılmasını və etirazında qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında isə iştirak edərkən cavabdeh izahatında bildirmişdir ki, 0, 2022-ci ildə torpaq sahəsi alıb orda ev tikməyə başlamışdır. 2022-ci ildə evə köçməmişdən əvvəl, noyabr ayında qaz sayğacının quraşdırılması üçün Azəriqaza müraciət etmişdir. Azəriqazın əməkdaşları qaz xəttini çəksələr də, sayğac quraşdırmadılar. Qış ayları olduğu üçün qaz xəttinə şlanq qoşaraq qazdan sayğacdan kənar istifadə etmişdir. Ailəsi çox vaxt kirayədə qaldıqları evdə yaşamışdır. O isə işi ilə əlaqədar 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında rayona getmiş və qayıtdıqdan sonra kombi quraşdırmışdır. Həmin vaxta qədər ev iran sobası ilə qızdırılmışdır. Aktlar tərtib edilərkən ona məlumat verilməmişdir. O, 2023-cü ilin may ayınadək sayğacdan kənar qazdan istifadə etmişdir.
5. Cavabdeh iddiaya yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, aktların tərtib edilməsindən xəbəri olmamışdır. Hər dəfə Azəriqazın işçilərini görəndə qaz sayğacının quraşdırılmasını xahiş etmiş və onlar da yaxın vaxtlar da quraşdıracaqlarını bildirmişlər.2023-cü ilin may ayında sayğac quraşdırıldı və ailəsi ilə evə köçərək yaşamağa başlamışlar. Buna qədər evdə təmir işləri gedirdi və az-az orada tək qalırdı. Azəriqazın tələb etdiyi məbləğ absurddur və heç 5 aya bu qədər qazdan istifadə etmək mümkün deyil. Hazırda evə qaz sayğacı quraşdırılıb və o bir il ərzində 330 manat qazdan istifadə etmişdir. Bu səbəbdən də cərimə məbləği ilə razı deyil deyildir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Cavabdehin faktiki sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, binəqədi şossesi ünvanında yerləşən fərdi yaşayış evinə qazın verilməsi və alqı-satqısı ilə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, **********00077 nömrə ilə abonent kodu verilməklə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Birliyin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin evinə baxış keçirilən zaman sayğacsız təbii qazdan istifadə aşkar edilmiş, bu barədə ******* nömrəli AKT tərtib edilmişdir. Həmin AKT cavabdeh tərəfindən imzalanmamışdır və AKT-ın ona təqdim edilməsi müəyyən edilmir. Həmin aktın əsasında cavabdehə dəymiş ziyanın həcmi olaraq 22896 kub.m sərfiyyat hesablanmış və bunun dəyəri olaraq 2747.52 manat abonentin saldosuna borc kimi yazılmışdır.Bundan əlavə iddiaçı tərəfindən qeyri-müəyyən tarixdə sayğacsız qeyri-qanuni xəttin ləğv olunması barədə AKT tərtib edilmiş və həmin AKT-da cavabdehə təqdim edilməmişdir.
7. Analoji olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixlərdə cavabdehin sayğacsız qazdan istifadə faktları aşkar edilərək aktlaşdırılmışdır. Müvafiq olaraq 362.88 manat, 267.84 manat, 362.88 manat, 362.88 manat məbləğ borc kimi abonentin hesabına yazılmışdır.
8. Cavabdeh 5 ay ərzində sayğacsız qaz xətdindən istifadə etdiyini qəbul edir və bunu onunla əsaslandırır ki, onun müraciətindən sonra yeni tikilmiş evinə qaz xətti çəkilsə də, 2023-cü ilin may ayınadək sayğac quraşdırılmadığından və qış aylarında havaların soyuq olduğuna görə uşaqların xəstələnməməsi üçün bu addımı atmışdır. Bununla belə yazılan borcun məbləğini yüksək hesab edir və bildirir ki, o heç sayğac quraşdırıldıqdan sonra bir il ərzində aktda göstərilən məbləğdə qaz sərf etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
9. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
12. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X1nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
15. Həmin qaydaların 4.9-cü bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. Həmin qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
17. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):
18. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
19. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı abonentin yaşadığı ünvana 2022-ci ilin dekabr ayından qaz xətti çəksə də, xx.xx.2023-cü il tarixədək qaz sayğacı quraşdırmamışdır. İddiaçı tərəf bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Cavabdeh isə qaz sayğacının quraşdırıldığı vaxtadək 5 ay ərzində sayğacsız qazdan istifadə etmişdir. Göründüyü kimi cavabdeh hüquqa zidd hərəkət etmiş və sayğacdan kənar qazdan istifadə edərək iddiaçıya maddi zərər vurmuşdur. Bununla belə məhkəmə hesab edir ki, hesablanan məbləğ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun qaz paylayıcısına vurulmuş zərərin hesablanması qaydasına uyğun olmamışdır. Halbuki, abonent qaz sayğacı quraşdırıldıqdan sonra müvafiq ilin müvafiq ayları üzrə cəmi 258.08 manat qaz sərfiyyatı etmişdir. Belə ki, abonent 2023-cü ilin dekabrında 60.6 manat, 2024-cü ilin yanvar ayında 64.44 manat, fevral ayında 63.12 manat, mart ayında 45.12 manat, aprel ayında isə 24.8 manat məbləğində qazdan istifadə etmişdir.
20. Odur ki, abonentin sayğacdan kənar qazdan istifadə etdiyi müddət, ilin mövsümü, müvafiq dövrün orta gündəlik qaz sərfi və eyni zamanda ödənilən 29 manat nəzərə alınaraq iddiaçıya vurulan zərərin həcmi müəyyən edilməlidir. Bu isə cəmi 229.08(60.6+64.4+63.12+45.12+24.8-29) manat təşkil edir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
24. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
25. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 229.08 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
26. Həmçinin iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Vurulmuş zərərin əvəzi qismində 229.08(iki yüz iyirmi doqquz manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev