Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3867/2022 15.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcun, dövlət rüsumuna görə 64,11 manatın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcun, dövlət rüsumuna görə 64,11 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh3 ilə AccessBank QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən, bank borcalana aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat kredit vermişdir. Borcalan kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan götürdüyü kredit borcundan 419,04 manat ödəniş etmiş, onun iddiaçıya əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcu qalmışdır. Cavabdeh3 xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına Cavabdeh1 və Cavabdeh2 bağladıqları zaminlik müqaviləsinə əsasən təminat vermişlər. Ona görə də Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcun, dövlət rüsumuna görə 64,11 manatın AccessBank QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Accessbank QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, işə Accessbank QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Accessbank QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, AccessBank QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən bank ona aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat kredit vermişdir. AccessBank QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə son ödənişi o, xx.xx.2016-cı il tarixdə etmişdir. İddiaçı ona qarşı iddia qaldırarkən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətini təbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh3 xahişinə əsasən AccessBank QSC ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 borcverən qarşısında xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilk dəfə məhkəməyə müraciət etdikdən sonra o, məhkəmə əmrinə öz etirazını bildirmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 2663\2017 saylı qərardadına əsasən onun etirazı təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı əmri ləğv edilmişdir. Daha sonra AccessBank QSC-nin nümayəndələri dəfələrlə təyin olunan məhkəmə iclaslarına gəlmədiklərindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı qərardadına əsasən iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Hesab edir ki, bankın ona qarşı olan tələbləri əsassızdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 002G**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh3 borcverən qarşısında xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən 3 il müddətinə qüvvədədir. Borcverən AccessBank QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh3 borcverən qarşısında xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən 3 il müddətinə qüvvədədir. AccessBank QSC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2016-cı il tarixli xəbərdarlıqların surətindən müəyyən olunur ki, bank birgə borclulara xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcu vardır. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borca görə 2580,96 manat, cəriməyə görə 207,74 manat olmaqla cəmi 2788,70 manat borcu vardır. AccessBank QSC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı əmrindən müəyyən olunur ki, ərizə təmin edilərək 2580,96 manat əsas, 499,21 manat faiz borcu, 258,09 manat cərimə olmaqla cəmi 3338,26 manat borcun və 20 manat dövlət rüsumunun borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditor AccessBank QSC-nin xeyrinə tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı qərardadından müəyyən olunur ki, Cavabdeh1 etirazı təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı əmri ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı qərardadından müəyyən olunur ki, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı AccessBank QSC-nin nümayəndəsi R.T.Məmmədovun xx.xx.2017-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı qərardadına əsasən baxılmamış saxlanılan mülki iş üzrə məhkəməyə təqdim olunan sənədlərin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı AccessBank QSC Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən bank borcalana aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat kredit vermiş, borcalan öhdəliklərini icra etmədiyindən bank xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2663\2017 saylı qərardadına əsasən, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmış, qərardadın surəti tərəflərə göndərilmiş, iddiaçı AccessBank QSC-nin nümayəndəsi R.T. Məmmədov xx.xx.2017-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək sənədlərin geri qaytarılmasını xahiş etmiş, bundan sonra iddiaçı, 4 ildən çox müddət keçdikdən sonra təkrarən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin təbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələblərinə iddia müddətinin təbiq olunmasına dair Cavabdeh3 ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 381.1.-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı AccessBank QSC Cavabdeh3 xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsini tələb etmək üçün iddia müddətini ötürdüyündən iddia tələbi borcalana münasibətdə əsassızdır təmin edilə bilməz. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borcverən zaminlərə qarşı kredit müqaviləsinin müddəti bitdikdən 3 il müddətində tələb irəli sürmək hüququndan istifadə etmədiyindən bağladığı zaminlik müqavilələrinə əsasən zaminliyə xitam verilmişdir. Ona görə də iddiaçının zaminlərə qarşı tələbləri də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia ərizəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ AccessBank QSC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 2580,96 manat, faiz borcuna görə 783,97 manat, cəriməyə görə 1045,29 manat olmaqla cəmi 4410,22 manat borcun, dövlət rüsumuna görə 64,11 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3867/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3867/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver