Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3888/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkiln iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 cəlb edilməsi ilə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş zərərin əvəzi olaraq 8420 AZN məbləğində, tərəfindən ödənilmiş 121 manat 26 qəpik məbləğində dövlət rüsumunun, habelə mənəvi ziyana görə 2000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 10541.26 AZN məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ** UX *** dövlət qeydiyyat nişanlı, Hyundai İX-35 markalı minik avtomobilini idarə edən oğlu Cavabdeh Sirajudinovana 20 fevral 2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək H.Ələsgərov küçəsi ilə hərəkətdə olan idarə etdiyim “Hyundai İ30” markalı **- EZ-*** dövlət qeydiyyat nişanlı minikmaşınının yol nişanını tələblərini kobud surətdə pozaraq yüksək sürətlə avtomobilimə dəymiş, zərbənin təsirindən avtomobilin yol kənarına basdırılmış tdəmir direklərə dəyərək nəticədə 4 ədəd dəmirdən olan dirəklər əyilərək yararsız hala düşmüş, və mənim avtomobilim həmin dəmir direklərinn üzərinə qalxaraq dayanmışdır. Beləliklə Hyundai İX-35 markalı minik avtomobilii tərəfindən zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində Cavabdeh Sirajudinovananın AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi əsasında təqsiri müəyyən olunmuş və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə göndərilmiişdir.. Yol nəqliyyat hadisəsi zamanı mənim avtomobilimə dəymiş zərərlə bağlı qüsur aktları tərtib olunmuşdur. İddia ərizəsinə əlavə edilən birinci qüsur aktında istifadə ediləcək ehtiyyat hissələrinin dəyəri və görüləcək təmir işləri ilə bağlı çəkiləcək xərclərin cəminə uyğun olaraq dəymiş zərərin məbləği 9930 AZN, digər qüsur aktına əsasən isə 13 420 AZN müəyyən olunmuşdur. Cavabdeh hadisədən sonra dəymişzərərin əvəzini ödəməkdən yayındığından hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onu da nəzərinizə çatdıraq ki, baş vermiş sığorta hadisəsinə görə sığorta təşkilatı tərəfindən iddiaçıya dəymiş zərərin 5000 AZN uyğun hissəsi qarşılandığından hazırda əvəzi ödənilməmiş zərərin iddiaçı lehinə cavabdehdən tutulması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq isə, qəzadan sonra maşınının yararsız hala düşdüyündən satdığını, qəzada təqsirin cavabdehdə olmasını və bununla bağlı cavabdeh barəsində polis əməkdaşı tərəfindən akt tərtib edildiyini bildirdi. Həmçinin avtomobilinin əvvəlki mülkiyyətçisinin oğlu olduğunu, lakin onun tələbə olduğunu, xaricdə təhsil almasını, baş vemiş hadisə nəticəsində isə bütün xərcləri faktiki olaraq özü qarşılamasını və ziyanın da ona vurulduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025 tarixdə “Elektron Kabinet” vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, 20 fevral 2025ci il tarixində Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh şəxs tərəfindən idarə olunan nəqliyyat vasitəsinin iştirakı ile tərəflərin avtomobillerinə ziyan dəymişdir. İddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin bir hissesi, yeni 5000 (beş min) manat mebleğinde kompensasiya Xalq Sığorta tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mehkemeye teqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən BAKU AUTO SERVİCE terefinden avtomobile deymiş zererin məbləği 13 420 AZN müeyyen olunmuşdur. Hesab edirik ki, avtomobilə dəymiş zərərlə bağlı hesablanmış məbləğ şişirdilmişdir. Həmin qüsur akt hadisədən 2 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir ki, bu da aktın obyektivliyinə şübhə doğurur, həmçinin ehtiyat hissələrinin və təmir xərclərinin hadisənin özündən irəli gəlməsi sübuta yetirilməmişdir. Hadisədən sonra və ya əvvəl nəqliyyat vasitəsinə üçüncü şəxslər yaxud da təmir prosesi zamanı əlavə zərər yetirilməsi ehtimalı istisna edilmir. Digər tərəfdən qüsur aktında göstərilən ehtiyat hissələrinin və təmir xərclərinin hadisə zamanı yaranmasını ehtimal etsək, iddiaçının idarə etdiyi avtomobil 2012-ci il istehsalıdır və artıq 12 ildən artıqdır ki istismar olunur.Bu müddət ərzində avtomobilin amortizasiya dərəcəsi yüksəlmiş, ehtiyat hissələrinin istismar dəyəri azalmışdır. Qüsur aktında tələb edilən ehtiyat hissələrinin dəyərinə görə kompensasiya tələb etmək əsassızdır. Belə olduqda onların dəyəri yeni detal kimi olunması fonunda, onun üzərindəki detalların "yeni" olması iddiası real deyil və buna əsaslanaraq yeni detallan hissələrinin bəziləri yeni (orijinal) deyil, ikinci əl və ya bərpa edilmiş ola bilər. Avtomobilin uzun illər istismar hesablanmamalıdır. Eyni zamanda bəzi detalları təmir etmək və ya bərpa etmək mümkündür. Bu vəziyyətdə bəzi detalların yeni, orijinal hissələrlə əvəzlənməsi tələbi əsassız gəlir əldə etmək cəhdi kimi qiymətləndirilməlidir. Bu cür yanaşma həm də "real ziyanın kompensasiya olunması" prinsipinə ziddir. İddia edilən 4470 manat xidmet haqqı da şişirdilmişdir - təqdim edilmiş sənəddə iş həcminin izahı, tariflər və real bazar qiymətləri ilə uyğunluğu göstərilməmişdir. Araşdırmalar və bazar müşahidələri göstərir ki, eyni markalı və eyni il istehsalı olan avtomobillərin hazırkı bazar dəyəri 15.000- 16.000 manat civarındadır. Halbuki, iddiaçı təqdim etdiyi əlavə qüsur aktında 13.420 manat zərər tələbi irəli sürür ki, bu da avtomobilin bazar dəyərinin 90%-dən çoxunu təşkil edir. (https://turbo.az/autos/9552997-hyundai-i30) Zərərin ödənilməsi zərərçəkmişin əsassız gəlir əldə etməsinə dey real itkilərinin bərpasına yönəlməlidir. Tərəfimizdən məhkəmə iclasında nəqliyyat vasitəsinin əvvəlki vəziyyətina gətirilməsi (təmir etməklə) üçün iddiaçıya barışıq təklif edildikdə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin satıldığı bildirilmişdir. BDYPİ verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, "Hyundai 130" markalı **-EZ-*** dövlet qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixindən X2 adına qeydiyyatdadır. BDYPl tərəfindən təqdim edilmiş çıxarışda qəzadan sonra avtomobilin alqı-satqısına dair məlumat əks edilməmişdir. Avtomobilin hadisə zamanı çəkilmiş fotoşəkilləri və iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktı əsasında cavabdeh tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş, nəticədə hadisə ilə əlaqəli real zərər müəyyən olunmuşdur. Avtomobilə çəkiləcək xərcin məbləği 5.794 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə obyektiv sübutlara əsaslanaraq hazırlanmışdır. Belə ki, real və texniki vəziyyəti əks etdirən görüntülər təhlil edilmiş, hadis zamanı zədələnmiş ehtiyat hissələri və onların bazar qiymətləri nəzərə alınmış, təmirin mümkün olub-olmaması araşdırılmış və dəyəri bərpa (təmir) xərcləri üzərindən hesablanmışdır. Bu müstəqil qiymətləndirmə nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən ziyan məbləği bazar şərtlərindən və avtomobilin real texniki vəziyyətindən kənardır. Xüsusən, təqdim edilən hissələrin bazar qiymətindən xeyli yüksək göstərildiyi, əslində təmir oluna bilən hissələrin əvəz olunması üçün yeni və bahalı detallar təklif olunduğu, həmçinin avtomobilin 10 ildən artıq istismarda olması və üzərindəki detallardan bir çoxunun əvvəlcədən dəyişdirilmiş və ya təmir edilmiş olduğu nəzərə alınmadan şişirdilmiş hesablamalar aparıldığı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə göstərilən yenidən baha qiymətə alınması nəzərdə tutulan ehtiyat hissələrinin əvəzinə hamin detallara uyğun orta bazar qiymətləri (orijinal və ya bərpa edilmiş hissələr üzrə) tətbiq edilmişdir. İddiaçının mənəvi ziyan üzrə 2000 manatlıq tələbi əsassız olduğundan iddia həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə və qanunvericiliyə əsasən, iddia tələbinin qismən təmin edilməsini, maddi ziyan üzrə 794 manatın təmin edilməsini, qalan hissədə rədd edilməsini Sizdən xahiş edirik. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, ödəniş etməyə razı olduqlarını lakin göstərilən məbləğin çox artıq olduğunu bildirmiş, məhkəmə tərəfindən təyin olunan mütəxəssis rəyi ilə razı olduqlarını və tələbin də həmin hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Ödəniş tapşırığı qəbzindən görünür ki, XALQ SİGORTA ASC tərəfindən İddiaçı 5000 manat məbləğində ödəniş edilmiş və “Ödənişlə təyinatı və asas : PXA197267 Sığorta Aktına əsasən sığorta ödənişi” olaraq qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-2747/2025 saylı qərardadına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 300 az məbləğində cərimə edilmişdir. Hüquqçu MMC-nin 05 noyabr 2025-ci il tarixli 0302 saylı qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "Hyundai i30" markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixdə Avtoservis tərəfindən verilmiş qiymətləndirmə və xidmət haqqı barədə tərtib edilmiş aktları nəzərə alınmaqla, dəyişdirilən ehtiyat hissələrinin və görülmüş işlərin qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəzərə alınmaqla yuvarlaq hesabla təxminən 6 595 (altı min beş yüz doxsan beş) manat məbləğində müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçının sahibliyində olan avtomobilə ziyan vurulmuşdur. Ziyanla cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə var və nəticə mübahisə edillmir. O ki, qaldı idiaçıya vurulmuş ziyanın məbləğinə, məhkəmə avtomobilin istehsal tarixini, amortizasiyasını, daimi istifadədə olan avtomobil olmasını nəzərə alıb Hüquqçu MMC-nin 05 noyabr 2025-ci il tarixli 0302 saylı qiymətləndirmə - mütəxəssi rəyi ilə müəyyən edilmiş məbləğin ziyan olaraq qəbul edilməsini məqsədəmüvafiq hesab edir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat həmçinin qiymətləndirmə zamanı iddiaçı tərəfindən ödənilən 300 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6595 manat, dövlət rüsumu olaraq ödənilmiş 86 manat, həmçinin qiymətləndirmə zamanı iddiaçı tərəfindən ödənilən 300 manat ümumilikdə 6987 manat pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-3888/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3888/2025
28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver