Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3901/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Borclu qərardadın icrasının təmin edilməsi barədə məhkəmə əmri icraatı qaydasında verilmiş ərizəsini nəzərdən keçirib müəyyən etdim: Borclu qərardadın icrasının təmin edilməsi barədə məhkəmə əmri icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli 8(009)-301/2014 saylı qərardadının icrasının təmin edilməsini və ödənilmiş məbləğin qanunvericiliyin tələblərinə uyğun olaraq ona ödənilməsini xahiş etmişdir. Ərizənin məzmunundan müəyyən olunur ki, Borclu Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli 2(009)-252/2012 saylı icra sənədinin tam icra edilməməsindən narazıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Həmin Məcəllənin 279.1, 279.2 və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmuşdursa məhkəmə əmri verilə bilər. Hazırki ərizə isə məhkəmə aktının icrasının təmin edilməsi ilə bağlıdır. Belə olan halda, hazırki tələbə əmr icraatı qaydasında baxıla bilməz. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Borclu qərardadın icrasının təmin edilməsi barədə məhkəmə əmri icraatı qaydasında verilmiş ərizəsinin qəbul edilməsindən imtina edilməli və ona izah edilməlidir ki, o, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qanunvericiliyndə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Borclu qərardadın icrasının təmin edilməsi barədə məhkəmə əmri icraatı qaydasında verilmiş ərizəsinin qəbul edilməsindən imtina edilsin. Borclu izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qanunvericiliyndə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3901/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3901/2022
24.05.2022 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver