Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3902/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə RS/67 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 45769.78 manat, faiz borcu üzrə 2969.32 manat olmaqla, cəmi 48739.1 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumunun və xidmət haqqının, eyni zamanda 236.22 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1ndən tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, eyni zamanda ödənilmiş dövlət rüsumunun və xidmət haqqının geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Buna görə də, məhkəmə cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından X2 vasitəsilə 14221104 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 236.22 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 260, 263-264, 266-268-ci maddələrini, habelə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan olan dispozitivlik prinsipini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsilləri iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən X2 vasitəsilə 14221104 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 236.22 (iki yüz otuz altı manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3902/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3902/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver