Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3905/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 151,65 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 fevral 2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 28 oktyabr 2020-ci il tarixli e-2(001)-5330/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh17 fevral 2021-ci il tarixindəki 100 manat və 17 fevral 2022-ci il tarixindəki 911 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 151,65 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMCyə cavabdeh (lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15%-i həcmində, yəni ümumilikdə 151,65 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 20 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndində “borcverənin”-in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələrində (öhdəlikləri) “borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və /və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesalanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və /və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq/almaq) qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə borcunu tam məbləğdə ödəmişdir. Hazırda banka heç bir borcu yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X1 Azərbaycan” QSC ilə qızı arasında 20 fevral 2019-cu il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, Cavabdeh kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən sonuncuya kredit verilməsi üçün kredit xətti açılmışdır. Müqavilənin 6.4-cü bəndinə əsasən, borcalam öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borclarınj geri qaytarılmasının təmin edilməsi məqsədilə “borcverən” borcun qaytarılamasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilmədi üçün (məhkəmə instansiyalarına, orqanlarına müraciət və.s) “borcalana” aid olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclərin və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) “borcalanadan” tələb etmək (tutmaq/almaq) hüququna malik olduğu ilə razılaşır, bəyab edir və təsdiq edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(001)- 5330/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh əsas borc 872,08 manat, faiz borcu 90,59 manat, cərimə 16,62 manat olmaqla, cəmi 979,29 manat pulun, 1,5 manat məbləğində bildirişlərin göndərilməsi üzrə poçt xərci və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri və/ və ya təminatı avtomobil, nəqliyyat və.s olan kreditləri, kredit kartları və /və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsaən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (vəkillik) xərci ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş 16 mart 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2021-ci ilin fevral ayı üzrə MMC tərəfindən borclu İstehlak krediti müştərilərinin etdiyi geri ödənişlərin 15.033,86 manat məbləğinin 15 faiz xidmət haqqının 2.255,07 manat və geri ödənişin 130 manat (76,47 ABŞ dolları üzrə) 15 faiz xidmət haqqı, yəni 19,50 manat icra edilərək QSCyə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli 0195 saylı hesab fakturadan görünür ki, görülmüş iş və xidmətlər üzrə geri ödənilmiş məbləğ 15.163,86 manat və büroya ödəniləcək məbləğ 2.274,57 manat təşkil edir. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli təhvil aktından görünür ki, 310432 nömrəli Cavabdeh 17 fevral 2022-ci il tarixdə 911 manat məbləğində ödəniş etmişdir. Həmçinin həmin aktdan görünür ki, 136,65 manat məbləğində büroya ödəniş edilmişdir. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş aktdan görünür ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüqqui xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2022-ci ilin fevral ayı üzrə MMC tərəfindən borclu “World Card” krediti müştərilərinin etdiyi geri ödənişlərin 10.199,48 manat məbləğinin 15 faiz xidmət haqqı, yəni 1.529,92 manat icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli 0196 saylı hesab fakturadan görünür ki, görülmüş iş və xidmətlər üzrə geri ödənilmiş məbləğ 10.199,48 manat və büroya ödəniləcək məbləğ 1.529,92 manat təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 17 fevral 2021-ci il tarixdə ödənilən 100 manat və 17 fevral 2022-ci il tarixində ödənilən 911 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 151,65 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 24 fevral 2022-ci il pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 151,65 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. 14 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış 20 fevral 2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 151,65 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddianı qəbul etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 4.19-cu bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və "xxxx" MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3905/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3905/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver