Məhkəmə qərarları › İş №e-2(001)-3926/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3926/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3926/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Xudafərin MMC-yə qarşı Xudafərin MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xudafərin MMC-yə qarşı Xudafərin MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı1 cavabdeh Xudafərin MMC ilə xx.xx.2005-ci il tarixdə 13 saylı müqavilə bağlayaraq Bakı şəhəri Atatürk prospekti 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin A4 korpusunun birinci mərtəbəsində C hərf oxları ilə 16-19 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsini ********* AZM almış, qeyri-yaşayış sahəsinin dəyərini müqavilə bağlandığı gün cəmiyyətin kassasına ödəmiş, qeyri-yaşayış sahənin sərhədləri müəyyən olunaraq ona göstərilmişdir. İddiaçı X2 cavabdeh Xudafərin MMC ilə xx.xx.2005-ci il tarixdə 14 saylı müqavilə bağlayaraq Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin A5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsini ********* AZM almış, qeyri-yaşayış sahəsinin dəyərini müqavilə bağlanan gün cəmiyyətin kassasına ödəmiş, sahənin sərhədləri müəyyən edilərək ona göstərilmişdir. 2015-ci ilin noyabr ayında iddiaçılara məlum olmuşdur ki, cavabdeh Xudafərin MMC ilə X1 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış 23 saylı müqaviləyə əsasən Bakı şəhəri Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində Xudafərin MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1ci və 2-ci mərtəbəsində yerləşən və lahiyə üzrə nəzərdə tutulmuş 4564 kv.m qeyri-yaşayış sahəsi İ.A.Ağarəhimova satılmış, sonuncu həmin qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. Beləliklə xx.xx.2005-ci il və xx.xx.2005-ci il tarixli müqavilələr əsasında iddiaçılara göstərilən qeyri-yaşayış sahələri dörd aydan sonra İ.A.Ağarəhimova satılmışdır. İddaçılar hüquqlarının pozulması ilə əlaqədar 2016-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Xudafərin MMC ilə X1 arasında mübahisəli qeyri-yaşayış sahələrinə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sahələrdən onların istifadəsi üçün yaranmış maneələrin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsi məqsədilə iddia qaldırılmış, uzun sürən məhkəmə çəkişmələri iddia tələblərinin təmin olunmaması ilə yekunlaşmışdır. Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində Xudafərin MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 99 kv.m və 93 kv.m qeyriyaşayış sahəsini iddaçılara satmasını həm təqdim etdiyi rəsmi sənədlərlə həm də, məhkəmələrdə verdikləri izahat və ifadələrlə təsdiq etmişdir. Xudafərin MMC hazırda da iddiaçıların həmin qeyri-yaşayış sahələrini aldıqlarını, dəyərini MMC-nin kassasına ödədiklərini inkar etmir. Buna baxmayaraq, hal-hazıra kimi Xudafərin MMC İddiaçı1 ilə bağladığı xx.xx.2005-ci il və İddiaçı2 Məmməd oğlu ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və müvafiq olaraq 99 kv.m və 93 kv.m qeyri-yaşayış sahələrini iddiaçılara təqdim etməmişdir. Bu isə mülki qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq tələblərin pozulması deməkdir. Xudafərin MMC-nin müqavilə öhdəliklərini icra etməməsi göz qabağındadır. Ona görə də məhkəmə tərəfindən Xudafərin MMC nin üzərinə İddiaçı1 ilə xx.xx.2005-ci il tarixdə bağladığı 13 saylı müqaviləyə uyğun olaraq İddiaçı1 Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsinin, İddiaçı2 ilə xx.xx.2005-ci il tarixdə bağladığı 14 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı2 təhvil vermək vəzifəsi qoyulmalıdır. Ona görə də cavabdeh Xudafərin MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkilləri Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr bu gün də qüvvədədir. Müqaviləyə əsasən iddiaçılar pulu ödəməli, cavabdeh Xudafərin MMC isə həmin əmlakları təqdim etməlidir. İddiaçılar tərəfindən öhdəliklər tam icra olunmuşdur. Amma nədənsə bu günə qədər əmlaklar iddiaçılara təqdim olunmamışdır. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt da verilmişdir. Burada barışmaq iddiaçı tərəfin öhdəliyi deyil, qarşı tərəf iddianı qəbul edərək əmlakı verməyə hazır olduqlarını bildirmişdilər. Cavabdeh tərəf iddiaçılara məxsus əmlakın birinci mərtəbədə olmasını deyir, ora isə boşdur. İddiaçılar isə əmlakın ikinci mərtəbədə olduğunu deyirlər. Eyni sahəni həm İddiaçı2a, həm İddiaçı1, həm də İlqar Ağarəhimova göstərmişlər, lakin sənəddə başqa yerlərdir. Tərəflər barışıq üçün razılığa gəlməmişlər. İddiaçılar aşağı mərtəbəni istəmirlər, onlara zirzəmi deyilməmişdir. Daha sonra iddiaçıları Amay Ticarət Mərkəzinə aparıb, orda sahəsi 1500 kv.m. olan yer təklif etmişlər. Notariusda sənədləşdirmək istəyəndə müəyyən olundu ki, yerin bir hissəsi girovdadır. İddiaçılar həmin sahəni yarımçıq götürsələr, dəhlizin giriş çıxışında problemlər yaranacaq və bu da gələcəkdə yeni məhkəmə mübahislərinə gətirib çıxardacaqdır. Dediklərinə görə Abdulla İrandadır, o, Azərbaycana gələndə ya iddiaçıların pulunu verəcək, ya da Nizami rayonunda 1 ha torpaq sahəsi ilə əvəzləşmə aparılacaqdır. Lakin torpağın da çıxarışı yoxdur, bələdiyyə sənədidir. Tərəflər razılaşdılar ki, bağlanmış həmin müqavilələr üzrə qərar çıxsın, ona uyğun da əvəzləşmə olacaq, iddiaçılara cavabdeh başqa əmlak verəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib, vəkilli və nümayəndəsi Vəkil izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, onlar cavabdehin təklif etdiyi sahələrə baxmış, təklif olunan sahəsi 1500 kv.m olan sahə girova qoyulmuşdur. Abdullanın Ə.Budaqova borcuna görə həmin sahə girova qoyulmuşdur. Ə.Budaqov 51000 manat borc ödənildiyi halda həmin yeri ona verə biləcəyini demişdir. O, bu təkliflə razılaşmamışdır. Təklif olunan torpağın isə çıxarışı yoxdur. Abdulla həmin yeri İlqar Ağarəhimovdan alıb ona verəcəyini demişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında cavabdeh Xudafərin MMC-nin nümayəndəsi Nümayəndə izahatında Xudafərin MMC-nin əvvəlki rəhbərliyinin iddiaçıları tanımasını, iddiaçıların tələb etdikləri sahələrin İlqar Ağarəhimov adlı şəxsə satılmasını göstərmişdir. Cavabdeh Xudafərin MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Xudafərin MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Xudafərin MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-670/2016 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 Xudafərin MMC-yə və İ.A.Ağamirova qarşı kooperativ mənzil tikintisi haqqında müqavilənin qismən etibarsız hesab edilməsinə və müdaxilənin aradan qaldırılmasına dair iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4905/2020 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 372/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4905/2020 saylı qərarı ilə müəyyən olunmuşdur ki, “... Apellyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələrinin İlqar Ağarəhimova verilməsi artıq məhkəmə aktlarının icrası qaydasında həyata keçirildiyindən, həmin sahələrin yenidən iddiaçılara verilməsinə dair nəticəyə gəlmək yolverilən deyildir. İlqar Ağarəhimovla bağlanmış müqavilənin etibarlı müqavilə olması məhkəmə aktları ilə müəyyən olunduğundan hər hansı əsasla onun və ümumi əmlakın hər hansı bir hissəsinə münasibətdə etibarsızlığı ilə bağlı nəticəyə gəlmək, müqavilənin şərtlərini Mülki Məcəlləinin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfsir edilməsi mümkünsüzdür. ... işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə iddiaçılara (İddiaçı1 və İddiaçı2) satılmış sahənin onlarla bağlanmış müqaviləyə uyğun olması halı öz təsdiqini tapmamışdır. Bu faktın müəyyən edilməsi iddiaçıların tələb etdiyi sahənin onlara təhvil verilməsini mümkünsüz etmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərar iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməmiş, müqavilələrin bağlanması tarixlərinə rəğmən cavabdehlə bağlanmış müqavilənin şərtsiz etibarsız hesab olunması üçün əsas mövcud deyildir. Eyni zamanda digər iş üzrə çıxarılmış məhkəmə qərarlarının hazırkı iş üzrə sübut əhəmiyyəti kəsb etməməsi dəlili əsassızdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılar qanuni qüvvəsini alan məhkəmə aktları ilə İlqar Ağarəhimova aid olması müəyyən edilən, soncunun faktiki istifadəsində olan qeyri-yaşayış sahələrinin onlara təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair məhkəmə aktının qəbul edilməsini tələb edirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilmədiyindən, iddiaçılar tərəfindən cavabdehdən tələb olunan qeyri-yaşayış sahələri cavabdehə deyil, İlqar Ağarəhimova aid olması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən müəyyən olduğundan iddia tələbləri əsassızadır ona görə təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xudafərin MMC-yə qarşı Xudafərin MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar