Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3953/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədəova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 989 kq pendirin 1 kiloqram dəyəri 6.90 manat olmaqla 6824.10 manat pulun, 3500 manat borc verdiyi pulun 1000 manat qalıq borcunun və 500 manat hüquqi yardım üçün ödənilmiş qonorarın, cəmi 8324.10 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkarlıqla məşğul olur və Cavabdeh 1 ilə yaxın müddətdir ki, tanıyır. Cavabdehə Füzuli rayonundan ağartı məhsullarını (qatıq, süd, şor və pendir) satmaq üçün göndərmiş, o da sataraq öz xeyrini götürdükdən sonra iddiaçıya aid olan pulu ödəmişdir. Onların ümumilikdə dövriyyəsi 50.000 manatdan çox ticarət əlaqələri olmuşdur. Lakin 2024-cü ilin əvvəllərində cavabdeh qalıq 1000 manat borcu qalmasına baxmayaraq, hissə-hissə olmaqla 989 kq pendiri tələbatı olması bəhanəsi ilə alıb-aparmışdır. Lakin o, qalıq 1000 manat pulu ödəməməklə yanaşı, sonradan aldığı 989 kq pendirin pulunu da ödəməmişdir. Cavabdeh pulu ödəməkdən yayınmaqla yanaşı artıq iddiaçını hədələməyə başlamışdır. İddiaçı bununla bağlı Polis şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əlavə olaraq bildirir ki, pendirin bazar dəyəri yüksək olmasına baxmayaraq o, cavabdehə topdan satış qiymətindən, hətta minimum bazar qiymətindən də ucuz – 1 kiloqramı 6.90 manata satmışdır. Lakin cavabdeh ona olan borcunu ödəməmişdir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və 1 kiloqramı 6.90 manat olmaqla 989 kiloqram pendirə görə 6824,10 manat pulun və əvvəlki 3500 manat borcdan qalıq qalmış 1000 manatın və hüquqi yardım üçün ödənilən 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O özü 2006-cı ildən son 3 aya kimi topdan satışla məşğul olmuşdur. Təxminən 2023-cü ilin oktyabr ayında iddiaçı ona zəng vurub pendir satdığını demişdir. İddiaçı tərəf adətən Qarabağ zonasına pendir satır və qış aylarında orda satış olmadığına görə onun vasitəsilə burada pendir satmaq istəyib. Aralarındakı razılığa görə pendirin bir kiloqramını 3 manata satıb. İddiaçı ilə aralarında yalnız telefon danışığı olub. İddiaçını heç vaxt görməyib. O, pendiri yol maşınları ilə göndərib. Elə vaxt olub ki, pendiri Sədərəkdə götürüb, elə vaxt olub birbaşa müştəriyə göndərilib. O da məhsulun dəyərini ya əlbəəl verib, ya iddiaçının oğluna və ya kartına göndərib. İddiaçı 2 dəfə onu polisə verib. Orada da iddiaçıdan dəfələrlə sənədləri təqdim etməsi təklif olunub. Lakin iddiaçı heç vaxt sənəd təqdim edə bilməyib. İndi də istənilən sənəd və ya sübut təqdim olunsa hamısına bir-bir cavab verməyə hazırdır. İddiaçı iddia ərizəsində ona pendirin 1 kiloqramını 6.90 manat satdığını bildirir. Heç yerdə həmin qiymətə pendir yoxdur. İddiaçı pendirin 1 kiloqramını ona 3 manata satıb. Hazırda da zəng edib sorulsa iddiaçı pendirin 1 kiloqramını 3 manata satdığını deyəcək. Həmin məbləğdən 1 ton pendirdə təxminən 4000 manat fərq edir. Daha sonra bildirdi ki, 2024-cü ilin yanvar ayında iddiaçıdan təxminən 1 ton pendir götürmüş, lakin malın keyfiyyəti yaxşı olmadığı üçün malları geri qaytarmaq istəmiş, iddiaçıya pendiri xarab oduğu üçün qaytarmaq istədiyini bildirmişdir. Lakin iddiaçı malı gəlib götürməmişdir. Bir müddət sonra göndərilən pendirlər yarasız hala düşdüyünə görə onları zibilliyə atmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmənin son iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir.
b) Mülki işin materialları:
6. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Sübahan oğluna xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 660 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 499 manat olmaqla, ümumilikdə 5039 manat məbləğində pul ödənilmişdir.
7. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində verilmiş izahatdan görünür ki, o, İddiaçı Sübahan oğlu ilə tanışdır. O, adı çəkilən şəxsdən müxtəlif vaxtlarda ağartı məhsulları alaraq satmış və pulunu vaxtında ödəmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında ondan 1 ton pendir götürmüş, lakin malların bir hissəsinin keyfiyyəti yaxşı olmadığı üçün malları geri qaytarmaq istəmişdir. Bu barədə Səfaya bir neçə dəfə məlumat versə də o gəlib malları ondan götürməmişdir. Bu müddət ərzində pendirlər yarasız hala düşdüyünə görə o da pendirləri zibilliyə atmışdır. Ümumilikdə ona 1000 manat borcu qalmışdır.
8. “X1” firmasının xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, 2024-cü ildə Azərbaycan Respublikası ərazisində pendirin 1 kq-nın (1 kiloqramının) dəyəri 7.20 AZN (yeddi manat iyirmi qəpik) və 8 AZN ( səkkiz manat) aralığında olmuşdur.
c) Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
10. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
ç) Məhkəmənin mövqeyi:
23. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı ona məxsus əmlakı cavabdehə verməli, cavabdeh də onun dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almış, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.
25. Aşağıdakı sübutlar əsasında müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
26. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 989 kq pendirin 1 kiloqram dəyəri 6.90 manat olmaqla 6824.10 manat məbləğində pulu və 3500 manat borc verdiyi pulun 1000 manat qalıq borcu tələb edir.
27. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı Sübahan oğlu ilə tanışdır. O, adı çəkilən şəxsdən müxtəlif vaxtlarda ağartı məhsulları alaraq satmış və pulunu vaxtında ödəmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında ondan 1 ton pendir götürmüş, lakin malların bir hissəsinin keyfiyyəti yaxşı olmadığı üçün malları geri qaytarmaq istəmişdir. Bu barədə Səfaya bir neçə dəfə məlumat versə də o gəlib malları ondan götürməmişdir. Bu müddət ərzində pendirlər yarasız hala düşdüyünə görə o da pendirləri zibilliyə atmışdır. Ümumilikdə ona 1000 manat borcu qalmışdır.
28. Məhkəmə iclaslarında da cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pendir məhsulları aldığını bildirmişdir. Cavabdeh eləcə də 2024-cü ilin yanvar ayında iddiaçıdan 1 (bir) tona yaxın pendir aldığını, lakin yararsız olduğu üçün qaytarmaq istədiyini, iddiaçının malı geri almadığı üçün zibilliyə atdığını, iddiaçıya heç bir borcu qalmadığını bildirmişdir. Bundan başqa cavabdeh pendirin 1 kiloqramını 3 (üç) manatdan aldığını bildirmişdir.
29. Məhkəmə qeyd edir ki, iş materialları ilə, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada nisyə pendir alqı-satqısı müqaviləsi olmuş, iddiaçı müxtəlif vaxtlarda cavabdehə satmaq üçün pendir vermiş, cavabdeh də sataraq pulunu iddiaçıya qaytamışdır.
30. Məhkəmə qeyd edir ki, 2024-cü ilin yanvar ayında iddiaçı tərəfindən cavabdehə satılması üçün 989 kq pendirin göndərilməsi işin mübahisəsiz halıdır.
31. Belə ki, iddiaçı cavabdehə satmaq üçün 989 kq pendir göndərdiyini, cavabdeh də həmin pendiri qəbul etdiyini bildirmişdir. Cavabdeh həmin pendirin çox hissəsinin yararsız olduğu üçün atdığını bildirmiş, lakin buna dair hər hansı bir sübut təqdim etməmişdir.
32. Bundan başqa cavabdeh iddiaçıdan pendirin 1 kiloqramını 3 manata aldığını qeyd etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi “X1” firmasının xx.xx.2024-cü il tarixli rəyindən isə müəyyən olunur ki, 2024-cü ildə Azərbaycan Respublikası ərazisində pendirin 1 kq-nın (1 kiloqramının) dəyəri 7.20 AZN (yeddi manat iyirmi qəpik) və 8 AZN (səkkiz manat) aralığında olmuşdur. İddiaçı isə cavabdehə pendirin 1 kiloqramını 6 manat 90 qəpiyə satdığını bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının bu dəlilini daha inandırıcı hesab edir.
33. Müəyyən olunur ki, iddiaçının cavabdehin 989 kq pendirin satışına görə cavabdehin ona hər hansı bir ödəniş etmədiyinə dair dəlili iş materialları ilə təkzib olunur.
34. Belə ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı 2024-cü ilin yanvar ayında cavabdehə hazırkı mübahisənin predmeti olan pendir məhsulunu göndərmişdir.
35. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Sübahan oğluna xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 660 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 499 manat olmaqla, ümumilikdə 5039 manat məbləğində pul ödənilmişdir.
36. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin ona 6824.10 manat məbləğində borcunun olmasını qeyd etsə də cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024 xx.xx.2024-cü il tarixlərdə müxtəlif vaxtlarda həmin 6824.10 manat məbləğindən ümumilikdə 5039 manat məbləğində pul ödənilmişdir.
37. Göründüyü kimi cavabdehin tələb etdiyi 6824.10 manat məbləğindən iddiaçıya 1785,10 manat məbləğində borcu qalmışdır.
38. İş materiallarından görünür ki, iddiaçı eyni zamanda cavabdehdən əvvəlki borclarına görə qalıq qalan 1000 manat borcunu da tələb edir.
39. Bundan başqa iş materiallarından göründüyü kimi cavabdeh izahatında iddiaçıya 1000 manat məbləğində borcu qaldığını bildirmişdir.
40. Həmçinin məhkəmə idda tələbinin hüququ yardım üçün iddiaçının ödədiyi 500 manat maliyyə vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
42. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə 500 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.
45. Məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, İddiaçı məcburi köçkündür.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
47. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2785,10 manat məbləğində pul və vəkil xərci olaraq ödənilmiş 500 manat məbləğində pulun əvəzi tutularaq İddiaçı və 52,85 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2785,10 (iki min yeddi yüz səksən beş manat on qəpik) manat məbləğində pul və vəkil xərci olaraq ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 52,85 (əlli iki manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə yəmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova