Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3987/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12.715,13 manat - bundan 3.420,49 manat əsas, 1.976,51 manat faiz, 6.263,09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 515,13 faiz borcu və iş üzrə ödənilmiş 126,53 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 avqust 2014cü il tarixli KM036T06170004S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 iyun 2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 7.072,87 manat təşkil etmiş, kreditin müddəti 02 iyun 2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 14 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 10 may 2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.175,13 manat təşkil edir. Bundan 3.420,49 manat əsas, 1.976,51 manat faiz, 6.263,09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 515,13 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 avqust 2014cü il tarixli, ********* saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank (kredit verən) Cavabdeh2 (kredit alan) illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 6.370 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan məqsədli təyinatına görə istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 50% faiz dərəcəsilə, aylıq isə 4.17 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Zamin müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 avqust 2014cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 27 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana 6.370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 4.604,27 ABŞ dolları təşkil edir, kreditin müddəti 27 may 2017-ci il tarixədək təyin olunur; İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 27 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana 6.370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 4.604,27 ABŞ dolları təşkil edir, kreditin müddəti 27 may 2017-ci il tarixədək təyin olunur. 02 iyun 2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 7.072,87 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4.413,93 manat əsas borc, 1.872,86 manat faiz borcu və 786,07 manat cərimə borcu var. Müqavilənin 1.2-ci bəndinə əsasən Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15 faiz təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 02 iyun 2019-cu il tarixədək təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən, etibarən cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 02 iyun 2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış ********* saylı 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 7.072,87 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4.413,93 manat əsas borc, 1.872,86 manat faiz borcu və 786,07 manat cərimə borcu var. Müqavilənin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti 02 iyun 2019-cu il tarixədəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Müqavilənin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən, etibarən cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclulara ünvanladığı 14 aprel 2022-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun qısa zamanda ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi barədə onlara xəbərdarlıq edilmişdir. 16 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə sonuncunun 10 may 2022-ci il tarixə banka 3.420,49 manat əsas, 1.976,51 manat faiz borcu, 515,04 manat gecikdirilmiş 5% borcu, 6.263,09 manat cərimə olmaqla, cəmi 12.175,13 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5080 saylı, 23 avqust 2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və 02 iyun 2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə alaraq X2 banka olan borcu 02 iyun 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc 3.151,47 manat, faiz borcu 2.276,85 manat; 10 may 2022-ci il tarixə (sualda qeyd olunan tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) əsas borc üzrə 3.151,47 manat, faiz borcu 2.739,94 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. 26 may 2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, bankla Cavabdeh2 arasında 14 avqust 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və sonuncuya illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 6.370 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zamin qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra 27 may 2015-ci il tarixdə sözügedən kredit və zaminlik müqavilələrinə 01 nömrəli Əlavə sazişlər bağlanmış və kreditorun borcalana 6.370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 4.604,27 ABŞ dolları müəyyən edilmişdir. 02 iyun 2017-ci il tarixdə isə sözügedən kredit və zaminlik müqavilələrinə 02 nömrəli Əlavə sazişlər bağlanmış və borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 7.072,87 manat (4.413,93 manat əsas borc, 1.872,86 manat faiz borcu və 786,07 manat cərimə) müəyyən edilmişdir. İddiaçı bank tərəfindən cavabdehə 10 may 2022-ci il tarixə 3.420,49 manat əsas, 1.976,51 manat faiz borcu, 515,04 manat gecikdirilmiş 5% borcu, 6.263,09 manat cərimə olmaqla cəmi 12.175,13 manat məbləğində borc hesablanmışdır. Hazırda qeyd olunan məbləğin cavabdehlər tərəfindən ödənilməsi tələb olunur. Göründüyü kimi, Cavabdeh2 tərəflər arasında bağlanmış 02 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə qismən təmin edilməli, 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixli əlavə saziş üzrə Cavabdeh2 ekspert rəyi ilə müəyyən edilmiş 3.151,47 manat məbləğində əsas və iddiaçı tərəfindən tələb olunan 1.976,51 manat məbləğində faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış 515,13 manat faiz borcu ilə əlaqədar da ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün 463,09 manat (2.739,94- 2.276,85) faiz borcu tutulmalı, tələb digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, 02 iyun 2017-ci il tarixli Əlavə Saziş üzrə tərəflər arasında cərimə ilə bağlı yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı saziş üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 6.263,09 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılmalı və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh2 qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbininin cavabdeh – zamin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 4.3-cü bəndində qeyd olunmuşdur ki, zaminlik müqaviləsi bütün şərtlərin tam yerinə yetirilməsin sonra qüvvədən düşür. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 02 iyun 2019-cu il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixli əlavə saziş üzrə Cavabdeh2 3.151,47 manat məbləğində əsas, 1.976,51 manat məbləğində faiz borcu, 463,09 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 300 manat cərimə olmaqla, cəmi 5.891,07 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi dövlət rüsumunun 61 manatı Cavabdeh2 onun xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın 73 manatı Cavabdeh2, 77 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixli əlavə saziş üzrə Cavabdeh2 3.151,47 (üç min bir yüz əlli bir manat, qırx yeddi qəpik) manat məbləğində əsas, 1.976,51 (bir min doqquz yüz yetmiş altı manat, əlli bir qəpik) manat məbləğində faiz borcu, 463,09 (dörd yüz altmış üç manat, doqquz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 5.891,07 (beş min səkkiz yüz doxsan bir manat, yeddi qəpik) manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manatın 73 (yetmiş üç) manatı Cavabdeh2, 77 (yetmiş yeddi) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3987/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3987/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver