Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4007/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Muğanbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 07-xx-xx-058074 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 29% dərəcəsi ilə hesablanmaqla 2647 manat məbləğində kredit verilmişdir. Muğanbank ASC ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Muğanbank ASC-nin tələb hüququ mövcud olduğu həcmdə Azərbaycan Beynəlxalq Bankı ASC-yə güzəşt edilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka əsas borcu 464,12 manat, faiz borcu 107,64 manat olmaqla, cəmi borcu 571,76 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılmasına dair dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də Cavabdeh əsas borca görə 464,12 manatın, faiz borcuna görə 107,64 manatın, məhkəmə xəclərinə görə 30 manatın iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1.-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2.-ci maadəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 194.4.-cü maddəsinə əsasən, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Muğanbank ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 07-xxxx-058074 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 2647 manat kredit verməyi öhdəsinə götürmüşdür. Muğanbank ASC ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair müqavilənin surətindən müəyyən olunur ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə və qaydada ilkin kreditor təhvil-təslim aktına əsasən kredit portfeli üzrə tələb hüquqlarını borclanlarla razılaşdıraraq, müəyyən edilmiş ardıcıllıqla yeni kreditora ötürməyi, yeni kreditor isə onları qəbul etməyi, ötürülən kredit portfelinin məbləğini, həmçinin bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və qaydada komisyon haqqlarını ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə yalnız ilkin kreditora 15000 manat məbləğədək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqları ötürülür. Müqavilənin 1.5-ci bəndinə əsasən ilkin kreditor və yeni kreditor razılığa gəldilər ki, ilkin kreditorun kredit müqavilələri üzrə tələb hüquqlarının yeni kreditora ötürməsinə görə komisyon haqqı ötürülən ümumi kredit portfelinin 3 faizi həcmində müəyyən edilir. Muğanbank ASC-nin bildirişindən müəyyən olunur ki, kreditor Muğanbank ASC borcalan Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli 07-xx-xx-058074 saylı kredit müqaviləsi üzrə tələb hüququnu mövcud olduğu həcmdə Muğanbank ASC ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-yə güzəşt etməsini borcalana bildirmiş, Cavabdeh bildirişi xx.xx.2016-cı il tarixdə imzalamaqla qəbul edib borc öhdəliyinin güzəşt olunmasına dair şərtlərin ona izah olunduğunu, heç bir etirazının omadığını bildirmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərimanov filialının xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 07-xx-xx-058074 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 464,12 manat, faiz borcu 107,64 manat olmaqla cəmi borcu 571,76 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 50 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən xx.xx.2016-cı il tarixli 07-xx-xx-058074 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 464,12 manat, faiz borcuna görə 107,64 manat olmaqla cəmi 571,76 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 07-xx-xx-058074 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 464,12 manat, faiz borcuna görə 107,64 manat, məhkəmə xərclərinə görə 30 manat olmaqla cəmi 601,76 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4007/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4007/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver