Məhkəmə qərarları › İş №e-2(001)-4028/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4028/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4028/2025 16.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə kredit üzrə 65.75 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.37 manat faiz borcu olmaqla, cəmi 70.12 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC-nin Binəqədi filialı ilə X4 arasında bağlanmış 202TBLL192391001 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 20 faizlə 56 ay müddətinə 2050 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən banka ödənilməmiş borc - 65.75 manat əsas borc, 1.52 manat faiz borcu, 1.18 manat cərimə borcu, cəmi 68.45 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Mülki işin materialları:

5. "xxxx" ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 202TBLL192391001 saylı kredit müqaviləsinə əsasən sonuncuya 56 ay müddətinə illik 20 faiz dərəcəsi olmaqla 2050 manat məbləğində kredit verilmiş, X4 xx.xx.2029-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək hər ay 56.60 manat (sonuncu ay 56.01 manat) ödəməyi öhdəsinə götürmüşdür.

6. "xxxx" ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank Kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən sonuncuya 56 ay müddətinə illik 20 faiz dərəcəsi olmaqla, 2050 manat məbləğində kredit xətti açılmışdır.

7. Maliyyə arayışına əsasən X2 xx.xx.2019-cu il tarixli, 202TBLL192391001 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 65.75 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4.37 manat faiz borcu olmaqla, cəmi 70.12 manat borcu vardır.

8. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir.

9. İş materiallarında olan vərəsəlik işinin surətindən görünür ki, mərhum X1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, 164 saylı ev miras qalmış, digər vərəsələr həmin mirasdan Cavabdeh xeyrinə imtina etmişlər.

10. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

12. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X4 xx.xx.2024cü il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

15. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

17. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X4 öldükdən sonra son haqq-hesab olaraq daşınar və daşınmaz əmlak miras qalmışdır. İddiaçı ilə X4 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir.

18. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 65.75 manat əsas borc, 1.52 manat faiz borcu, 1.18 manat cərimə borcu, cəmi 68.45 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir

19. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin edilən hissəsinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 65.75 manat əsas borc, 1.52 manat faiz borcu, 1.18 manat cərimə borcu, cəmi 68.45 (altmış səkkiz manat qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar