Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4066/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X7 arasında bağlanmış 01 iyun 2021-ci il tariхli, 108804-795332/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh arasında 01 iyun 2021 il tariхli, 108804-795332/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafiki pоzulmuşdur. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, Banka olan borc ödənilməmişdir. 02 iyun 2023-ci il tarixinə kredit müqaviləsi üzrə 11404,01 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, ümumilikdə 11404,01 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqaviləsinin 4-cü bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrasımümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Belə ki, kredit vaxtında ödənilməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, tələbin həcmini azaltmış və bildirmişdir ki, Banka müəyyən ödənişlər edildikdən, hal-hazırda cəmi 2826,46 manat borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuş məbləğdə borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehlərin sırasını müəyyənləşdirmək iddiaçının müstəsna hüququdur. Borclunun vərəsələri arasında halhazırda mübahisəli vəziyyət olduğuna görə iddia məhz zaminə qarşı sürülmüş və tələb təmin ediləcəyi təqdirdə vərəsələrə qarşı müvafiq iddianın irəli sürülməsi artıq zaminin hüquqlarına aiddir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, X3 vərəsələri var və iddia tələbi onlara qarşı irəli sürülməlidir. Borcun bir hissəsi vərəsələr tərəfindən ödənilib, az bir hissəsi qalıb, o hissə də yaxın müddətdə ödəniləcək. Hal-hazırda vərəsələr arasında avtomobillə bağlı müəyyən ziddiyyətlər var. Həmin ziddiyyətlər aradan qalxdıqdan sonra borc ödəniləcək. Ona görə də, məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün bir az da vaxt verilməlidir. Cavabdeh hal-hazırda işi ilə əlaqədar başqa ölkədədir və ona görə də, məsələnin həllində iştirak edə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 108804-795332/2 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 15,5% ödəmək şərtilə, şəxsi istehlak məqsədi ilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 108804-795332/2 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan X3 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 həmin tarixə Banka 2826,46 manat məbləğində borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 455 gün təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, X2, X6 və X1 Elxan Salman oğlunun vərəsələridir; miras əmlak Mercedes Benz ML350 minik markalı, 90KT209 dövlət qeydiyyat nişanlı avtomobildən, bank hesabında olan 19619,46 manat və 17383,89 manat məbləğində puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 2826,46 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2826,46 (iki min səkkiz yüz iyirmi altı manat qırx altı qəpik) manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 124,62 (yüz iyirmi dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4066/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4066/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver