Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4073/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə500 manat məbləğində kredit borcu üzrə 298.61 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 298.61 manat borcu, 3300 manat məbləğində kredit borcu üzrə 2579.02 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 2579.02 manat borcu olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2877.63 manat əbləğində kredit borcunun və ödənilmiş 48.78 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit kartı verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********98nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 3300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisitərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən,X2 500 manat məbləğində kredit borcu üzrəBanka ödənilməmiş borcu – 298.61 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 298.61 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 3300 manat məbləğində kredit borcuBanka ödənilməmiş borcu – 2579.02 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 2579.02 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 2877.63 manat borcu qalmışdır. Cavabdeh X2vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2877.63 manat olduğundan, bank tərəfindən 48.78 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi(oğlu) X7 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Cavabdeh onun anasıdır. Krediti isə atası götürüb, lakin sonra vəfat edib. Atası vəfat etdikdən sonra bankın Azadlıq filialına yaxınlaşaraq atasının ölüm haqqında şəhadətnaməsinin notarial təsdiq edilmiş surətini təqdim etmişdir. Həmin vaxt bankın əməkdaşı kredit üzrə aylıq 5-10 manat olsa da ödəniş etməsini bildirmişdir. Lakin bankın əməkdaşı kredit borcuna görə ona 5-10 manat ödəniş etməsini deməsəydi, aylıq kredit borcuna 100 manat ödəmək fikrində idi. Lakin buna baxmayaraq hər ay 40-50 manat arası ödənişlər edir. Bundan sonra da, kredit borcuna görə hər ay 100 manat ödəniş edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********98 saylı tam kart çərçivə müqaviləsindən və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşmadan görünür ki "xxxx" ASC borcalana 48 ay müddətinə illik 22 % ödəmək şərti ilə 3300 manat məbləğində kredit verməyi, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 500 manat bank kartına kredit limiti ayırmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 634 saylı maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsi üzrə 2579,02 AZN əsas borcu vardır.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 635 saylı maliyyə arayışından görünür ki, X2 bank kartına kredit limitinin ayrılması haqqında xx.xx.2020-ci il tarixli BPM**********98 saylı razılaşma üzrə 298,61 AZN əsas borcu vardır.
9. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 230010 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 noyabr 2021-ci il tarixində 1357 № ilə qeyd edilmişdir.
10. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən V-126/2022 saylı vərəsəlik işinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı il tarixdə X4 verilmiş 697 qeydəalma nömrəsi ilə 30-104588 nömrəli kitabın 697-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,94 kv/m, yaşayış sahəsi 53,97 kv/m olan otaqlı mənzildən ibarətdir.
11. "xxxx" ASC tərəfindən X1nun vərəsəsi arvadı Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
12. 02.06.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 48,78 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********98 saylı tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma bağlanmış, müqavilə üzrə "xxxx" ASC borcalana 48 ay müddətinə illik 22 % ödəmək şərti ilə 3300 manat məbləğində kredit verməyi, razılaşma üzrə isə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 500 manat bank kartına kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
14. X6 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən sonra 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində xx.xx.2022-ci il tarixində V-126/2022 saylı vərəsəlik işi açılmışdır.
15. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən V-126/2022 saylı vərəsəlik işinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı Cavabdeh tanınmış və X2 vəfat etməsi ilə əlaqədar miras əmlak olan Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı il tarixdə X4 verilmiş 697 qeydəalma nömrəsi ilə 30-104588 nömrəli kitabın 697-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,94 kv/m, yaşayış sahəsi 53,97 kv/m olan otaqlı mənzilə tam hissədə pay əldə etmişdir.
16. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə xx.xx.2023-cü il tarixli, 634 saylı maliyyə arayışı ilə X2 xx.xx.2020-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsi üzrə 2579,02 AZN əsas, xx.xx.2023-cü il tarixli, 635 saylı maliyyə arayışı il X2 bank kartına kredit limitinin ayrılması haqqında xx.xx.2020-ci il tarixli BPM**********98 saylı razılaşma üzrə 298,61 AZN əsas borcunun olduğunu iddia edir və həmin borc məbləğinin cavabdehin vərəsəsindən tutulmasını tələb edir.
17. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi, krdit müqaviləsi üzrə borc məbləğini mübahisələndirməmiş, yaranmış borcun mövcudluğun təsdiq edərək, iddianı qəbul etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
28. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
30. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
32. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
34. Göründüyü kimi "xxxx" ASC qarşısında X1 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açılmış, X2 vərəsəsi kimi tanınmış Cavabdeh ərinin vəfat etməsi ilə əlaqədar ondan qalan daşınmaz əmlakı miras əmlak kimi qəbul etmişdir.
35. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən və qəbul edilən mirasın həcminin (dəyərininin) faktiki olaraq tələb edilən borc məbləğindən artıq olduğunu nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.
36. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********98 saylı tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma üzrə borcalan X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh həmin müqavilə üzrə kreditorun borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu ödəməlidir. Müqavilə və razılaşma üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışları ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
41. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
42. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli BPM**********98 saylı müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2579,02 manat, xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma üzrə 298,61 manat, ümumilikdə 2877,63 manat məbləğində pul vəsaiti, həmçinin 48,78 manat məbləğində dövlət rüsumuvə 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********98 saylı müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2579,02 (iki min beş yüz yetmiş doqquz manat iki qəpik) manat, xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma üzrə 298,61 (iki yüz doxsan səkkiz manat, altmış bir qəpik) manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2877,63 (iki min səkkiz yüz yetmiş yeddi manat, altmış üç qəpik) manat məbləğində pul vəsaiti, 48,78 (qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev