Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4087/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasın dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi ilə iddiaçı Ağcabədi Rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 2(017)-1693/2014 saylı qətnaməsinin 20 may 2009-cu il tarixdə anadan olmuş X1 və 29 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü Cavabdeh qazancından hər ay üçdə bir hissədə alimentin tutularaq ona ödənilməsi hissəsində ləğv olunması və cavabdehdən hər ay, hər uşaq üçün 250 manat məbləğində sabit pulun, ümumlikdə 500 manat alimentin, həmçinin hər uşaq üçün 200 manat təhsil xərclərinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində keçirilən məhkəmənin hazırlıq iclası zamanı vəsatət ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
6. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilsin.
2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev