Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4140/2025 10.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Sahil filialı ilə Məmmədov Rasim Sədulla oğlu arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli, SHNPU-7294 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17.5 % olmaqla 24 ay müddətinə 4000 manat məbləğində Məmmədov Rasim Sədulla oğluna kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin “Sahil” filialı ilə Məmmədov Rasim Sədulla oğlu arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqaviləsinə əsasən illik 25% dərəcəsi olmaqla 24 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli, SHNPU-7294 saylı kredit müqaviləsinə görə cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 saylı və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqavilələrinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcuna görə 2499.44 manat, faiz borcuna görə 46.36 manat, cərimə borcuna görə 15.47 manat olmaqla, cəmi 2561.27 manat və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcuna görə 299.44 manat, faiz borcuna görə 41.25 manat olmaqla, cəmi 340.69 manat, ümumilikdə hər iki müqavilə üzrə cavabdehin borcu 2901.96 manat təşkil edir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən Məmmədov Rasim Sədulla oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1-ci madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Məmmədov Rasim Sədulla oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 saylı və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqavilələrinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Bakı şəhəri 32 saylı notariat ofisinin sorğularına verdikləri cavab məktubu ilə xx.xx.2023-cü il tarixli 2V-104 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti banka göndərilmişdir. xx.xx.2023-cü il tarixli 2V-104 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi Cavabdehdır. Bu səbəbdən də, 05 oktyabr 2020-ci il tarixli SHNPU- 7294 saylı və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqavilələri üzrə qalıq borc tam şəkildə Məmmədov Rasim Sədulla oğlunun qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Həmin Məcəllənin 1314-cü maddəsində isə qeyd olunur ki, vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 1306.1, 1159.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh, yəni Məmmədov Rasim Sədulla oğlunun qanun üzrə vərəsəsindən 05 oktyabr 2020-ci il tarixli, SHNPU-7294 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2499.44 manat, faiz borcuna görə 46.36 manat, cərimə borcuna görə 15.47 manat olmaqla, cəmi 2561.27 manat və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 299.44 manat, faiz borcuna görə 41.25 manat olmaqla, cəmi 340.69 manat, ümumilikdə hər iki müqavilə üzrə 2901.96 manat məbləğində pul vəsaitinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakları olmadan keçirilməklə tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Sahil filialı ilə Məmmədov Rasim Sədulla oğlu arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 17.5% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sahil filialı ilə Məmmədov Rasim Sədulla oğlu arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədov Rasim Sədulla oğlunun qanun üzrə vərəsələrinin 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 2499.44 manat əsas, 46.36 manat faiz, 15.47 manat cərimə borcu olmaqla, cəmi 2561.27 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədov Rasim Sədulla oğlunun qanun üzrə vərəsələrinin 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 299.44 manat əsas, 41.25 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 340.69 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 172027 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Rasim Sədulla oğlu 22 avqust 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etmişdir ki, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 2V-374 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş – Məmmədov Rasim Sədulla oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak AR ƏMDK-nın yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə Məmmədov Rasim Sədulla oğluna verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İmişli şəhəri, R.Bağırov küçəsi, ev 13 ünvanında mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 74 kv/m, köməkçi sahəsi 55 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən və 0.07 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********PC73301 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək İmişli şəhəri, R.Bağırov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etmişdir ki, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 2V-374 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş – Məmmədov Rasim Sədulla oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/03-378 saylı arayışa əsasən Məmmədov Rasim Sədulla oğluna məxsus olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 36 (otuz altı) ədəd adi səhmdən ibarətdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (maddə 1306.1.) Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Məmmədov Rasim Sədulla oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğu üçün İddiaçı ASC ilə Məmmədov Rasim Sədulla oğlu arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 nömrəli kredit müqaviləsi üzrə 2499.44 manat əsas borc, 46.36 manat faiz borcu, 15.47 manat cərimə borcu və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 nömrəli kredit müqaviləsi üzrə 299.44 manat əsas borc, 41.25 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2901.96 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 05 oktyabr 2020-ci il tarixli SHNPU-7294 nömrəli kredit müqaviləsi üzrə 2499.44 manat əsas borc, 46.36 manat faiz borcu, 15.47 manat cərimə borcu və 05 oktyabr 2020-ci il tarixli SHKRK-1839 nömrəli kredit müqaviləsi üzrə 299.44 manat əsas borc, 41.25 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2901.96 (iki min doqquz yüz bir manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4140/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4140/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver