Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4150/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı Cavabdeh 2023-cü il ildə şifahi borc müqaviləsi əsasında qısa müddətdə qaytarmaq üçün 4900 (dörd min doqquz yüz) manat pul vəsaiti borc verib. Cavabdeh İddiaçı ilə telefon danışıqlarında borc aldığını etiraf edib (səs yazıları daha sonra məhkəmə iclasında təqdim olunacaq). İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, sonuncu borcu ödəməkdən yayınır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizəçi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən göründüyü kimi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e- 2(001)-4150/2025 nömrəli mülki iş üzrə iddiasından imtina edir. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat borcu 2025-cı ilin iyun ayından başlayaraq hər ayən 15-i aylıq 400 (dörd yüz manat) olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. Sazişin 2-ci bəndindəki aylıq ödəniş öhdəliyinin vaxtı Cavabdeh tərəfindən 15 (on beş) gündən artıq gecikdirilərsə, İddiaçı ərizəsi əsasında Sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir. Sazişin 2-ci bəndində göstərilən 4900 (dördün min doqquz yüz) manat borcun (və ya qərardadın icraya yönəldiyi tarixə olan qalıq borc) icra qaydasında tam ödənilməsi dərhal təmin edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin ərizəsini, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi hazırkı mülki işə münasibətdə aşağıdakı məzmunda təsdiq edilsin: 1.İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e- 2(001)- 4150/2025 nömrəli mülki iş üzrə iddiasından imtina edir. 2.Cavabdeh 4900 (dörd min doqquz yüz) manat borcu 2025-cı ilin iyun ayından başlayaraq hər ayən 15-i aylıq 400 (dörd yüz manat) olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. 3.Sazişin 2-ci bəndindəki aylıq ödəniş öhdəliyinin vaxtı Cavabdeh tərəfindən 15 (on beş) gündən artıq gecikdirilərsə, İddiaçı ərizəsi əsasında Sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir. Sazişin 2-ci bəndində göstərilən 4900 (dördün min doqquz yüz) manat borcun (və ya qərardadın icraya yönəldiyi tarixə olan qalıq borc) icra qaydasında tam ödənilməsi dərhal təmin edilir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-4150/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4150/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver