Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4152/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-ci mərtəbəsində, ümumi sahəsi 84.27 kv.m, yaşayış sahəsi 73.3 kv.m olan B01 saylı, 2 otaqlı mənzilin və açarlarının ona təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx xxxxxx 2018ci il tarixdə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından pay barədə müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən inşa edilən binanın giriş C blokunun 6-ci mərtəbəsində, ümumi sahəsi 84.27 kv.m, yaşayış sahəsi 73.3 kv.m olan B01 saylı, 2 otaqlı mənzilin və açarlarının ona təhvil verilməsi, mənzil bir pay kimi ona verilməli idi. Həmin mənzilin dəyəri tam ödənilmiş, lakin həmin vaxtdan 2 il keçməsinə baxmayaraq cavabdeh mənzili ona təhvil verməmiş, mənzildən istifadə etməsinə, orada işlər görməsinə mane olmuşdur. Onda mənzilin MTK tərəfindən qanunsuz olaraq başqa şəxslərin istifadəsinə verilməsi şübhəsi vardır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh olan MTKnın hüquqi ünvanı Binəqədi rayonu, əcəmi ünvan 2ənzil 63-də, mübahisə predmeti olan mənzil isə Nərimanov rayonu ərazisində yerləşir. İddianın mahiyyəti sahiblik və istifadə hüququnun tanınması və mübahisəli mənzilin təhvil verilməsidir. Odur ki, mübahisə müstəsna aidiyyət qaydalarını müəyyən edən MPM-nin 39.1-ci maddəsinin əhatə dairəsinə düşür. Belə ki, həmin norma mülkiyyət hüququnun müdafiəsi vasitəsi olan əşya hüququ iddiaları ilə bağlıdır. Yəni MPM-nin 39.1-ci maddəsinin təhlili onu göstərir ki, həmin norma özündə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə(deklarasiya iddiası), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə(vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə(neqator iddia) iddiaları ehtiva edir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, tələbin mahiyyəti mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması (negator iddia) ilə bağlı olduğundan, iddia müstəsna aidiyyət qaydalarına uyğun olaraq tikintinin olduğu yerin məhkəməsinə verilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,39, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-4152/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4152/2020
23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver