Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4169/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişi bağlamalarını bildirdilər və məhkəmədən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 arasında bağlanmış barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “ ... 1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6, İddiaçı ASC-yə 11-G-1-0-935-14 saylı 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8812.2 AZN əsas və 0.24 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 8812.44 (səkkiz min səkkiz yüz on iki manat qırx dörd qəpik) AZN məbləğində borcun olmasını qəbul edir.
2. Tərəflər arasında bağlanmış 11-G-1-0-935-14 saylı 16 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68-də yerləşən, 3 otaqlı, 42.23 kv.m yaşayış sahədən ibarət 12 nömrəli evin 70 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 62400 (altımış iki min dörd yüz) AZN məbləğində müəyyən edilsin.
3. Cavabdeh1 16 sentyabr 2022-ci il tarixinə kreditin qalıq məbləği olan 8812.2 AZN əsas və 0.24 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 8812.44 (səkkiz min səkkiz yüz on iki manat qırx dörd qəpik) AZN məbləğini 27 ay müddətinə (ilk ödəniş 05 oktyabr 2022-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə hər ay Banka ödəməyi öhdəsinə götürür. 1 05 oktyabr 2022 326 8812.44 2 07 noyabr 2022 326 8486.44 3 05 dekabr 2022 326 8160.44 4 06 yanvar 2023 326 7834.44 5 06 fevral 2023 326 7508.44 6 06 mart 2023 326 7182.44 7 05 aprel 2023 326 6856.44 8 05 may 2023 326 6530.44 9 05 iyun 2023 326 6204.44 10 05 iyul 2023 326 5878.44 11 07 avqust 2023 326 5552.44 12 05 sentyabr 2023 326 5226.44 13 05 oktyabr 2023 326 4900.44 14 06 noyabr 2023 326 4574.44 15 05 dekabr 2023 326 4248.44 16 08 yanvar 2024 326 3922.44 17 05 fevral 2024 326 3596.44 18 05 mart 2024 326 3270.44 19 05 aprel 2024 326 2944.44 20 06 may 2024 326 2618.44 21 05 iyun 2024 326 2292.44 22 05 iyul 2024 326 1966.44 23 05 avqust 2024 326 1640.44 24 05 sentyabr 2024 326 1314.44 25 07 oktyabr 2024 326 988.44 26 05 noyabr 2024 326 662.44 27 05 dekabr 2024 336.44 336.44 Cəmi: 8812.44
4. Cavabdeh yeni qrafik üzrə ödənişlərini vaxtında və lazımı qaydada tam icra etdikdə, 05 dekabr 2024-cü il tarixədək hesablanmış olan lakin ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi Bank öz üzərinə götürür.
5. Cavabdeh sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68-də yerləşən, 3 otaqlı, 42.23 kv.m yaşayış sahədən ibarət 12 nömrəli evin 70 nömrəli mənzilinin girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.
6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 8812.44 (səkkiz min səkkiz yüz on iki manat qırx dörd qəpik) AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 Bankın xeyrinə tutulsun.
7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə cavabdehlər tam məsuliyyət daşıyır.
8. Məhkəmə xərcləri Cavabdeh1 tərəfindən ödəniləcəkdir.
9. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir”. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 123,86 (yüz iyirmi üç manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Nəbizadə