Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4171/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit razılaşmasının və sazişlərinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit razılaşmasının və sazişlərinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 AccеssBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 AccessBank QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 2837,86 manat ödəmiş, onun 4662,14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 236 gün üçün hesablanmış faiz borcu 704,13 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 236 gün üçün hesablanmış cərimə 1839,63 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borcalanın bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan borcalan Cavabdeh2 bankla bağladığı xx.xx.2014-cü il tarixli 001M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Abşeron rayonu Masazır kəndi R. Dünyamalıyev küçəsi dalan 10 xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10 xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ona görə də AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsinə, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 4662,14 manat məbləğində kredit borcu, 704,13 manat məbləğində faiz borcu və 1839,63 manat məbləğində cərimə borcu olmaqla cəmi 7205,90 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 92,06 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulmasına, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10 xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılmasına və 7205,90 manat borcun, məhkəmə xərclərinə görə 137,06 manatın ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutulmasına, Abşeron rayonu Masazır kəndi R. Dünyamalıyev küçəsi dalan 10 xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarının itirilməsinə, onların həmin evdən çıxarılmaqla, əmlakın boşaldılmasına və alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşmasına əsasən bank ona 7500 manat krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə vermişdir. Pandemiya ilə bağlı işləyə bilmədiyindən aldığı krediti vaxtında qaytara bilməmiş, bank tərəfindən bir neçə dəfə kreditin qaytarılması müddəti uzadılmışdır. Mülkiyyətində olan ipoteka predmetlərini satmaq istəsə də, alıcı olmadığından sata bilmir. Əmlakına qoyulmuş qiymətlə razı deyildir. Hesab edir ki, bank onunla yeni cədvəl tərtib edib borcun qaytarılması üçün ona vaxt verməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 İsmayı oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001S**********1 saylı zaminlik müqaviləsinə əsasən, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşmasına və razılaşmaya əsasən bağlanan sazişlər üzrə borcalanın öhdəliklərinin icrasına təminat vermişdir. Pandemiya ilə bağlı borc vaxtında qaytarılmamışdır. Ona görə yeni cədvəl tərtib olunaraq borcun qaytarılması müddətinin uzadılmasını, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 200000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Kredit müqaviləsinin 1.4.-cü bəndindən müəyyən olunur ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 7500 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 7500 manatı Cavabdeh2 vermişdir. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 7500 manat, faiz borcuna görə 3175,06 manat olmaqla cəmi 10675,06 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Gecikməyə görə gündəlik cərimə kredit məbləğinin 0,1% miqdarında müəyyən edilmişdir. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R**********S saylı sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bağlanan xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşması üzrə borcalanın götürdüyü kreditin qalığının və hesablanmış faizlərin bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına əsasən ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5766,22 manat, faiz borcuna görə 1765,94 manat olmaqla cəmi 8355,81 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Gecikməyə görə gündəlik cərimə kredit məbləğinin 0,1% miqdarında müəyyən edilmişdir. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ödəniş planı ilə xx.xx.2020-ci il tarixdə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001R**********SB saylı sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bağlanan xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşması üzrə borcalanın götürdüyü kreditin qalığının və hesablanmış faizlərin bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına əsasən ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 5178,56 manat, faiz borcuna görə 1417,23 manat olmaqla cəmi 7400 manat borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Gecikməyə görə gündəlik cərimə kredit məbləğinin 0,1% miqdarında müəyyən edilmişdir. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh3 və Cavabdeh4 ödəniş planı ilə xx.xx.2021-ci il tarixdə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. Borcverən AccessBank QSC, zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001S**********2 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh4 borcalanın məbləği 200000 ABŞ dolları, müddəti 120 ay xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra üç il müddətinə qüvvədədir. Borcverən AccessBank QSC, zamin X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001S**********1 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X1 borcalanın məbləği 200000 ABŞ dolları, müddəti 120 ay xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra üç il müddətinə qüvvədədir. Borcverən AccessBank QSC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalanın məbləği 200000 ABŞ dolları, müddəti 120 ay xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra üç il müddətinə qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, ev 11 və 0.02 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan AccessBank QSC, ipoteka qoyan və borcalan Cavabdeh2 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş xx.xx.2014-cü il tarixli 001M**********01 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasını təmin etmək üçün yüklü etmişdir. Beyləqan RİHB-nin Birinci Sahsevən kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh4 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh4 xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməyərək, ipotekaya qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz mənzili tərk edəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı 008524 saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinin xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2014-xx.xx.2024-cü il tarixdən 120 ay müddətinə AccessBank QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. AccessBank QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, ipoteka saxlayan ipoteka qoyana ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başladığını bildirmişdir. AccessBank QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. AccessBank QSC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, bank borcalanaipotekaqoyana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 4662,14 manat, faiz borcuna görə 704,13 manat, cərimə borcuna görə 1839,63 manat olmaqla cəmi 7205,90 manat borcu vardır. Gecikmə günlərinin sayı 236 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5207 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (iddia tələbinin tarixi) banka olan əsas borcu 4134,43 manat, faiz borcu 722,15 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli 155 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, 0,02 ha torpaq sahəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 60 000 manat, likvid dəyəri 54 000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4.-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 4134,43 manat, faiz borcuna görə 704,13 manat borclarının yaranması öz təsdiqini tapdığından, qüvvədə olan əqdin ləğv edilməsi mümkün olduğundan məhkəmə iddiaçının xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşmasının, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı sazişnin ləğv edilməsinə, kredit razılaşmasına əsasən, birgə borclular olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 4134,43 manat, faiz borcuna görə 704,13 manatın tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 evdən çıxarılmaqla evin boşaldılmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetlərinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetlərinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetlərinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini İcra Haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının ipoteka predmeti satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh4 evə istifadə hüquqlarına xitam verilməsi, evin alıcıya təhvil verilməsi tələbləri ilə bağlı qeyd edir ki, ipotekasaxlayanın ipoteka predmeti olan daşınmaz əmlaka istifadə hüquqları olan şəxslərin bu hüquqlarına xitam verilməsini, daşınmaz əmlakın alıcıya təhvil verilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığından bu iddia tələblərinin də təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə iddiaçı AccessBank QSC-nin Cavabdeh1 qarşı iddia tələbləri ilə bağlı qeyd edir ki, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsinin 1.4.-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləğinin, faiz dərəcəsinin, müddətinin, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən ediləcəyi müəyyən edildiyindən, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001R**********SB saylı saziş üzrə tərtib olunan xx.xx.2021-ci il tarixli ödəniş planı zamin Cavabdeh1 tərəfindən imzalanmadığı üçün alınmış kreditin qaytarılması müddətinin uzadılmasına bu zaminin razılığı alınmadığından bu cavabdehlə bağlanan zaminlik müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçının bu cavabdehə qarşı tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001L**********60 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşması və xx.xx.2021-ci il tarixli 001R**********SB saylı saziş ləğv edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli 001R**********9 saylı kredit razılaşmasına əsasən, müştərək qaydada əsas borca görə 4134,43 manat, faiz borcuna görə 704,13 manat, cəriməyə görə 100 manat olmaqla cəmi 4938,56 manat borc, məhkəmə xərclərinə görə 137,06 manat AccessBank QSC-nin xeyrinə tutulsun. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada aparılmış qiymətləndirmə tədqiqatının dəyərinə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R. Dünyamalıyev küçəsi dalan 10, 11 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,02 ha torpaq sahəsi ilkin satış qiyməti 54000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Abşeron rayonu Masazır kəndi R.Dünyamalıyev küçəsi dalan 10, 0,02 ha torpaq sahəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 evdən çıxarılmaqla ev boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4171/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4171/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver