Məhkəmə qərarları › İş №e-2(001)-4189/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4189/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4189/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır Expressbank ASC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 300804-295375/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə qaytarmaq, illik 19,5% dərəcəsi ilə 10000 manat kredit verilmişdir. Borc alan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəxbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmiş, xx.xx.2023-cü il tarixinə cavabedehin kredit müqaviləsi üzrə əsas borca görə 7464,22 manat, faiz borcuna görə 1735,76 manat olmqla cəmi 9199,98 manat borcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə icra müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də Cavabdeh əsas borca görə 7464,22 manat, faiz borcuna görə 1735,76 manat, dövlət rüsumuna görə 112,4 manat olmaqla cəmi 9312,38 manatın tutularaq Expressbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Expressbank ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, xx.xx.2023cü il tarixdən cavabdeh tərəfindən borcla bağlı ödənişin aparılmamasını bildirib iddia ərizəsinin tam həcmdə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 300804- 295375/1 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana illik 19,5 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat kredit ayırmağı, borcalan isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC-nin xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10000 manatı Cavabdeh ödəmişdir. Expressbank ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 300804-295375/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borca görə 7464,22 manat, faiz borcuna görə 1735,76 manat olmaqla cəmi 9199,98 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 216 gün təşkil edir. Expressbank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 300/300/0216/20 saylı bildirişdən müəyyən olunur ki, bank borc alana xx.xx.2021-ci il tarixli, 300804- 295375/1 saylı kredit müqaviləsi üzrə borcun 7 gün ərzində ödənilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli, 300804-295375/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 7464,22 manat, faiz borcuna görə 1735,76 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia ərizəsi təmin edildiyi üçün məhkəmə ödənilmiş dövlət rüumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 300804-295375/1 saylı kredit müqaviləsinə əsas borca görə 7464,22 manat, faiz borcuna görə 1735,76 manat, dövlət rüsumuna görə 112,4 manat olmaqla cəmi 9312,38 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar