Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4200/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 27% ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 1702 ABŞ dolları kredit verilmişdir. Cavabdeh krediti alsa da, kredit müqaviləsinin şərtlərini pozularaq öhdəliklərini vaxtında icra etmədiyindən banka borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6120/2018 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 929,25 ABŞ dolları, faiz borcuna görə 246,69 ABŞ dolları olmaqla cəmi 1175,74 ABŞ dolları və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə əmrindən sonra Cavabdeh tərəfindən 438,20 ABŞ dolları ödəniş edilmiş, məlum fərmana əsasən cavabdehin borcunun azaldılmasına görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 561,50 ABŞ dolları ödənilmişdir. Hazırda cavabdehin borcu 113,44 ABŞ dolları təşkil edir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsinə əsasən, 113,44 ABŞ dolları borcun və dövlət rüsumuna görə 20 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit kartı müqaviləsinə əsasən anası Cavabdeh İddiaçı ASC tərəfindən illik 27% ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 1702 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirərək ödənişlər etmiş, amma iddiaçı əsassız borclar hesablamışdır. Cavabdehin bağladığı müqavilə Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı Fərmanın təsiri dairəsinə düşür, lakin bütün bu hallar nəzərə alınmamışdır. Ona görə də, iddia ərizəsinin təmin olunamaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 07xx-xx-043207 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana şəxsi məqsədləri üçün 36 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qaytarmaq, illik 27% ödəmək şərti ilə 1702 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1702 ABŞ dolları, faiz borcuna görə 799,44 ABŞ dolları olmaqla cəmi 2501,44 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli 1221/18 saylı maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 772,75 ABŞ dolları, faiz borcu üzrə 718,80 ABŞ dolları olmaqla cəmi 1491,55 ABŞ dolları ödəniş etmiş, onun xx.xx.2018-ci il tarixinə əsas borcu 929,25 ABŞ dolları, faiz borcu 246,49 ABŞ dolları olmaqla cəmi borcu 1175,74 ABŞ dolları borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2018-ci il tarixli 1203 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4206 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 1221/18 nömrəli maliyyə arayışı və İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilənin qüvvədə olduğu müddətə xx.xx.2018-ci il tarixinədək əsas borc üzrə 929,63 ABŞ dolları, faiz borcu üzrə 248,21 ABŞ dolları kimi müəyyən olunmuş, xx.xx.2018-ci il tarixli 1221/18 nömrəli maliyyə arayışı məlumatlarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsi üzrə borclu tərəfindən cəriməyə görə heç bir ödəniş aparılmamış, borcalan tərəfindən cərimə üzrə silinmələr 1221/18 nömrəli maliyyə arayışında göstərilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli 16-04497-2020 saylı məktubundan müəyyən olunur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1702 ABŞ dolları dəyərində kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 1590,91 ABŞ dolları məbləğində əsas kredit borcu həmin gün baş vermiş devalvasiyadan sonra manatla artdığından Fərmanın 1.2-ci bəndinin tələbi nəzərə alınmaqla Cavabdeh cəmi 954,55 manat kompensasiya hesablanmışdır. Bundan başqa, qeyd edilən kredit müqaviləsi üzrə Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə 929,25 ABŞ dolları (1579,72 manat) məbləğində ödəniş müddəti keçmiş kredit borcu mövcud olduğundan hesablanmış bu kompensasiya Fərmanın 2-ci hissəsinə əsasən kredit borcunun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2015-ci il tarixli 07xx-xx-043207 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı ASC-nə 113,44 ABŞ dolları borcunun yaranması müəyyən olunduğundan məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 07-xx-xx-043207 saylı kredit müqaviləsinə əsasən borca görə 113,44 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 20 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 120 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4200/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4200/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver