Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4235/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Hafıq oğlundan vurulmuş maddi zərərin əvəzi kimi 250.000 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə Bakı 18 saylı vəkil Bürosuna ödənilmiş 350 manat pulun, dövlət rüsumunun əvəzi kimi 712.50 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qaynıdır və o, həbs edilənədək siqaret alış-satışı ilə məşğul olmuşdur. Belə ki, müxtəlif vaxtlarda Cavabdeh ondan borc qismində pullar almış və geri qaytarmışdır. O, 2019-cu ilin iyun ayından 2020ci ilin avqust ayınadək "xxxx" MMC-də direktor vəzifəsində çalışmış və şirkət sement alqısatqısı ilə məşğul olurdu. Həmin dövrdə sementin nəğd olaraq ucuz qiymətə alınıb nisyə alqı-satqısını həvata keçirmək və gəlir əldə edilməsi məqsədi ilə tərəfindən bir sıra tanışlara pul verilməsi təklif edilmişdir. Ailəvi dostu olan X2 müxtəlif vaxtlarda ümumi dəyəri 250.000 ABŞ dolları olan pul vəsaitini iş görmək məqsədi ilə almış və həmin məbləği sement satışında dövriyyə etdirdi. Pul vəsaitindən əldə edilən gəliri isə tam həcmdə pul ilə birlikdə Rauf İsmayılova verirdi. Rauf İsmayılovla aralarındakı münasibət davam edirdi və ondan aldığı pulu yenidən sement satışında dövriyyəyə buraxmaq üçün Rauf ilə görüşmüş və yenidən ondan hissə-hissə olamaqla, ümumilikdə 250.000 ABŞ dolları pul almışdır. Həmin məbləğ onda olduğu zaman qaynı hazırda Cavabdeh ona bildirdi ki, təcili olaraq ona borca pul lazımdır. Həmin vaxt onun özünə məxsus pul məbləği Cavabdeh borc kimi verdiyindən, o, bildirdi ki, bütün pulunu ona vermiş və artıq onda pul yoxdur. Samir isə ona kimdənsə pul tapa bilib-bilməyəcəyini soruşdu və dedi ki, əgər ona lazım olan pul məbləğini verən olsa qısa müddətdə pulu və üstündə əlavə olaraq gəlir verəcəkdir. Yaz ayları olduğundan sement satışı zəif idi və o, Samirə bildirmiş ki, onda digər şəxsin pul vəsaiti vardır lakin aldığı pulun üzərində müəyyən məbləğlərdə pulu geri qaytarmalıdır. Samir bununla razılaşdı və ilk dəfə Rauf İsmayılova məxsus 60.000 ABŞ dollarını Cavabdeh vermişdir. Samir söz verdiyi kimi 5 gün ərzində 60.000 ABŞ dolları və üzərində 2700 manat gəliri ona təqdim etdi və o, həmin məbləği aparıb Rauf İsmayılova vermişdir. Bir neçə gün sonra Samir ondan yenidən pul istədi və bildirdi ki, üzərində gəlir verəcək. O, da Raufun pulu dəyərlənsin həm dostu həm qohumu qazansın deyə Rauf İsmayılova məxsus 150.000 ABŞ dolları 60.000 ABŞ dolları və 30.000 ABŞ dolları pul vəsaitini Cavabdeh vermişdir. Cavabdeh pulları alan zaman bildirdi ki, 2020-ci ilin may ayının 9-10-da bir hissəsini üzərində gəliri ilə 12-də isə geri qalan hissəsini üzərində gəliri ilə birgə qaytaracaqdır. Lakin Cavabdeh 2020-ci ilin may ayının 8-də BMCMİ-nin əməkdaşları tərəfindən həbs edildi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Cavabdeh onun ümumilikdə 406.000 ABŞ dolları pul vəsaiti qaldı ki, həmin məbləğin 250.000 ABŞ dolları Rauf İsmayılova məxsusdur. Samirin bu hərəkətindən sonra onun Rauf İsmayılova 250.000 ABŞ dolları borcu yarandı. Bütün bu halları Cavabdeh Nərimanov rayon Pİ-də Rauf İsmayılovun şikayəti üzrə şahid qismində dindirilərkən etiraf etmişdir. Belə ki, cinayət işi üzrə şahid qismində dindirilmiş və Azərbaycan Respublikası CM-nin 178.4 maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh Hafq oğlu ifadəsində bildirmişdir ki, İddiaçı onun qaynıdır. O. İddiaçı ümumilikdə 405 min ABŞ dolları məbləğində pul almış və həmin məbləğləri özünün şəxsi borcuna verərək geri qaytarmamışdır. Onun barəsində olan cinayət işi üzrə zərərçəkmiş qismində tanınan X3 qeyd etdiyi 250.000 ABŞ dolları məbləğində pul vəsaitidə məhz həmin 405.000 ABŞ dolları pul vəsaitinin içərisində olmuşdur. Yəni İddiaçı pulu Cavabdeh vermiş. S.H. Həsənov isə özünün şəxsi məsrəflərinə xərcləməklə İddiaçı aldatmış və eyni zamanda ona kifafət qədər maddi zərər vurmaqla dolayı yolla R.İsmayılova maddi zərər vurmuş və həm də İddiaçı R.İsmayılov qarşısında maddi asılı vəziyətə gətirmişdir. Cavabdeh tərəfindən pretenziya ünvanlanaraq pul vasaiıinin geri qaytarılması tələb edilmiş lakin cavabdeh tərəfindən pretenziyada göstərilən müddətdə pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmənin 02 iyul 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının bacısının əridir (qaynıdır) və o həbs edilənədək siqaret alış-satışı ilə məşğul olmuşdur. Belə ki, müxtəlif vaxtlarda Cavabdeh ondan borc qismində pullar almış və geri qaytarmışdır. Ailəvi dostu olan X2 müxtəlif vaxtlarda ümumi dəyəri 250.000 ABŞ dolları olan pul vəsaitini iş görmək məqsədi ilə almış və həmin məbləği sement satışında dövriyyə etdirirdi. Pul vəsaitindən əldə edilən gəliri isə tam həcmdə pul ilə birlikdə Rauf İsmayılova verirdi. Rauf İsmayılov ilə aralarındakı münasibət davam edirdi və iddiaçı yenidən sement satışında dövriyyəyə buraxmaq üçün Rauf ilə görüşmüş və yenidən ondan hissə-hissə olamqla ümumilikdə 250.000 ABŞ dolları pul almışdır. Həmin məbləğ onda olduğu zaman Cavabdeh ona bildirdi ki, ona təcili olaraq borc pul lazımdır. Həmin vaxt iddiaçının özünə məxsus pul məbləği Cavabdeh borc kimi verdiyindən ona bildirdi ki, artıq onda pul yoxdur. Samir isə ona kimdənsə pul tapa bilib-bilməyəcəyini soruşdu və dedi ki, əgər ona lazım olan pul məbləğini verən olsa qısa müddətdə pulu və üstündə əlavə olaraq gəlir verə biləcəyinidə bildirdi. Yaz ayları olduğundan sement satışızəif idi və iddiaçı Samirə bildirdi ki, onda digər şəxsin pul vəsaiti vardır lakin o aldığı pulun üzərində müəyyən məbləğlərdə pulu geri qaytarmalıdır. Samir bununla razılaşdı və ilk dəfə Rauf İsmayılova məxsus 60.000 ABŞ dollarını Cavabdeh verdi. Samir söz verdiyi kimi 5 gün ərzində 60.000 ABŞ dolları və üzərində 2700 manat gəliri iddiaçıya təqdim etdi və iddiaçı həmin məbləği aparıb Rauf İsmayılova verdi. Bir neçə gün sonra Samir ondan yenidən pul istədi və bildirdi ki, üzərində gəlir verəcək. İddiaçı da Raufun pulu dəyərlənsin deyə Rauf ismayılova məxsus 150.000 Abş dolları, 60.000 ABŞ dolları və 30.000 abş dolları pul vəsaitini Cavabdeh verdi. Cavabdeh pulları alan zaman bildirdi ki, 2020-ci ilin may ayının 9-10-da bir hissəsini üzərində gəliri ilə 12-də isə geri qalan hissəsini üzərində gəliri ilə birgə qaytaracaqdır. Lakin Cavabdeh 2020-ci ilin may ayının 8-də BMCMİ-nin əməkdaşları tərəfindən həbs edildi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrum edildi. Cavabdeh iddiaçının ümumilikdə 406.000 ABŞ dolları pul vəsaiti qaldı ki, həmin məbləğin 250.000 ABŞ dolları Rauf İsmayılova məxsusdur. Samirin bu hərəkətindən sonra iddiaçının Rauf İsmayılova 250.000 ABŞ dolları borcu yarandı. Bütün bu halları Cavabdeh Nərimanov rayon Pİ-də Rauf İsmayılovun şikayəti üzrə şahid qismində dindirilərkən etiraf etmişdir. Belə ki,cinayət işi üzrə şahid qismində dindirilmiş və Azərbaycan Respublikası CM-nin 178.4 maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza şəkən Cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı onun qaynıdır. O, İddiaçı ümumilikdə 405 min ABŞ dollarıməbləğində pul almış və həmin məbləğləri özünün şəxsi borcuna verərək geri qaytarmamışdır. iddiaçının barəsində olan cinayət işi üzrə zərərçəkmiş qismində tanınan X3 qeyd etdiyi 250 min ABŞ dolları məbləğində pul vəsaitidə məhz həmin 405 min ABŞ dolları pul vəsaitinin içərisində olmuşdur. Yəni İddiaçı pulu Cavabdeh vermiş, Cavabdeh isə özünün şəxsi məsrəflərinə xərcləməklə İddiaçı aldatmış və eyni zamanda ona kifayət qədər maddi zərər vurmaqla dolayı yolla R.İsmayılova maddi zərər vurmuş və həm də İddiaçı R.İsmayılov qarşısında maddi asılı vəziyyətə gətirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən iş üzrə Cavabdeh ərizə göndərərək göstərmişdir ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasını qəbul edir. İddia ərizəsində qeyd edilən 250000 ABŞ dollarını həqiqətən İddiaçı almış və geri qaytarmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı, iddia təmin edilərək Cavabdeh Hafıq oğlundan vurulmuş maddi zərərin əvəzi kimi 250.000 ABŞ dolları, hüquqi yardıma görə Bakı 18 saylı vəkil Bürosuna ödənilmiş 350 manat və dövlət rüsumunun əvəzi kimi 712.50 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Hafıq oğlundan vurulmuş maddi zərərin əvəzi kimi 250.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Hüquqi yardıma görə Bakı 18 saylı vəkil Bürosuna ödənilmiş 350 manat və dövlət rüsumunun əvəzi kimi 712.50 manat pul vəsaiti Cavabdeh Hafıq oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4235/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4235/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver