Məhkəmə qərarları › İş №e-2(001)-4253/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4253/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4253/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz qoşulmaya görə 44.7 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30.4 manat dövlət rüsumunun, ümumilikdə 175.1 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan yaxud müqavilə münasibətlərinə son qoyduqdan sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 80 №-li MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2428 №-li, və xx.xx.2017-ci il tarixli, 1039 №-li Arayışlardan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi Binəqədi rayonu, 7-ci mkirorayon 24 saylı evin, 36 nömrəli mənzilinin sahibidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 12 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1490 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2294 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Tərtib edilmiş hər iki aktdan görünür ki, mənzildə dediklərinə görə kirayəşin olaraq yaşayan şəxslər (kirayə müqaviləsi təqdim edilməyib) mənzildə yaşamağa başladıqları zaman KATV1-in göstərdiyini etiraf etmişlər. Eyni zamanda qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin şəbəkədın ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddət hər iki akt üzrə 149 gün, təşkil edir. Bu da hər gün üçün yəni 30 qəpik olmaqla 44.70 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 (yüz) manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktublardan biri geri qayıtsa da digər iki məktub qəbul edilmişdirGöstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən mənzil ona məxsusdur. O mənzili kirayəyə vermişdir. Mənzilində KATV olsa da, ona tərəfindən qanunsuz qoşulma edilməmişdir. Ümumiyyətlə mənzilində qanunsuz qoşulma olmasından məlumatsız olmuşdur. Əgər zərər 2014-cü ildə yaranmışdırsa, 8 ildir iddiaçı tərəfindən nə üçün bu borcu tələb edilməmişdir. Hazırda 44,70 manat məbləğində borcu ödəyə bilər. Bunun üçün məhkəməyə müraciət edilməsinə ehtiyac yox idi. Məhkəmə baxışında tədqiq edilmiş sübutlar:

6. “Ədalət-A” hüquq firmasının əməkdaşı X7 və KATV-1 əməkdaşı X3 və RYTN-nin mütəxəssisi Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1490 N saylı, 8 sentyabr 2014-cü il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakini xanım mənzildə kirayə qaldığını bildirdiyindən akt və bildiriş mənzilin qapısına qoyulmuşdur.

7. İddiaçı MMC “K@TV1”-in əməkdaşı X1, “Ədalət-A” hüquq firmasının əməkdaşı X4 və RYTN-nin mütəxəssisi Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 2294 N saylı, 07 yanvar 2015-ci il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, mənzilin qapısını açan olmadığından aktı qapıya qoyduqları qeyd edilmişdir.

8. İddiaçı MMC-nin (“K@TV1”) 19 iyul 2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 24 yanvar 2009-cu il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 07 iyul 2014-cü il tarixinədək isə son ödəməsini edib. 11 avqust 2014-cü il tarixində 12,30 manat borc ilə şəbəkədən ayrılıb;

9. 03 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir;

10. İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. X8 ilə iddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 24, 26 saylı mənzilini “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə 07 iyul 2014-cü il tarixinədək son ödəmə edilmiş və 11 avqust 2014-cü il tarixində 12,30 manat borc ilə abonent şəbəkədən ayrılmışdır.

12. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan 8 sentyabr 2014-cü il tarixli və 07 yanvar 2015-ci il tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddətin hər iki akt üzrə 149 gün, təşkil etdiyini, yəni hər gün üçün 30 qəpik olmaqla 44.70 manat borcun yarandığını iddia edərək, vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir.

13. Cavabdeh isə iddia tələbini 44,70 manat məbləğində pulun tutulması hissəsində qəbul etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

16. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

19. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

20. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

22. İşin müəyyən edilən hallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 24, 26 saylı mənzil 11 avqust 2014-cü il tarixində 12,30 manat borc ilə abonent şəbəkədən ayrılmışdır. Lakin 8 sentyabr 2014-cü il tarixli və 07 yanvar 2015-ci il tarixli aktlardan görünür ki, ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuşdur. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddət 149 gün təşkil etmiş və günə 0,30 qəpik hesablanmaqla şəbəkədən qanunsuz istifadə nəticəsində iddiaçıya dəyən zərər məbləği 44,70 manat hesablanmışdır.

23. Odur ki, iddiaçı ilə müqavilə bağlamadan, onun xidmətlərindən mülki hüquq normalarına zidd yararlanmaqla iddiaçıya zərər vurulduğu sübut olunur. Bu fakt iş materiallarında olan diskdə aktın tərtib olunduğu zaman aparılan videoçəkilişlə öz təsdiqini tapır. Cavabdeh sözügedən mənzilin ona məxsus olduğunu qəbul etsə də, mənzili kirayə verdiyinə görə qanunsuz qoşulmadan xəbərinin olmadığı bildirmişdir, lakin məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlili əsassızdır. Belə ki, cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir və nəticədə qanunsuz qoşulma aparılan mənzil onun mülkiyyətində olmaqla ona məxsusdur.

24. Bundan başqa cavabdeh qanunsuz qoşulma ilə bağlı iddiaçıya vurulan zərərin ödənilməsini qəbul edir və həmin halı mübahisələndirmir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən zərərin əvəzi qismində 44,70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı isə hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.

27. Belə ki, iddiaçı əgər həmin məbləğin müqavilə münasibətlərindən irəli gəldiyinə güman edirsə, bu halda cavabdehin hər hansı öhdəliyinin olması iş materialları ilə sübut olunmur.

28. Digər yandan, iddiaçı əgər həmin məbləğin deliktdən irəli gəldiyinə ehtimal edirsə, bu halda isə zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Belə ki, iddiaçı onun görməli olduğu işləri və ya xidməti istənilən şəxsə, istənilən muzd müqabilində, istənilən şərtlərlə tapşıra bilər və bu zaman tapşırıq müqaviləsindən irəli gələn öhdəliklər müqavilə tərəflərinə aiddir. Bu səbəbdən cavabdehdən öhdəlik daşımadığı müqavilə üzrə haqq tələb edilməsi əsassızdır.

29. Digər tərəfdən, iddiaçı əgər həmin məbləği məhkəmə xərci kimi tələb edirsə, bu halda da tələb əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi həmin norma vəkilin və ya nümayəndənin məhkəmə icraatı zamanı çıxışı və ya digər konkret hallarla bağlı olan xərclərin tutulmasını tənzimləmişdir. Halbuki “Ədalət-A” hüquq firması iddiaçının nümayəndəsi deyildir və məhkəmə icraatında iştirak etməmişdir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Nəticə:

34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 44,70 manat məbləğində pul vəsaiti və 30.4 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin (K@TV1) xeyinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi qismində 44,70 (qırx dörd manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə(K@TV1) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar