Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4275/2022 20.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 90 manat 42 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətə və yoxlamaya görə ödənilmiş pulun əvəzi kimi 150 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 30,4 manat məbləğində pul vəsaitinin, ümumilikdə 270 manat 82 qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev 9, mənzil 38-in mülkiyyətçisi qanunsuz qoşulmanın icra edildiyi vaxtda cavabdeh olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilə həmin ünvanda Cavid Hüseynov arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2010-cu il tarixdə iddiaçının şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişini etmiş və xx.xx.2016-cı il tarixdə 37 manat 59 qəpik borcla şəbəkədən ayrılmışdır. Bundan sonra 24 may 2017-ci tarixdə "xxxx" hüquq firması, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6590 N saylı akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvanın kabel şəbəkəsindən ayrıldığı 23 avqust 2016-cı ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 24 may 2017-ci il tarixədək olan müddət 274 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 90,42 manat təşkil edir. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı MMC-yə 150 manat pul ödəyir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib, işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan: - Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, iddia tələbində göstərilən mənzil 22 oktyabr 2020-ci il tarixə Cavabdeh tərəfindən X2-bül oğluna satılmışdır. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ilə iddia ərizəsində göstərilən ünvanında yaşayan Hüseynov Cavid arasında bağlanmış müqaviləyə əsasən, xx.xx.2010-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2016-cı il tarixədək son ödəməsini edib. xx.xx.2016-cı il tarixdə 37 manat 59 qəpik borc ilə şəbəkədən ayrılıb. - 24.05.2017-ci tarixli aktın surətindən görünür ki, həmin tarixdə cavabdehin yaşadığı ünvanında “KATV-1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Mülki iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh qarşı mülki iş üzrə hüquqi yardımın göstərilməsi üçün İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 30,4 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 90 manat 42 qəpik, nümayəndənin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 150 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 30,4 manat, ümumilikdə 270 manat 82 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4275/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4275/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver