Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4285/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 müqaviləyə əsasən tam kart müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə plastik kart verilmişdir. Həmin müqavilənin 1.1.6-ci bəndinə əsasən müştəriyə, borcalana overdraftın təqdim edilməsi barədə Tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart, cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılmışdır. Bundan başqa, müqavilənin 7.2.17-ci bəndinə əsasən bankın texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunn SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin müştəridən tələb etmək və müqavilənin 7.3.7-ci bəndinə əsasən borcalan texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin banka ödəmək vəzifəsidir. Binəqədi filialının müştərisi olan Cavabdeh sözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında ümumilikdə 204.09 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da, hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsait 204.09 manat və ona hesablanmış 20.50 manat məbləğində faiz borcu olmaqla, cəmi 224.59 manat məbləğindən 119.57 manat ödəniş etmiş, hazırda 105.02 manat borcu mövcuddur. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli müqaviləyə əsasən tam kart şəxsi istehlak məqsədiylə plastik kart verilmişdir.
5. "xxxx" ASC-i tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh 105,02 manat məbləğində borcu vardır.
6. "xxxx" ASC-i tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli “cari hesab üzrə artıq istifadə edilmiş məbləğin geri qaytarılması” barədə xəbərdarlıqdan görünür ki, cavabdehə təqdim edilmiş plastik kart hesabı üzrə 105.02 manat overtdraft yarandığı, hesaba səhv köçürülmüş və cavabdehə aid olmayan vəsaitdən istifadə etməklə qeyd edilən həcmdə banka zərər vurulduğundan əsassız varlanmaya səbəb olan borcun 03 iş günü müddətində qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi bardə xəbərdarlıq edilmişdir.
7. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddəsin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11. Azərbaycan Respublikasının MM-nin 1091, 1092, 1093-cü maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh özünün ərizəsi əsasında ona təqdim edilmiş plastik kart hesabına bankın sistemində baş vermiş xətadan sui-istifadə edərək xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında ümumilikdə 204.09 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuş, həmin məbləğdən 119.57 manat ödəniş etməklə, qalan 105.02 manat məbləğində pulu ödəməmklə banka addi zərər vurmuşdur. Bununla da iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 105.02 manat əsas borctutularaq iddiaçıya ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
İV. Nəticə:
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİM:
İddia tələbi təmin edilsin. Cavabdeh105.02 (yüz beş manat iki qəpik) manat əsas borc olmaqla, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 135.02 (yüz otuz beş manat iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva