Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4295/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdehlər Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO QSC Bank Standard KB cavabdehlər Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, QSC Bank Standard KB Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit verilməsi haqqında 1xx/xx/66082/14 saylı müqaviləyə əsasən bank cavabdehə illik 25 faiz ödənilməsi, 24 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X5 xx.xx.2014-cü il tarixli 1xx/xx/66082/14 saylı zaminlik müqavilə əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzrərinə götürmüşdur. Zaminlik müqaviləsinə uyğun olaraq borc alan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borc alan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin dəbbə pulunun və icranın gecikdirlməsi ilə vururlmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdelərin xx.xx.2023cü il tarixinə banka əsas borca görə 1180,74 manat, faiz borcuna görə 79,51 manat, cəriməyə görə 1143,35 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 401,44 manat olmaqla cəmi 2805,04 manat borcu qalmışdır. Ona görə də cavabdehlər X1 və X2 müştərək qaydada əsas borca görə 1180,74 manat, faiz borcuna görə 79,51 manat, cəriməyə görə 1143,35 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 401,44 manat, dövlət rüsumuna görə 48,05 manat olmaqla cəmi 2853,09 manatın ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət X7 Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı LPO QSC Bank Standart KB-nin nümayəndəsi A.V.Hüseynov iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi cavabdeh X4 qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən QSC Bank Standard KB ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/66082/14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən QSC Bank Standard KB, borcalan Cavabdeh2 və zamin X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1xx/xx/266082/14 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, borcalan zaminliklə təyin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi halda zamin borc alanla birlikdə borc verən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və borc alan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. LPO QSC Bank Standart KB-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1xx/xx/66082/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 1180,74 manat, faiz borcuna görə 79,51 manat, cəriməyə görə 1143,35 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 401,44 manat olmaqla cəmi 2805,04 manat borcu vardır. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 074794 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 492 saylı akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-4295\2023 saylı qərardadına əsasən iddiaçı LPO QSC Bank Standard KB-nin avabdeh Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli 1xx/xx/66082/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1180,74 manat, faiz borcuna görə 79,51 manat, cəriməyə görə 1143,35 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 401,44 manat, dövlət rüsumuna görə 48,05 manat olmaqla cəmi 2853,09 manat tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4295/2023 saylı mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2016-cı il tarixdən) kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borcverənin zaminə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı LPO QSC Bank Standard KB-nin cavabdeh X4 qarşı xx.xx.2014-cü il tarixli 1xx/xx/66082/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1180,74 manat, faiz borcuna görə 79,51 manat, cəriməyə görə 1143,35 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 401,44 manat, dövlət rüsumuna görə 48,05 manat olmaqla cəmi 2853,09 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4295/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4295/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver