Məhkəmə qərarları › İş №e-2(001)-432/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-432/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-432/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 17509.08 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla cəmi 17509.08 manat və ödənilmiş 143 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh bağlanmış 2562/2020 saylı xx.xx.2020- ci il tarixli Kredit müqaviləsinə əsasən, Cavabdeh 18% olmaqla 36 (otuz altı) ay müddətinə 40850 (qırx min səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq,cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində "xxxx" ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-cimaddəsi) Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Keçirilmiş ekspertiza nəticəsində təqdim edilən ekspert rəyi cavabdehin borcunun olduğunu təsdiq edir. Bundan başqa xəbərdarlıq məktubunu 2022-ci ildə göndərsələr də, həmin tarixdən sonra borclu tərəfindən ödənişlər edilmiş, hətta borclu rəhbərliyə təqdim etdiyi 2023-cü il tarixli ərizəsində borcunun olduğunu qəbul etmiş, lakin birdəfəlik ödənişlər edə bilməyəcəyini, aylıq 1000 manat ödənişə imkanı olduğunu bildirmişdir. Lakin sonradan həmin ödənişi də, ödəməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, tələb edilən kredit məbləği ilə razı deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 03 iyun 2020-ci il tarixli 2562/2020 saylı kredit müqaviləsinə əsasən bank kredit alana 36 ay müddətinə, illik 18 % olmaqla 40850 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

6. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 03 iyun 2020-ci il tarixli 2562/2020 saylı müqavilə üzrə 08 avqust 2024cü il tarixinə 17509,08 manat hesablanmışdır.

7. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 03 iyun 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 23347,13 manat borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

8. Cavabdeh iddiaçı təşkilatın rəhbərliyinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində göstərir ki, maddi vəziyyəti yaxşı olmadığından, krediti ödəyə bilmir. Xahiş edir ki, hər ayın 12-də olmaq şərtilə ayda 1000 manat ödəməyə ona möhlət verilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/643 saylı, 12 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “03 iyun 2020-ci il tarixli 2562/2020 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 17509,08 manat, faiz borcu üzrə 6,671,66 manat məbləğində, xx.xx.2022-ci il tarixə (xəbərdarlıq tarixinə) əsas borcu 20869,30 manat, faiz borcu 2477,83 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

10. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 143 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

11. Kredit verən bank "xxxx" MMC ilə Cavabdeh arasında 03 iyun 2020-ci il tarixli 2562/2020 saylı kredit sazişi bağlanmış, bank kredit alana 36 ay müddətinə, illik 18 % olmaqla 40850 manat məbləğində kredit vermişdir.

12. Cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 17509,08 manat borc hesablanmışdır.

13. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.

14. Əvvəlki məhkəmə iclaslarında cavabdeh ondan tələb edilən borc məbləği ilə razılaşmadığından, yaranmış mübahisənin həlli üçün mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

15. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/643 saylı, 12 iyun 2025-ci il tarixli ekspert rəyi ilə, Cavabdeh banka olan borcu maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 17509,08 manat məbləğində müəyyən edilmişdir.

16. Cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan sonra borcdan ödənişlər edildiyindən və bunlar hesabdan çıxarışlarla öz təsdiqini tapdığından artıq həmin hissə öz əhəmiyyətini itirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

25. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

27. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

28. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinə münasibətdə qeyd edir ki, tələb edilən məbləğin həqiqiliyi ekspert rəyi ilə də öz təsdiqini tapdığından cavabdehdən iddiaçının xeyrinə 17509,08 manat məbləğində pul vəsaiti tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 iyun 2020-ci il tarixli 2562/2020 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17509,08 manat məbləğində pul vəsaiti və 143 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

35. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 03 iyun 2020-ci il tarixli 2562/2020 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17509,08 (on yeddi min beş yüz doqquz manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar