Məhkəmə qərarları › İş №e-2(001)-4328/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4328/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4328/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi, Vəkil3, Cavabdeh2 nümayəndəsi, Vəkil2, Cavabdeh2 vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 108.000 manat pulun və həmçinin iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 398 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 təxminən 8 ildir ki tanıyır. Cavabdeh2 əvvəllər onun yanına avtomobil təmiri ilə bağlı gəlib-getdiyindən yaxın tanışlıq münasibətləri yaranmışdır. Onu əvvəllər Sumqayıt şəhərində həm də market nəzarətçisi kimi də görüb tanımışdır. 2021-ci ilin yanvar ayında Cavabdeh2 ona ət işi ilə məşgul olub, qazanc əldə etmək təklifi irəli sürmüş və satılan ətin hər kiloqramından əlavə olaraq ona 0,15 manat gəlir kimi pul verəcəyinə söz vermişdir. Həmçinin, onu digər Cavabdeh1 ilə tanış etmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli əlyazma ilə ticarət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satışdan əldə olunan gəlirdən iddiaçıya pul ödəməyi və iddiaçı tələb etdiyi halda 2 ay ərzində onun pulunu geri qaytarmaq öhdəliyini üzərlərinə götürmüşdürlər. Cavabdehlərin vədlərinə inanaraq iddiaçı bu iş üçün başlanğıc olaraq 2021-ci ilin yanvar ayında Nərimanov rayonu, Təbriz küçəsində 30.000 manat məbləğində pulu cavabdehlərə vermişdir. Sonra Cavabdeh2 hər həftə qazancdan ona 500 manat pul vermişdir. Bundan 3 ay sonra cavabdehlər işin böyüdüyünü deməklə əlavə vəsaitə ehtiyac olduğunu dedikdə iddiaçı cavabdehlərə 2021-ci ilin mart ayında əlavə 30.000 manat pul vermişdir. Bundan sonra Cavabdeh2 hər həftə ərzində ona 1.000 manat gəlir olaraq pul vermişdir. Bir ay sonra daha cavabdehlərin işin həcminin yenə artırılması təklifinə uyğun onlara 60.000 manat pulu onlara vermiş və sonuncu həftə ərzində ona 1800 manat qazanc verməyə başlamışdır. Cavabdeh2lə söhbət zamanı, o işlərin yaxşı getdiyini, dövriyyənin 350.000 manata çatdığını, başqa investorlarında işə qoşulduğu barədə məlumat vermişdir. Lakin iddiaçı 350.000 manatlıq vəsaitə görə heyvanların az olduğunu, düzgün işlərin aparılmadığından şübhə etməyə başlamışdır. Sonuncu dəfə Cavabdeh2 iddiaçıya həftəlik qazanc pulu verərkən ona və Cavabdeh1 pula görə mayanın az olduğunu irad bildirdikdə Cavabdeh2 Qulunun avtomobilində 100.000 manat pul olduğunu deməklə istədiyi vaxtda həmin pulu götürə biləcəyini ona demişdir. Lakin, iddiaçı pula görə deyil işin düzgün qurulması və aparılmasına irad və narazılığını ifadə edərək pulunu həmin vaxt götürməmişdir. 2021-ci ilin iyun ayında qazanc pullarının gecikdiyini görərək iddiaçı cavabdehlərdən verdiyi 120.000 manatdan 55.000 manatını geri almışdır. Lakin təxminən 1 saat sonra cavabdehlər onu aldadaraq başqa bir çox gəlirli işin olduğunu, iddiaçıya yaxşı gəlir gətirəcəyini deməklə həmin pulu ondan geri almışdır. Sonradan Cavabdeh2 işdə qazanc olmadığını demişdir. Bundan sonra iddiaçı dəfələrlə pulunu cavabdehlərdən tələb etsədə, lakin cavabdehlər müxtəlif bəhanələrlə onun pulun qaytarmaqdan imtina etmişdirlər. Cavabdehlər iddiaçıdan aldıqları pulların ümumilikdə yalnız 12.000 manatlıq hissəsini qazanc formasında ona qaytarsa da, iddiaçının 108.000 manat pulunu cavabdehlər iddiaçıya qaytarmaqdan imtina etmişdirlər. İddiaçı hüquqlarının qorunması və ona qarşı dələduzluq cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, lakin Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 xx.xx.2021ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əlyazma ilə ticarət müqaviləsi də ilkin olaraq 30.000 manat pulun iddiaçı tərəfindən cavabdehlərə verilməsini təsdiq edir. Cavabdehlər ilə “Whatsapp”sosial şəbəkəsi üzərindən yazışmalar zamanı cavabdehlərin iddiaçıya 108.000 manat pul borcunun olması təsdiq edilir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçıya cəmi 12000 manat məbləğində pul qaytarılmışdır. Quluya 30000 manat müqavilə ilə, 30000 manat isə Əli vasitəsi ilə verilib. Qulu aldığı puldan cəmi 12000 manat ödəniş edə bilib. İzahatlarda Əli tərəfindən də təsdiq edilmişdir ki, Fəramizdən 120000 manat pul alınıb. Odur ki, iddianın təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 8 ildir ki, tanışdırlar. 2021-ci ilin yanvar ayında Əli iddiaçıya ət işi ilə məşğul olmaq təklifi irəli sürmüş və ətin hər kiloqramından 0,15 manat gəlir kimi pul verəcəyini vəd etmişdir. İddiaçını digər cavabdeh Qulu ilə də Əli tanış etmişdir. 2021-ci ilin yanvar ayında ididaçı Əliyə 30000 manat pul vermişdir və Əli ona hər həftə qazancdan 500 manat pul vermişdir. İddiaçı 3 ay sonra 2021-ci ilin mart ayında işin böyüdülməsi adı ilə 30000 manat əlavə pul vermişdir və ona hər həftə 1000 manat pul verilmişdir. 1 ay sonra işlərin həcminin daha da artırılması üçün cavabdehlər iddiaçıdan 60000 manat pul almışlar. Beləliklə iddiaçı cəmi 120000 manat pul vermişdir. İddiaçı pulları Əliyə vermiş, Əli isə Quluya verəcəyini demişdir. Hətta Əli səs yazılarında etiraf edir ki, iddiaçıdan 120000 manat götürmüşdür. 2021-ci ilin iyun ayında iddiaçı qazanc pulları gecikdiyinə görə 55000 manat pulu cavabdehlərdən geri almış, lakin cavabdehlər ona başqa yaxşı gəlirli işin olduğunu deyərək, onu aldatmaqla 55000 manatı geri almışlar. Sonradan isə Əli iddiaçıya işdə qazanc olmadığını demişdir. İddiaçı dəfələrlə pulunu geri istəsə də, cavabdehlər müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Beləliklə cavabdehlər iddiaçıdan aldıqları 120000 manatdan 12000 manatı qazanc kimi qaytarsalar da, 108000 manatı qaytarmamışlar. Cavabdeh tərəf 30000 manat borc götürüldüyünü və 55000 manat qaytardıqlarını desə də, bu inandırıcı deyildir. Nəyə görə 30000 manat borca görə 55000 manat qaytarıblar? Qulu və Fəramiz şərik olmayıblar. Fəramiz 1-ci dəfə 30000 manatı Qulu və Əlinin də iştirakı ilə Əliyə vermiş, Əli isə pulu Quluya vermişdir. Digər 30000 manat və sonrakı 60000 manat birbaşa Əliyə verilib, Əli də pulu aparıb Quluya vermişdir. İşə başlayanda Fəramizlə Əlinin arasında gedən danışıq zamanı Əli ona Qulunun şəriki olduğunu demiş və investisiya qoymasını, ona da gəlirdən faiz verəcəklərini demişdir. Fəramiz də ona inanaraq işə pul qoymuşdur. 55000 manat pul Fəramizə qaytarılanda maşında Əli, Qulu və Fəramiz olmuşdur. Qulu pulu Əliyə vermiş, Əli də Fəramizə vermişdir. Daha sonra Əli Fəramizə zəng vuraraq başqa bir işə pul yatırmasını təklif etmiş, Fəramiz də oğlu vasitəsilə ilə həmin pulu Əliyə göndərmişdir. Ümumilikdə Fəramiz 120000 manat pul vermiş, ona 4000 manat qazancdan, 8000 manat borcdan olmaqla cəmi 12000 manat qaytarılmışdır.

5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı cavabdeh Əlidən Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçı şikayətində qeyd edir ki, Əli ona 5 ay hər ay qazanc verib. Şikayət ərizəsində qeyd edilir ki, Əli tərəfindən iyul ayına kimi ona hər həftə pul verilib. Polisdə vermiş olduğu izahatında isə deyir ki, ona hər həftə 1800 manat məbləğində pul verilib. Bu ödənişləri 5 ay ərzində hesabladıqda 39 000 manat ödəniş edilməsi görünür. Lakin iddiaçı iddia ərizəsində özünə 12 000 manat qaytarıldığını bildirir. Cavabdeh kimi Cavabdeh2 özü də, digər Cavabdeh1 şikayətçidir. Belə ki, Qulu Əlidən 29 000 manat pul alıb. Əli Qulunun təklifi ilə Fəramizə işdən çıxmağı təklif etmişdir. Lakin sonradan o, öz oğlunu Qulunun yanında işçi kimi qoyaraq, özü quluya Şərik olmuşdur. Tərəf kimi Cavabdeh2 qarşı olan iddianı qəbul etmirlər. Lakin hər bir halda Fəramizə olan borc ödənilməlidir. Faktiki olaraq, hazırki mübahisədə Əli də, digəriləri kimi aldadılmışdır.

6. Məhkəmə iclasında Cavabdeh2 vəkili X4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Qulu və Fəramizi özü tanış etmişdir. Fəramizə Qulu ilə gördüyü iş barədə təklif irəli sürmüşdür. O Fəramizdən əvvəl də, Qulu ilə işləmişdir. Belə ki, o, işə investor cəlb edir, pullar ona verilir, o da Quluya vermiş, Qulu isə rayonlardan heyvanlar almışdır. Aralarında olan müqavilə şərti ondan ibarət idi ki, heyvanlar Bakıya gəlib çatana qədər risklər investorun üzərində olmalıdır. Bakıda heyvanların kəsim yerində Qulu və Fəramiz alqısatqı edirdilər və risklər artıq icraçıya keçirdi. Bundan sonra Qulu ətin kafe, restoran kimi müxtəlif yerlərə satışını təşkil edirdi. Özü isə bütün işə nəzarət etmişdir. Qulu investora qazancdan ətin kiloqramına 15 qəpik vermişdir. İnvestordan sonra qalan qazancı Qulu ilə o, 50/50-yə bölmüşlər. Bir neçə ay bu qaydada işlədikdən sonra Qulu yay aylarında işlərin zəiflədiyini, qazancın azaldığını və ətin kiloqramına 1 qəpik verəcəyini, əvvəlki gəliri yalnız işə şərik olmağa razılaşanlara verə biləcəyini demişdir. İnvestorlardan yalnız 2 nəfər şərik olmağa razılaşmışdır ki, bunlardan biri də Fəramiz olmuşdur. Qulu Fəramizə 55 000 manat qaytarsa da, sonradan həmin pulu Fəramizdən geri istədiyindən, Fəramizin oğlu pulu gətirib ona vermiş, o da, aidiyyəti üzrə Quluya vermişdir. Bu proses 1 saat müddətində deyil, daha çox vaxt ərzində baş vermişdir. Bu işdə onun məsuliyyəti yoxdur. Qulu pulları onlardan alıb, lakin hara xərcləyib bilinmir. Ona bu barədə deyəndə, əvvəlcə pulun onda olduğunu geri verəcəyini demiş, daha sonra isə “katkatı” işinə 200 000 manat pul yatırdığını və zərər etdiyini demişdir. Ondan zərərin necə baş verməsini soruşduqda zərəri sübuta yetirə bilməmişdir. Qulunun hazırda özü daxil olmaqla başqa investorlara borcu vardır. Axrıncı dəfə ondan 29 000 manat pul alıb. Onun bu işdən cəmi 20 000 manat gəliri olmuşdur. Fəramizin qoyduğu puldan isə 4000 manat qazancı olmuşdur. Fəramiz Quluya cəmi 120 000 manat pul vermiş, Qulu isə qazancdan əlavə 12 000 manat ona pul qaytarmışdır. Fəramiz işin sonlarında Quludan narazı idi. Qulu hətta ona 100 000 manat təklif etmişdir ki, qoyduğu pulu götürüb işdən çıxsın. Ancaq Fəramiz pulu götürmədi və işdə qalmağa davam etmişdir. X7 yanında işləmişdir. Fəramiz işin gedişatını izləmək üçün oğlunu onun yanında qoymuşdur. Məhkəməyə təqdim etdikləri səs yazıları Qulunun xəbəri olmadan tərəfindən yazılmışdır. Qulu dəfələrlə onlara yalan danışdığından onun səsini yazmaq qərarına gəlmişdir. Onlar 5-6 nəfər olmaqla pullarını Quludan tələb edəndə o, borcunu etiraf etmişdir.

8. Cavabdeh2 nümayəndəsi, vəkil iddiaya etiraz təqdim edərək, iddianın Cavabdeh2 münasibətdə təmin olunmamasını, Cavabdeh1 münasibətdə iddianın təmin edilməsini xahiş etmişdir.

9. Etiraz Cavabdeh2 adından aşağıdakı qaydada əsaslandırılmışdır:

10. Hazırkı mülki iş üzrə digər Cavabdeh1 onun uzaq qohumudur, əvvəllər onunla görüşmədikləri üçün münasibəti olmamışdır. Onunla ilk görüşləri 2020-ci ilin noyabr-oktyabr ayında Cavabdeh1 istəyi ilə onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayonun ərazisində olmuşdur. Cavabdeh1 haradansa eşitmişdi ki, onun ticarət mallarının daşıması ilə məşğul olan tanışları var və X18 ət məhsulları göndərmək istəyirdi. Həmin görüşdə Cavabdeh1 ona bildirdi ki, o, topdan satış ət işinə baxır, onun Heydər Əliyev prospektində iri buynuzlu heyvanların kəsimi üzrə yeri var, əgər tanış kafe, restoran varsa onlara ət verə bilər. Onu bir dönərxana işçisi ilə tanış etmişdir və o, həmin dönərxanaya ət verməyə başlamışdır. Cavabdeh1 bu işlərindən görmüşdür ki, o, həqiqətən də ət işi ilə məşğuldur. 2020-ci ilin noyabr axırları Cavabdeh1 zəng edərək bildirmişdir ki, əgər onun dediyi qiymətə diri danalar təşkil etmək mümkün olsa, həmin heyvanların topdan satışı ilə məşğul ola bilər. Bundan sonra o, Cavabdeh1 Bakıda bir-iki nəfər ilə tanış etmişdir ki, ona satmaq üçün heyvan versinlər. Həmin şəxslər təqribən bir ay müddətində Cavabdeh1 satmaq üçün heyvan verdilər. Cavabdeh1 2020-ci ilin dekabr ayında bildirdi ki, bu şəxslərlə işləmək ona çətindir, əgər öz pulu olsaydı özü gedib rayonlardan heyvan alıb gətirib satardı, real müştərilər də olduğu üçün daha çox pul qazana bilərdi. O, Cavabdeh1 inanaraq, onun təklifini tanışı Nazim Ələkbərova təklif etmişdir və o da öz növbəsində özünün dostu Kamranla iş barəsində danışmışdır. Bundan sonra Kamrangilin evində Cavabdeh1 ilə görüşmüşlər. Həmin görüşdə Cavabdeh1 bildirmişdir ki, əgər pul qoyulsa həmin pulun yarısı depozit kimi işlədiyi qəssabxanalara, qalan yarısı isə ətin alınması üçün dövriyyədə istifadə edəcəkdir. Qazanc olaraq pul sərmayəsi yatıran şəxslərə ətin hər kiloqramına görə 15 qəpik pul verəcəkdir. Cavabdeh1 fikri ilə razılaşdıqdan sonra növbəti gün Kamran adlı şaxsin Binəqədi rayonu, Vorovski deyilən ərazisində yeləşən evində hər biri 30.000 manat olmaqla ümumilikdə 60.000 manat Nazim Ələkbərov və Kamrana aid pul sayılaraq Cavabdeh1 verildi. Bundan sonra Nazim Ələkbərov iş görülməsi üçün əlavə olaraq 40.000 manat da Cavabdeh1 verdi. Cavabdeh1 işin şərtlərini danışanda bildirmişdir ki, götürdüyü pula görə diri heyvan gətirəcək, video görüntü ilə və ya yerində heyvanlara baxaraq, çəkisini onlara bildirərək investorlara qazanc verəcəkdir. İlk vaxtlar hər həftə qazanc olaraq investorların bank kartlarına Cavabdeh1 tərəfindən pul keçirildi. İşin belə aparılmasından 2-3 ay keçdikdən sonra Cavabdeh1 birdirmişdir ki, yeni müştərilər tapıb işi böyütmək olar. Qulunun ilk dövrlərdəki hərəkətlərindən sonra ona olan inam daha da artmışdır. Bundan sonra bu işi İddiaçı adlı tanışına təklif etmişdir və onu Cavabdeh1lə ilə tanış etmişdir. İddiaçı Cavabdeh1lə danışandan sonra təqribən 2021-ci ilin fevral-mart aylarında Bakı şəhərinin İzmir küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən İddiaçı öz iş yerində 30.000 manat pulu Cavabdeh1 vermişdir. Cavabdeh1, həmin şərtlərə uyğun olaraq, İddiaçı da qazanc verməli idi. Cavabdeh1 İddiaçı bir müddət qazanc verdikdən sonra İddiaçı əlavə olaraq 30.000 manat və bir müddətdən sonra isə 60.000 manat məbləğində pulu işlədiyi yerdə Cavabdeh1 verdi. Nazim Ələkbərov da belə bir iş olması barədə dostları Azər, Rəşad, Vasif və Mehdidə bildirmişdir və onlar da bu işə pul qoymuşlar. Müəyyən vaxtlarda Vasifin 70.000 manat, Azərin 30.000 manat və Rəşadın 30.000 manat pulları Cavabdeh1 verildi və bu pullar verildikdən sonra bütün investorlar hər həftə Cavabdeh1lə görüşərək va ya video konfrans edərək, birlikdə bu pulla heyvanların alqı-satqısını hayata keçirib qazanc əldə edirdilər. Sonra o, xəbər tutmuşdur ki, Azər Cavabdeh1, əlavə olaraq, 20.000 manat pul vermişdir. Təqribən 2021-ci ilin may ayında Heydər Əliyev prospektində yerləşən Cavabdeh1 məxsus yerində onun və adını bilmədiyi Mehdinin dostunun iştirakı ilə 100.000 manat Mehdiyə aid pul Cavabdeh1 verildi. Bu pul Mehdinin dostunun iştirakı ilə Cavabdeh1 aid avtomobildə sayılaraq ona verildi. O, bunların heyvan alqı-satqısında, işin aparılmasında iştirak etməmişdir. Belə ki, Cavabdeh1 deyirdi ki, işlər yaxşı gedir, onun iştirakına ehtiyac yoxdur. Nazim Ələkbərov və Azər onunla birlikdə bu işdə onun da icraçı kimi Cavabdeh1 tələb etsələr də, Cavabdeh1 müxtəlif bəhanələr gətirərək onun bu işlərdə iştirakından boyun qaçırmışdır. Hətta o bu işə bir yaxınını təyin etmək üçün Cavabdeh1 deyəndə, o, buna etiraz edərək, başq şəxsi istəmədiyini və qardaşı Ukraynadan gələndən sonra onu qoyacağını bəhanə edərək, onun adamından imtina etmişdir. Qulu Mammadquliyev investorlara qazanc ödəməyi gecikdirdikdə, alqı-satqı etmədən karta pul qoyduğuna görə onlarda şübhələr yarandı və 2021-ci ilin iyul ayının əvvəllərində Nazim Ələkbərov, Azər və özü Cavabdeh1 işdə onun iştirakını israrla tələb etməyə başlamışlar və ona bildirildi ki, bundan sonra bütün alqısatqılarda o, da iştirak etməlidir. X6 iştirakına razılıq versə də, yenə də müxtəlif bəhanələr gətirməklə onun bu işdə iştirak etməyinə imkan verməmişdir. 2021-ci ilin iyul ayının əvvəlində Cavabdeh1 bildirdi ki, iş zəifləyib, qazanc verə bilmir, kim istəyirsə kiloya 1 qəpik qazanc verə bilər və bundan sonra şərik kimi onunla işləyə bilər. X14 Rəsulov Cavabdeh1 şərikləri olmaq təklifinə razı olsalar da, qalan investorlar bu takilifə razı olmadılar və onunla olan şərtə əsasən iki ay müddətində pullarının qaytarılmasını tələb etdilər. Cavabdeh1 də onlara bildirdi ki, avqust ayının 7-nə kimi pulun bir qismini qalan hissəsini isə sentyabr ayının 7-də qaytaracaqdır. Avqust ayının 6-da Cavabdeh1 Nazim Ələkbərova məxsus evdə görüş zamanı onlara demişdir ki, qəssablardan pulu yığa bilmədiyi üçün əlində nağd pul yoxdur ki, böyük sayda, yəni 230 ədəd dana alıb gətirsin və həmin danaları topdan sataraq, 400.000 manata yaxın pul investorlara qaytarsın. Nazim Ələkbərova demişdir ki, onun pulu yoxdur, Azər də telefonla onun verəcək pulunun olmadığını bildirmişdir. O, Cavabdeh1 investorların pullarını qaytarmaq niyyətində olmasına inanaraq, 29.000 manat dostlarından borc alaraq, ona vermişdir ki, gedib həmin danaları alıb gətirsin, satıb pulu qaytarsın. Cavabdeh1 həmin gün axşam ona bildirmişdir ki, 30.000 manat işdəki dövriyyədən pul götürüb onun verdiyi 29.000 manatın üstünə qoyaraq həmin danaları gətirib-satıb, investorların pulunu qaytaracaqdır. Həmin söhbət zamanı Nazim Ələkbərov və Azər Cavabdeh1lə konfrans edərək onun da Qulu ilə birlikdə getməyini Quludan tələb etsələr də, o bu tələbdən yenə də yayınmışdır. Cavabdeh1 bir neçə gündən sonra heyvanlar barədə soruşduqda, o, bildirmişdir ki, həmin pula 230 ədəd dana verməyə razı olmadılar, özü ilə apardığı pul miqdarında heyvan gətirib. Cavabdeh1 3-4 gündən sonra onun 29.000 manat pulundan 15.000 manat hissəsini qaytarmışdır. İddiaçı xəstəsi olması ilə əlaqədar israrlı tələbindən sonra ona da 12.000 manat pul vermiş və demişdir ki, bir neçə günə qalan 14.000 manat pulunu da qaytaracaqdır. Lakin bu günə kimi həmin 14.000 manat pulu Cavabdeh1 qaytarmamışdır. Bu hadisədən sonra onda tam yəqinlik yarandı ki, Cavabdeh1 onları aldadır. Bundan sonra avqust ayının 13-də Nazim Ələkbərova məxsus evdə o, Nazim Ələkbərov, Kamran görüşmüşlər. Cavabdeh1 cavab verdi ki, 190.000-200.000 manat kat-katı deyilən öz işinə qoyub. 140 000 manat depozitdə qəssablardadır, 130.000 manat əlində dövriyyədə pul vardır. Ondan kat-katı deyilən işin göstərməsini tələb etmişlər, Çünki bir gün önca ona bu işin Biləcəri olmasını demişdir, lakin sonradan bildirmişdir ki, həmin iş Biləsuvardadır və lazım olsa göstərə bilər. Bu görüşdə ondan nə üçün onlarda icazəsiz bu pulun özünə aid “kat-katı” deyilən işə qoymasını soruşduqda bildirmişdir ki, səhv edib və onu, yəni “kat-katı”nı satıb pullarını verəcəkdir. Bundan başqa söz vermişdir ki, bazar ertəsi ya pullarını tapıb verəcək, ya da pul tapmasa əvəzinə ev və ya maşın girov qoyacaqdır. Cavabdeh1 qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün həmin danışıqlar tərəfindən mobil telefonu vasitəsilə səsin yazılması həyata keçirildi. Cavabdeh1 verdiyi vədə əməl etməyərək, pulu bazar ertəsi qaytarmadığından, avqustun 18-də o, İddiaçıla birlikdə Cavabdeh1gilə gedib ondan pulu tələb etmişlər. xx.xx.2021-ci il tarixində onun İddiaçıla birlikdə Cavabdeh1lə görüş zamanı ona məxsus "iPhone 8" markalı, +**********98 nömrəli mobil telefonu vasitəsi ilə danışıqları qeydə alınmışdır. Həmin vaxt Cavabdeh1 pulun “kat-kati”ya qoyduğunu danaraq zərər etdiyini bildirərək, yenə də onları aldatmağa çalışmışdır. Avqust ayının 18-də bir nəfər şəxs onun +**********98 nömrəli mobil telefonuna +**********16 mobil nömrəsi ilə zəng edib dedi ki, o İlyasın qardaşı Rəşiddir. Nömrəni İlyas vermişdir ki, xəbərdar edib desin ki, Cavabdeh1 pul verməsinlər. Belə ki, Qulu onlardan 130.000 manat pul alıb vermir. Rəşid daha sonra dediki, onda Cavabdeh1 səs yazısı var və ondan nə üçün belə etdiyini soruşduqda, Cavabdeh1 onlara bildirmişdir ki, bu piramidadır və bu işdən çoxlu pul qazanacaqdır. Rəşid daha sonra demişdir ki, ondan ətin kilosunu 9 manata alıb, 8 manat 50 qapiyə satırdı ki, heyvandan nağd pul əldə etsin. Bu danışıq zamanı Rəşid bildirmişdir ki, qardaşı onun maşınında ev sənədi görüb, Cavabdeh1 kiminsə adına ev almışdır. Hazırda hesab edir ki, Cavabdeh1 ilk növbədə onun, Nazim Ələkbərovun və Kamranın etibarını qazanmaq üçün 2021-ci ilin yanvar ayından işin zəif getdiyini əsas gətirməklə, 20.000 manat Nazim Ələkbərova, Faramiz Rəsulovun 50.000 manatını işin zəif olması səbəbi ilə geri qaytarmışdır. Lakin bir neçə gündən sonra işin yenidən düzəlməsini deyərək, həmin məbləğdə qaytararaq, bir neçə gündən sonra yenidən ondan bu pulları geri almışdır. Bir dəfə pulu İddiaçı geri almışdır. Bundan başqa İddiaçı ona bildirmişdir ki, heyvanların sayının pulla uyğun olmaması ilə bağlı işin həcminin az olmasına görə Cavabdeh1 şübhələnir. Buna görə də Fəramiz Rasulov oğlunu Cavabdeh1 işlərindən xəbərdar olsun deyə onun yanında işə göndərmişdir. Mehdidən Cavabdeh1 pul götürən günü ondan iş barəsində soruşduqda onu və İddiaçı Fatmayi qəsəbəsində yerləşən bir fermaya aparmış və 90-na yaxın iri buynuzlu heyvanı göstərərək, işin yaxşı getdiyini bildirmişdir. Cavabdeh1 iddiaçı da daxil olmaqla yuxarıda adları qeyd edilən şəxslərə, eləcə də ona 14000 manat pulunu aldadaraq əldə etdiyi və bu pulları qaytarmaqdan boyun qaçırdığına görə xx.xx.2021-ci ildə Binəqədi RPİ-nə şikayət arizəsi ilə müraciət etmişdir. Lakin uzun araşdırmadan sonra Cavabdeh1 barəsində cinayət işinin başlanmasından imtina edilmişdir. Hal hazırda Cavabdeh1 əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna kollektiv şəkilində Nazim, Rəşad, Azər və özü tərəfindən şikayət hazırlanmış və təqdim ediləcəkdir. Yuxarıda qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixində o, İddiaçıla birlikdə Cavabdeh1lə görüşüb ondan İddiaçı aid olan pulu tələb etmişlər. Həmin görüş zamanı ona məxsus "iPhone 8" markalı, +**********98 nömrəli mobil telefonu vasitəsi ilə danışıqları qeydə alınmışdır.

11. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, tərəflər arasında işin görülməsi üçün Fəramiz tərəfindən 30000 manat pul qoyulandan sonra riskləri Qulu tək özü daşımamışdır. Tərəflər işin görülməsi üçün pul qoymuş, lakin qurduqları işdə uğur qazana bilməmişlər. Qulu müqavilə ilə Fəramizdən 30000 manat pul alıb, nəticədə isə görəcəkləri işə görə riskləri hər biri daşısa da, işdə naliyyət əldə edə bilməmişlər və müflis olmuşlar.

12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Fəramiz, Qulu və Əli arasında 2021-ci ilin yanvar ayında müqavilə bağlanmış, onlar birgə fəaliyyətlə məşğul olmuşlar. Fəramiz 30 000 manat məbləğində investisiya ödəmişdir. Fəramiz yatırdığı puldan hər həftə xeyri və qazancını almışdır. Qulu 30 000 manatdan başqa iddiaçıdan pul almamışdır. Hətta Qulu polisdə verdiyi izahatında qeyd etmişdir ki, o, 55 000 manat pulu Əliyə vermiş, Əli də maşında Fəramizə qaytarmışdır. Qulunun Fəramizə borcu yoxdur. Beləliklə Qulu iddiaçıdan yalnız 30 000 manat götürüb, 12 000 manat ona qoyulan investisiyadan qazanc kimi qaytarıb və daha sonra 55 000 manat aldığı pulu qaytarıb. CD disklərdəki səs yazılarının Qulu məxsus olmasını cavabdeh özü təsdiq edir, lakin səs yazıları onun xəbəri olmadan yazılmışdır. Əli bu işə investor cəlb etməklə məşğul olmuşdur. Ona hər ay qazancdan 1000, 2000, 3000 manat olmaqla pul ödənilib. Qulu 55000 manatı Əliyə verib ki, Fəramizə qaytarsın. Həmin pul da Fəramizə qaytarılıb. Daha sonra Fəramiz tərəfindən həmin pul Quluya geri qaytarılmamışdır. Ümumiyyətlə bu işdə tərəflər birlikdə işləmiş, işə investisiya qoymuş və zərərə getdikləri üçün pul batmışdır. Qulunun bu işdə məsuliyyəti yoxdur. Məhkəməyə təqdim olunmuş səs yazıları Qulunun xəbəri olmadan yazılmışdır. Qulu polisə verdiyi izahatında cəmi 472 000 manat pul götürdüyünü, həmçinin Fəramizdən 120 000 manat aldığını etiraf etmişdir. Həmçinin izahatında Fəramizə 12 000 manat qaytardığını qeyd edir. Orada 55000 manatı Fəramizə qaytarması və daha sonra ondan geri alması barədə heç bir şey deyilmir.

13. Cavabdeh1 nümayəndəsi, vəkil məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizzəsi ilə məhkəməyə müraciət edərək etibarnamə üzrə nümayəndəsi və vəkili olduğu Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 108 000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, iddia ərizəsində qeyd edilən məbləğlə bağlı hər hansı sübut qeyd edilmədiyindən tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 və Vəkil1 xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə uyğun birgə fəaliyyətlə məşğul olmuşlar, Fəramiz yatırdığı puldan hər həftə öz xeyrini və qazancı almışdır. 30 000 manatdan başqa qoyulan investisiyalarla bağlı tərəflər arasında müqavilə bağlanmamış və öhdəliklər müəyyən edilməmişdir. Hətta 2021-ci ilin iyun ayında Əlinin vasitəsi ilə Fəramizə 55 000 manat qaytarılması işdə olan qərarla təsdiq edilmişdir. Cavabdeh1 İddiaçı heç bir məbləğdə pul ödəməli olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

15. Binəqədi RPİ-nin İşnin müstəntiqi polis mayoru X9 tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Muradov vasif Abdülbəşir oğlunun müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi aşkar olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

16. İzahatı alınan Cavabdeh1 izahatında bildirmişdir ki, 2020-ci ilin dekabr ayında yaxın qohumu Cavabdeh2 ona zəng edərək ət işi ilə məşğul olduğu üçün ona köməklik edib yanında işləməyib qazanc əldə etməsini bildirmişdir. O, Əli ilə görüşüb sonuncu ona yerlər tapacağını, ora ǝt verib qazanc götürəcəyini demişdir. Əli ona bildirmişdir ki, onun Paşa dönərxanalarında tanışı var, onlara ǝt versinlər. Həmin yerə Paşa dönərə onlar 3 aya yaxın ət vermişlər. O ziyan etsədə hər dəfə ət verəndə Əliyə həftəlik 200 300 maanat qazanc vermişdir.Bütün bu işlərin onun pulu hesağına görülmüşdür. Əli ona pul verməmişdir. Əli onu Nazim və Kamran adlı şəxslərlə tanış etmiş və bildirmişdir ki, həmin şəxslər pul qoyub ǝt işi ilə məşğul olmaq istəyirlər. O hər ikisi ilə görüşmüş, onların verdiyi 60.000 manata iribunyuzlu heyvan alıb sata biləcəyini deyərək onların istəyi ilə hər kq-da 15 qəpik onlara pul verməli idi. O Əli ilə birlikdə Kamrana məxsus Vorovski adlanan qəsəbədəki evinə getmişlər. Əli həmin evdə Nazimdən və Kamrandan 60.000 manat pul götürüb özünə saxlamışdır. Evdən çıxan zaman Əli həmin pulu ona vermişdir. Həmin pulun müqabilində onlar 7 aya yaxın bir yerdə işləmişlər. O rayonlardan iribunyuzlu heyvanlar gətirərək kəsdirib topdan satış mağazalara vermiş və oradan götürdüyü qazancdan 70.000 manata yaxın pulu Kamran və Nazimə vermişdir. 9 ay ərzində Əliyə 50.000 manatdan artıq pul vermişdir. İşin ortalarında Əli ona bildirmişdir ki, tanış adamları var, onlar da bu ət işinə qoşulmaq istəyirlər. Onlardan Ramiz adlı şəxsdən Nazim və Kamrandan pul götürülən dövrdə Əli 30.000 manat ona pul vermişdir. Ramizə və digərləri kimi 25.000 manat xeyr vermişdir. X20 adlı şəxsdən pul alaraq ona 30.000 manat vermişdir. Həmin pulun müqabilində Rəşadın 5000 manat pulu, əlbəəl isə Əliyə 15000 manat vermişdir ki, Rəşada və digərlərinə çatdırsın. X21 və Mehdi adlı şəxslərlə tanış etmiş, Azər ilkin olaraq ona 25.000 manat dəyərində iribuynuzlu mallar satmış və sonra ona bildirmişdir ki, ki, ziyan etmişdir.Malları 20 qəpik bahasına hesabla onun dediyi kimi edib onun pulunu qaytarmışdır. Azər və ona 50000 manat, Mehdi isə 100000 manat pul vermişdir. Həmin pulu götürən zaman Əli onların yanında iştirak etmiş və həmin puldan qazanc əldə edib Azər və Mehdiyə ilkin olaraq qəbzlə 13.000 manat, sonra isə Əliyə 20.000 manat pul vermişdir. Həmin pulun içində Əlinin də xeyri olmuşdur. Sonda Əli ona 70.000 manat pul gətirmişdir ki, Vasif adlı şəxsin puludur, o da onların birgə işinə qoşulmaq istəyir. O həmin pulu götürmüş və Vasifin qazancı olaraq Əliyə qəbzlə 15.000 manat pul vermişdir. Əlində olan pullar malda və qəssablarda olduğu üçün o, Əlidən 29.000 manat pul götürmüşdür ki, mal alıb mağazalara versin ki, işləri dayanmasın. Əli ilə danışdığı kimi pulu ondan 2 həftəlik götürmüşdür ki, həftə ərzində əvvəl ona 15.000 manat, sonra isə 17.000 manat pul vermişdir. Onun Əliyə 2000 manat borcu qalıb Əli və digər bu işə pul qoyan şəxslər bilir ki, onlar pandemiya dövründə işləmişlər. Həmin vaxtda kafe, restoranlarda ətə tələbat olmadığı üçün aldığı mallar əlində qalıb gec satıldığına görə çəkiləri itdiyi üçün o həmin malları dəyərindən aşağı qiymətə satdığından 100.000 manat öz şəxsi pulu və 200.000 manat isə izahatında adlarını çəkdiyi şəxslərin pullarını batıraraq ziyan etmişdir. Onlar özləri də bilmişlər ki, bu işdə ziyan etmişlər. Həmin şəxslərin özlərində bildirmişdir. O Nazim, Kamran, Ramiz, Rəşad, Azər, Mehdi və Vasifdən Əlinin iştirakı ilə müxtəlif vaxtlarda 470.000 manat pul götürmüşdür. Həmin puldan 200.000 manat gəlir əldə etmişdir. 130.000 manat qəbzlə həmin şəxslərə, 70.000 manat isə əlbəǝl Əlinin vasitəsi ilə vermişdir. Ziyan çəkdikdən sonra həmin şəxslərin pulunu qaytarmağa söz vermişdir. Əli ona 2 həftəlik 29.000 manat vermiş, onun 27.000 manatını qaytarmışdır, hazırda ona 2000 manat borcu var.

17. Cavabdeh1, Cavabdeh2, İddiaçı və Rəsulov Rüfət arasında bağlanan xx.xx.2021-ci il tarixli ticarət müqaviləsindən görünür ki, Fəramiz ticarətin görülməsi üçün 30000 manat vəsaiti yatırım (sərmayə) etmişdir.

18. Müqavilənin 2-ci bəndinə əsasən heyvan alınan yerdən (rayonlardan) təhvil verilən məntəqəyə kimi (Bakı şəhəri) risklər Fəramizin üzərinə düşür. Müqavilənin 3-cü bəndinə əsasən hər kq ətin üstünə 0,15 manat əlavə olunub Əli və Quluya təhvil verilir. Müqavilənin 4-cü bəndinə əsasən həftəyə 3 və ya 3,5 ton ət satışı dövriyyəsi nəzərdə tutulub. Müqavilənin 5-ci bəndinə əsasən təhvil zamanı Fəramiz və ya qeyd olunan şəxsin nümayəndəsi iştirak edəcək. (ət kəsim məntəqəsi- moskovskiy pr) Müqavilənin 6-cı bəndinə əsasən hər dəfə mal təhvilində iştirak zamanı öncəki həftənin qazancı 0.15 manat /1 kq ödənəcək. Müqavilənin 7-ci bəndinə əsasən təhvil-təslimdən sonra (ət kəsim məntəqəsi-moskovskiy pr) bütün risklər Əli və Qulunun üzərinə düşür. Müqavilənin 8-ci bəndinə əsasən tərəflərdən biri bu müqaviləni xitam etmək istərsə, pulu dövriyyədən çıxartmaq üçün ən az 1 ay əvvəl xəbərdar etməlidir. İki aydan çox olmamaq şərti ilə pul geri qaytarılmalıdır.

19. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X9 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan vətəndaş X5, Cavabdeh2 və Cavabdeh1 onu aldadaraq pulunu ələ keçirməsi barədə müraciət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlamasının rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət etmələri nəzərlərinə çatdırılması qərara alınmışdır.

20. Cavabdeh1 Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rövşən Cavadova verdiyi izahatında göstərir: Cavabdeh2 ərizəsi ilə tanış olmuş və göstərilənlərə aydınlıq gətirərək bildirir ki, bu şəxs onun xalası qızı Zəhranın həyat yoldaşıdır. Təxminən 10 ildən artıqdır ki, onunla bir qohumluq münasibəti vardır. Buna baxmayaraq aralarında o qədər də, isti münasibətləri olmayıb. X10 heç yerdə işləmir, anası Könül Məmmədquliyeva müəllim, qardaşı Həsən tələbə və bacısı Nabat işsizdir. Özü 2018-ci ildən İqtisadiyyat Universitetini bitirsə də, kəsirləri olduğu üçün diplomunu ala bilməmişdir. 2019-cu ilin təxminən yanvar ayından Bakı şəhərində xırda buynuzlu heyvanların baş və ayaqlarını toplayıb Kuveytǝ, iribuynuzlu heyvanların qarın hissələrini toplayıb Vyetnama, qarında qatqat adlandırılan hissələri Honq-Qonqa göndərmişdir. İlkin olaraq 6,15,18 min ABŞ dollarlıq dövriyyəsi olub ki, həmin pullarında əksər hissəsini müştəri qabaqcadan ödəyib və özü sifarişi yerinə yetirdikdən sonra qalan pullarını almışdır. Bu barədə o, X2 baytarlıq sertifikatı, İqtisadiyyat Nazirliyindən Mənşə sertifikatı, Baş Dövlət Gömrük İdarəsindən Gömrük bǝyǝnnamələri almış və müştəriləri olduqca bu kimi işlərlə məşğul olmuşdur. Daimi xarici müştərisi olmadığına görə 2020-ci ilin əvvəllərindən Bakı şəhərində iri buynuzlu heyvanların topdan satışına başlamışdır. Təxminən 10.000 manat dövriyyə ilə bu işə başlamışdır. İlkin olaraq Bərdə, Ağcabədi rayonlarından gətirdiyi iribuynuzlu heyvanların kəsimini Bakı şəhərinin müxtəlif rayonlarında qəssab düknlarında kəsdirib satdırırmış. 2020-ci ilin son aylarına kimi müştəri, qəssab, mağaza saylarını xeyli artırmış və demək olar ki, şəxsi dövriyyəsi 100.000 manata çatmışdır. Onun ət işi ilə aktiv fəaliyyət göstərdiyini görən xalası qızının yoldaşı Cavabdeh2 onunla görüşüb təklif etmişdir ki, ona qoşulub, işləmək istəyir. O, da sonuncunun nə qədər vəsaitinin olduğunu soruşduqda özündə vəsait olmasa da yaxın dostları investor kimi bu işǝ vasait qoyacaqlar və əldə edilən gəliri şərikinə böləcəklər. O da, onun təklifi ilə razı olmuş və Əlinin Kamran adlı investor dediyi dostlarına məxsus ("Vorovski") M.Ə.Rəsulzadə qəsəbəsindəki evində görüşmüşlər. Kamrandan başqa Əlinin Nazim adlı investor dostu da həmin ünvanda onlarla görüşmüşdür. Görüş zamanı belə qərara alındı ki, Kamranla Nazim hər biri 30.000 manat vəsait qoymaqla ümumilikdə 60.000 manat pulla işə qoşulurlar. Həftə ərzində satılması nəzərdə tutulan 6-7 tonluq ətin hər kiloqramından onlara 15 qəpik pul verilməlidir. Bu barədə aralarında xx.xx.2020-ci il tarixli ticarət müqaviləsi bağlandı və işə başlanıldı. Həmin ərafələrdə də, bir ya iki gün keçmiş Cavabdeh2 Fəramiz adlı investor dediyi dostunu da bu işə dəvət etdi və sonuncu da qoşularkan 30.000 manat pul qoymuşdur. Pulu Əlinin ona öz evində (Binəqədi rayonu, 8-ci mikrorayonunda) qəbul etmişdir. Həftəlik Bərdə bazarından o və yaxud onun bu işə həvalə etdiyi şəxslər iribuynuzlu mallar gətməyə başlamışdır. Bakı şəhərinə mallar daxil olan kimi Nazim, Kamran va Fəramizə görüntülü zəng edib malları göstərir və özləridə əksər hallarda gəlib malların ümumi çəkiləri ilə tanış olur, hər kiloqramı üçün 15 qəpikdən ondan alacaqlarını gözləyirdilər və həftə ərzində onlara 1050 və ya 1100 manat hər birinə pul vermişdir. Həmin vaxt onun 100.000 manat şaxsi vəsaiti, Nazim, Kamran və Fəramizin hər birinin 30.000 manat olmaqla 90.000 manat vəsaitləri ilə ümumilikdə təxminən 190.000 manatla dövriyyə edib iş görmüşdür. Onların öz vasaitlərindən gələn gəlirləri onlara vermişdir. Təxminən iki ay sonra Əli Rǝşad adlı daha bir investor tanışını işə qoşdu və bunun üçün Əli ona Rəşadın adından 30.000 manat pul vermiş və ona hər kiloqram üçün 10 qəpik pul verilməsinə razılaşdırılmışdır. Həmin vaxtlarda Əlinin dostu Nazim daha 40.000 manat bu iş üçün əlavə pul qoymuşdur. Müəyyən vaxt fərqi ilə Əlinin Azər adlı dostu da 50.000 manatla işə qoşulmuşdur. Bundan sonra Əlinin Vasif adlı dostu 70.000, Mehdi adlı dostu isə 100.000 manatla investor qismində işə qoşuldular. Fəramiz isə əvvəlki 30.000 manatdan əlavə iş gedişində 30.000 və 60.000 olmaqla 90.000 manat pulu Əlinin vasitəsilə ona vermişdir. 2021-ci ilin may ayınadək toplam 470.000 manat dövriyyədə pul yığılmış və həmin məbləğlə o, işini davam etdirmişdir. Əlinin vasitəsilə almışdır. 2021ci ilin iyul ayına kimi adları qeyd olunan şəxslərə ümumilikdə gəlir olaraq 180000 yaxın pul vermişdir. 2020-ci ili aprel ayından alverində qismən ziyanlar olmasını müşahidə etsə də bunların aradan qaldırılmasının mümkünlüyünü güman etmidir. Hər gətirilən iribuynuzlu heyvanın çəkisi, sayı, gələn gəlir və ziyanı özündə qeyd etdikdə yay aylarında güman etdiyi gəlirin olacağını görmüşdür. Bu barədə o, Əliyə, eləcə də investorlara məlumat verib, xəbərdar etmişdir ki, pandemiya dövründə ictimai iaşə obyektləri tam olaraq fəaliyyət göstərmədiklərindən alver hesab edilən kimi getmir. İşlərinin yaxşı getməməsi səbəbindən Əlidən əlavə 30.000 manat pul borca istəmiş və özlüyündə düşünmüşdür ki, bu məbləğlə əlavə nisyə mallar alıb tezliklə ziyanı qapada bilər. 2021-ci ilin avqust ayının ortalarında Əli ona yaşadığı evdə 29.000 manat pul vermişdir. Təxminən 3 gün sonra həmin pulun 15.000 manatını onun özünə qaytarmışdır. Təxminən bir həftə sonra daha 12.000 manat pulunu Əliyə geri qaytarmışdır. Borca aldığı 29.000 manatdan ona cəmi 2.000 manat borclu qalmağına baxmayaraq Əliyə bu müddət ərzində 65.000-70.000 manat gəlir verdiyi halda ondan həmin pulu tələb etməyə başlamış, hətta şikayət edəcəyi ilə hədələmişdir. Adları qeyd olunan şəxslər tərəfindən ona verilən 472.000 manat təxminən 180.000 manatlıq hissəsini həm əlbəəl həm də rəsmi ödəniş vasitəsilə Əli daxil olmaqla investorlara ödəmişdir. Ödəniş vasitəsilə göndərdiyi pulun pullardan vergi çıxıldığından onlara əlbəǝl verilməsi təklif edildiyindən pulların əksər hissəsini onlara bu formada verməli olmuşdur. Qalan 292.000 manat pulu ziyan etmişdir. Belə ki, yay mövsümində alınmış mallar çəki verməmiş, satış zamanı qaralıb geri qaytarılmışdır. 2020ci ilin aprel ayından başlanmış qismən ziyan sonrakı aylarda artmağa başlamış və nəticədə külli miqdarda ziyan etməli olmuşdur. Tam əminliklə deyə bilər ki, investorların yatırdıqları vəsaitlər tam olaraq aidiyyəti üzrə sərf edilib, başqa sahələrə tərəfindən yatırım olunmayıb. Bunun sübutu üçün onlarla şahidi, mal aldığı, satdığı şəxslər, mağaza, səyyar dükanların satıcıları vardır ki, həmin şəxslər onun səmimi olduğunu təsdiq edə bilərlər. Bundan başqa hal hazırda 62.000 manatlıq nisyə dəftərində malı var ki, hələdə onların pullarını toplaya bilməmişdir.

21. Əliyev X16 RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rövşən Cavadova verdiyi izahatında göstərir: -Qulu bir müddət qazanc verdikdən sonra Fəramiz əlavə olaraq 30000 manat pulu, bir müddətdən sonra isə 60000 manat pulu, ümumilikdə 120000 manat pulu benzin doldurma məntəqəsində Quluya vermişdir. O, heyvanların alışında və işlərin görülməsində iştirak etməmişdir. Qulu işlərdə onun iştirakına ehtiyac olmadığını demişdir.

22. İş materialı kimi təqdim edilən CD disklərdə iş üzrə tərəflər arasında olan dialoqlar qeyd edilmiş və sübut kimi məhkəməyə təqdim edilmişdir.

23. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 398 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. İddiaçı ilə Cavabdeh1 tanışlığı Cavabdeh2 vasitəçiliyi ilə baş tutmuşdur. Cavabdehlərdən Cavabdeh2 onun dostu, Cavabdeh1 isə Cavabdeh2 qohumudur. (Cavabdeh2 Cavabdeh1 xalası qızının əridir.)

25. Cavabdeh1 özü iribuynulu mal-qaranının alışını və satışını həyata keçirməklə biznes fəaliyyəti ilə məşğul olmuşdur. Biznesinin inkişafı üçün digər Cavabdeh2 vasitəçiliyi ilə bir neçə investorla işləməyə başlamış, qoyulan investisiyalar hesabına biznesini inkişaf etdirmişdir.

26. Onun biznesinə (ət işinə) investiya qoyanlardan biri də, İddiaçı olmuşdur.

27. Belə ki, tərəflər arasında, yəni Cavabdeh1, Cavabdeh2, İddiaçı və Rəsulov Rüfət arasında xx.xx.2021-ci il tarixli ticarət müqaviləsi bağlanmış və İddiaçı ticarətin görülməsi üçün 30000 manat vəsaiti yatırım (sərmayə) etmişdir. Aralarında bağlanan müqavilənin şərtlərinə əsasən heyvanların alınan yerdən (rayonlardan) təhvil verilən məntəqəyə kimi (Bakı şəhəri) risklər Fəramizin üzərinə qoyulmuş, hər kq ətin üstünə 0,15 manat əlavə olunmaqla Əli və Quluya təhvil verilməsi, həftəyə 3 və ya 3,5 ton ət satışı dövriyyəsinin baş tutacağı razılaşdırılmışdır. Həmçinin mal-qaranın təhvil-təslimdən sonra (ət kəsim məntəqəsi-moskovskiy pr) bütün risklər Əli və Qulunun üzərinə düşəcəyi və tərəflərdən biri bu müqaviləni xitam etmək istərsə, pulu dövriyyədən çıxartmaq üçün ən az 1 ay əvvəl xəbərdar etməli və onun pulu 2 aydan çox olmamaq şərti ilə geri qaytarılmalıdır.

28. Tərəflər arasında münasibətlər biznesin müəyyən dövr uğurlu inkişafı nəticəsində inama söykəndiyindən İddiaçı tərəfindən qurulan biznesə ümumilikdə 120000 manat məbləğində investisiya qoyulduğunu və həmin puldan ona 12000 manat qaytarıldığını iddia etməklə, qalıq borcu cavabdehlərdən müştərək qaydada tələb edir.

29. Cavabdeh1 nümayəndəsi, vəkil iddia tələbini qəbul etməyərək, xx.xx.2021-ci il tarixli müqavilə ilə qoyulan investisiya məbləğindən, yəni 30000 manatdan başqa qoyulan pullarla bağlı tərəflər arasında müqavilə imzalanmadığını və öhdəlik müəyyən edilmədiyini, həmçinin tərəflərin şərik olmaqla birlikdə iş qurduqlarını və işdə uğur qazana bilməyib müflis olduqlarını bu səbəbdən hər hansı borcu olmadığını və Cavabdeh1 məsuliyyət daşımadığını bildirir.

30. Yaranmış mübahisənin digər tərəfi isə Cavabdeh2dur. Cavabdeh2 həm iddiaya etirazında, həm də ki, məhkəmə iclasında və polis idarələrində vermiş olduğu izahatlarında bildirmişdir ki, o, qurulan biznesə investor cəlb etməklə məşğul olmuşdur. İnvestitorlar tərəfindən ona verilən investisiyalar tərəfindən birbaşa Quluya təqdim edilmişdir. Qulu isə rayonlardan mal-qara alışını həyata keçirmişdir. Həmin pullar onun yox, Cavabdeh1 istifadəsində olmuş və sonuncu tərəfindən xərclənmişdir.

31. Bundan başqa məhkəmə araşdırması dövründə sübut kimi təqdim edilən və iş materiallarına əlavə edilən “CD” disklərində olan səs yazıları məhkəmə prosesində tərəflərin iştirakı və razılığı ilə dinlənilmişdir. Cavabdeh tərəf səs yazısının Cavabdeh1 məxsusluğunu təsdiq etsə də, səsin yazılması zamanı Cavabdeh1 məlumatının və icazəsinin olmadığı müəyyən edilmişdir.

32. Qoyulduğu və qaytarıldığı iddia edilən pul məbləğlərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Cavabdeh1 Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rövşən Cavadova verdiyi izahatında Fəramizin işə əvvəlki 30.000 manatdan əlavə, iş gedişində 30.000 manat və 60.000 manat olmaqla 90.000 manat pulun Əli vasitəsilə ona verdiyini özü təsdiq edir.

33. Bir digər məqam isə iddiaçıya qaytarıldığı iddia edilən 55000 manatla bağlıdır. İddiaçı tərəf Cavabdeh1 tərəfindən 55000 manat məbləğində pulun qaytarılsa da, cavabdehlər tərəfindən elə həmin gün geri istənildiyini bildirir. Cavabdeh1 nümayəndəsi, vəkil islə əksinə 55000 manat pulun iddiaçıya qaytarıldığını iddia edir. Digər Cavabdeh2 isə faktla bağlı olaraq Qulunun Fəramizə 55.000 manat qaytardığını, lakin sonradan həmin pulu Fəramizdən geri istədiyindən, Fəramizin oğlunun pulu gətirib ona verdiyini, onun da aidiyyəti üzrə Quluya verdiyini bildirir.

34. Xülasə cavabdehlər iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh2 iddiaçının ümumilikdə 120000 manat vəsaitini əksiksiz digər cavabdehə, yəni Cavabdeh1 verdiyini və həmin cavabdehin onları aldatdığını, eyni zamanda vəsaitin hara yoxa çıxmasından xəbərinin olmadığını bildirir. Cavabdeh1 nümayəndəsi iddiaçıya borcun olmadığını, onların cəmi 30000 manatla bağlı yazılı müqavilələrinin olduğunu, iddiaçının da təsdiq etdiyi kimi həmin pulun müqabilində 12000 və 55000 manat qaytarıldığını bildirir və ümumiyyətlə ticarətin iflas olmasına görə hər hansı məsuliyyət daşımadığını iddia edir.

35. Nəticədə işin mübahisəsiz halları: tərəflərin arasında xx.xx.2021-ci ildə ticarət müqaviləsinin bağlanması; iddiaçının mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi; telefon yazışmalarındakı səslərin tərəflərə məxsus olması. İşin mübahisələndirilən halları: hansı məbləğdə pulun alınması və qaytarılması; dövriyyədəki pulların aqibəti; müflis olmanın mövcudluğu və tərəflərin riski. Tətbiq edilən maddi hüquq normaları:

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi:

38. Tərəflər arasında ticarət müqaviləsi adı ilə birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. xx.xx.2021-ci il tarixdə bağlanmış həmin 3 tərəfli müqavilədə iddiaçı 30000 manat investisiya qoymaq barədə və cavabdehlər isə ət satışını təşkil etmək və gəlirdən investora qazanc vermək barədə öhdəlik götürmüşlər. Eyni zamanda müqavilədə investorun tələbi olduqda ən geci 2 ay müddətində qoyduğu vəsaiti geri almaq hüququnun olduğu müəyyən edilmişdir.

39. İddiaçının xx.xx.2021-ci il tarixli 30000 manat predmetli müqavilənin davamı olaraq ümumilikdə ticarətə 120000 manat vəsait qoyduğu tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Belə ki, cavabdehin Cavabdeh1 nümayəndəsi həmin faktın mövcudluğunu məhkəmə iclaslarında qəbul etməsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda və müstəntiqə vəkilin iştirakı ilə verdiyi izahatında Cavabdeh1 İddiaçı 120000(30+30+60 min) manat vəsaitini Cavabdeh2 vasitəsilə qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəflərin polis idarəsində verdikləri yazılı izahatlarını yazılı sübut kimi qəbul edir və nəzərə alır. Belə ki, onlar onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır və məhkəmə mübahisəsinin başlamasınadək ilkin olaraq verilən, bir neçə dəfə təkrarlanmaqla üst-üstə düşən ifadələr daha səmimi və inandırıcıdır.

40. Bundan başqa tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və hər üç tərəfin iştirak etdiyi görüşün səs yazısında da Cavabdeh1 Cavabdeh2 vasitəsilə İddiaçı 120000 manatlıq vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmin səs yazısındakı səsin Cavabdeh1 aid olmasını onun nümayəndəsi qəbul etsə də(hüquqlarını müdafiə etdiyi şəxslə dəqiqləşdirdikdən sonra), lakin həmin səs yazısının gizlin yazılmasına görə sübut kimi qiymətləndirilməli olmaması barədə etiraz etmişdir. Lakin bu məqamda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

41. Göründüyü kimi məhkəmə iclasında tədqiq edilən səs yazısı mübahisənin tərəflərinin iradə ifadələrini əks etdirdiyindən hüquqi mübahisənin həllində istifadə oluna bilər və bu qanunu pozmaqla əldə edilmiş sübut hesab olunmur.

42. Bundan başqa Cavabdeh1 nümayəndəsi izahatında və etirazında iddiaçının iddia ərizəsində göstərdiklərinə əsasən 55000 manatın qaytarıldığına istinad etsə də, lakin həmin etirazın formal və işin həqiqi hallarına uyğun olmadığı aşkardır. Belə ki, iddiaçı iddia ərizəsində 55000 manatın iyun ayında qaytarıldığını və sonradan həmin pulun yenidən Cavabdeh2 vasitəsilə Cavabdeh1 verildiyini bildirsə də, Cavabdeh1 nümayəndəsi tərəflər arasında mübahisənin daha sonradan yarandığını və hüquqlarını müdafiə etdiyi şəxsin hüquq mühafizə orqanlarına daha sonra izahat verdiyini, səs yazısının sonraya aid olmasını nəzərə almayaraq, iddiaçının işin faktiki halları ilə bağlı dəlillərindən hissəvi, yəni Cavabdeh1 sərf edən formada istifadə etməyə çalışmışdır. Hərçənd ki, Cavabdeh1 şəxsən polisə verdiyi izahatlarında da 55000 manatla bağlı mübahisə etməmiş və iddiaçıdan ümumilikdə alınan məbləği mübahisələndirməmişdir.

43. Ümumiyyətlə 120000 manat məbləğində sərmayədən 12000 manatdan çoxunun qaytarılması ilə bağlı hər hansı hal sübut edilmir. Hərçənd ki, Cavabdeh1 daha çox vəsaitinin qaytarıldığına istinad etsə də, həmin məbləğlərin qazanc kimi verildiyini etiraf etmişdir. Halbuki tərəflər arasında olan razılaşmaya əsasən qoyulan vəsait, qazanc çıxılmadan tam məbləğdə qaytarılmalı idi. Bu səbəbdən də iddiaçının qoyduğu sərmayənin tamamını (iddia tələbində göstərilən miqdarda)tələb etməsi əsaslıdır.

44. Cavabdeh1 nümayəndəsinin iddiaya etirazının dəlillərindən biri də tərəflər arasında yalnız 30000 manat dəyərində yazılı müqavilənin mövcudluğu olmuşdur. Lakin digər vəsaitin həmin müqavilənin davamı olaraq yatırıldığı, tərəflərin güvənmiş olduqları əvvəlki rəftara uyğun hərəkət etdikləri özlüyündə mübahisə yaratmır. Belə ki, digər vəsaitin Cavabdeh1 tərəfindən qəbul edilməsinin ticarət fəaliyyətindən irəli gələn hüquqi əsası olmasaydı, onda həmin məbləğin ya borc kimi qəbul edilmiş olması, ya cinayət yolu ilə əldə edilmiş olması müəyyən olunardı. Lakin Cavabdeh1 özünün də etiraf etdiyi kimi qazancı eyni qaydada qoyulmuş sərmayəyə uyğun verməyə çalışmış, dediyinə görə buna da qismən nail olmuşdur. Hər bir halda Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələbi baxımından digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

45. Bundan başqa risklərlə bağlı yaranmış mübahisəyə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir.

46. Üçtərəfli müqavilə üzrə hər bir tərəfin vəzifələri və hüquqları tam olmasa da, qismən təsbit olunmuşdur. Tərəflər arasında olan münasibətin xarakteri onu göstərir ki, bir tərəf sərmayə qoyur(investor), digər tərəf əlaqə qurur(vasitəçi), o biri tərəf isə ticarət fəaliyyətini həyata keçirir(icraçı). Yəni sərmayənin qoyulmasından sonra faktiki olaraq bütün fəaliyyəti icraçı həyata keçirir. Belə ki, o, malı(iribuynuzlu heyvan) alır, kəsir və satır, əldə edilmiş vəsaitdən isə xərclər çıxıldıqdan sonra gəliri bölüşdürür. Bu minvalla həm Cavabdeh2 tanış elədiyi iddiaçıdan, həm də digər şəxslərdən vəsaiti əldə edir və ticarəti öz istədiyi qaydada həyata keçirir. Yəni Cavabdeh1 istədiyi yerdən, istədiyi qiymətə malı alır, istədiyi qaydada və qiymətə satır və alqı-satqıdan əldə etdiyi gəliri öz hesablamasına görə müəyyən edir. Çünki o, yol, işçi və.s xərcini özü bilir və müəyyən edir və bununla bağlı müqavilənin digər tərəfləri qarşısında hesabat vermək öhdəliyi daşımır. Müqavilənin digər tərəflərini maraqlandıran amil razılaşdıqları kimi hər kg ətdən onlara müvafiq olaraq qazanc verilməsidir. İddiaçının videogörüntü və.s ilə nəzarət etməsi, sadəcə aldadılmanın qarşısını almaq məqsədi daşıyır. Yəni sərmayə qoyanın və vasitəçinin malın keyfiyyətini, yararlılığını, rentabelliyini və.s müəyyən etmək qabiliyyətində olmadıqları münasibətlərin xarakterindən və tərəflərin danışıqlarından aşkardır. Üstəlik “tərəflərdən birinin müqaviləni ləğv etmək istədiyi halda, pulu dövriyyədən çıxartmaq üçün ən az 1 ay əvvəl xəbərdar etməli, 2 aydan çox olmamaq şərti ilə pul geri qaytarılmalıdır” məzmunlu müqavilənin şərtinin də icraçının sərmayə qoyan qarşısında məsuliyyət daşıdığını təsdiq edir. Belə ki, müqavilə üzrə sərmayə qoyanın bir şəxs olduğu və müqavilənin tərəfi Cavabdeh2 prosesdə hər hansı fəaliyyətinin olmadığı aşkardır. Bu səbəbdən də əslində ticarət fəaliyyəti ilə bağlı bütün riskləri Cavabdeh1 öz üzərinə götürmüşdür. Çünki əks yanaşma yenə icraçının hüquqdan sui-istifadəsi nəticəsini doğurur. Belə ki, Mülki Məcəllənin 560-cı maddəsi həmçinin qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsini, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsini, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsini hüquqdan sui-istifadə hesab edir.

47. Eyni zamanda riskin yalnız icraçının üzərinə düşməsi və vasitəçinin məsuliyyətinin məhdudluğu onunla təsdiq olunur ki, müqavilə bağlandıqdan daha sonra, yəni əlavə 90 min manat vəsait qoyulduqdan sonra iddiaçı öz oğlunu Cavabdeh1 ət kəsimi yerinə yerləşdirməklə ticarət fəaliyyətində vasitəçisiz və birbaşa iştirak etməkdə maraqlı olmuşdur.

48. Bundan başqa müqavilənin “təhvil-təslimdən sonra(ət kəsim məntəqəsi) bütün risklər Əli və Qulunun üzərinə düşür” məzmunlu şərti də, Cavabdeh2 hazırkı vəziyyətdə yaranmış mübahisə ilə bağlı öhdəlik daşıdığı nəticəsini doğurmur. Çünki həmin şərtin ticarət fəaliyyətinin riski ilə bağlı olduğu müqavilənin digər bəndlərindən, müqaviləyə qədərki danışıqlardan, tərəflərin müqavilədən sonrakı hərəkətlərindən aydındır.(Bax MM 404-cü maddəsi) Yəni qeyd edilən şərt malın tələf olması, yararsız hala düşməsi, satılmaması, müştəri tapılmaması və.s kimi halları ehtiva edir. Halbuki hazırki mübahisədə belə hal yoxdur. Çünki sərmayə verilib Cavabdeh1, Cavabdeh1 etiraf etdiyinə görə həmin vəsait məbləğində mal alıb, lakin hazırda nə mal var, nə də sərmayə. Halbuki borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsinə görə məsuliyyət daşıya bilməz.(bax MM 448.4-cü maddəsi)

49. Bundan əlavə Cavabdeh1 nümayəndəsinin ticarətin iflas olması nəticəsində öhdəliyin icrasının mümkünsüzlüyü və buna görə də borclunun məsuliyyətinin istisna edilməsi barədə dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, əvvəla borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(bax MM 448-ci maddəsinin 1 və 2-ci bəndləri)

50. İkincisi iflas qənaətinin formalaşması üçün faktlar mövcud olmalıdır. Halbuki Cavabdeh1 bununla bağlı hər hansı dəlil gətirə bilməmiş, malın dəyərindən daha aşağı qiymətə satılmalı olmasını bildirməklə ticarət fəaliyyətinin çökdüyü qənaətini formalaşdırmağa çalışmışdır. Məhkəmə bu mənada cavabdehin bildirdiklərini dürüst hesab etmir və vicdanlılıq prinsipinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirir.

51. Belə ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir(Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı).

52. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçıya müqavilə öhdəliklərinin icrası zamanı zərər vurulduğu və bu zərərin Cavabdeh1 tərəfindən vurdulduğu sübut olunduğundan iddia qismən əsaslıdır və 108000 manat məbləğində pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

55. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

56. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

57. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

58. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

59. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

62. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məmmədqulı̇ yev Qulu Əhlı̇ man oğlundan 108000 (yüz səkkiz min) manat məbləğində pul vəsaiti və 398 (üç yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Rəsulov Fəramı̇ z Vəli oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

63. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Məmmədqulı̇ yev Qulu Əhlı̇ man oğlundan 108000 (yüz səkkiz min) manat məbləğində pul vəsaiti və 398 (üç yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Rəsulov Fəramı̇ z Vəli oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar