Məhkəmə qərarları › İş №e-2(001)-4403/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4403/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4403/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (açar sözlər: subroqasiya, sığorta,) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 788.43 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2dan və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2, mülkiyyət hüququ Cavabdeh1 məxsus “Hyundai Elantra minik” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1358.70 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Hyundai Elantra minik” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Cavabdeh2 tərəfindən idarə edilən “Hyundai Elantra minik” markalı **-FS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X1 bank hesabına mütənasib qaydada 571.27 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə etiraz və verdiyi izahatında bildirdi ki, iddiaçının iddiası ona aid hissəsi əsassızdır, o təmin edilə bilməz. İddia ərizəsində göstərilir ki, hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Hyundai Elantra minik” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Bildirirəm ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC mülkiyyətində olan “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün 50 manat olmaq şərti ilə Cavabdeh2 icarəyə vermişdir. Avtomobil notariat tərəfindən təsdiq olunmuş etibarnamə əsasında MMC-yə verilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə və akta əsasən “Hunday Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh2 təhvil verildiyindən vurduğu ziyana və yol hərəkəti qaydalarını pozmağa görə özü cavabdehlik daşıyır. Ona görə də qanunamüvafiq olaraq barəsində İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmişdir. Belə olan vəziyyətdə MMC-nin ona qarşı vurulmuş ziyanın tələb edilməsi tam qanuna ziddir. Hazırkı iş üzrə iddiaçıya vurulmuş ziyana və avtomobilimə vurulmuş ziyana görə icarə götürən Cavabdeh2 cavabdehlik və məsuliyyət daşıyır. Digər tərəfdən, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 icarə müqaviləsi əsasında "xxxx" MMC-dən mülkiyyətində olan, "Hyundai" markalı, "Elantra" modelli, ** FS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saz vəziyyətdə sürmək üçün götürmüşdür. Cavabdeh2 avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ziya Bünyatov prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və əzilməsi barədə məlumatı eşidəndən sonra həmin yerə getdi, avtomibilin yollar arasındakı qoruyucu zolaqda əzilib deformasiyaya uğramış, istismara yararsız vəziyyətdə qaldığını gördü. Yol polis əməkdaşları hadisə yerinə baxış keçirməklə müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları cavabdehin hadisə yerindən yayındığını demişlər. Avtomobili evuakator vasitəsi ilə cərimə meydançasına aparıb yerləşdirmişlər. Cavabdeh2 vurduğu ziyanları ödəmədiyindən məhkəməyə maddi ziyanın ödənilməsi tələbi ilə müraciət etdi, Masalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)- 2154/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Cavabdeh2 vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti, 60 (altmış) manat evuakatora ödənilmiş pul vəsaitinin əvəzi, 107 (bir yüz yeddi) manat ödənilmiş cərimə pulunun əvəzi və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvədədir. Məhkəmə qətnaməsi icra edilməsi üçün ƏN-nin Masallı rayon İcra və Probasiya İdarəsinə göndərilmişdir. Lakin Cavabdeh2 indiyə kimi vurduğu ziyandan bir manat da olsa ödəməmişdir. Müəssisəyə vurulmuş ziyan konktet olaraq Cavabdeh2 Qanunun tələblərini pozması nəticəsində baş vermiş və bu hal da ona sübuta yetirilmişdir. İddiaçı "xxxx" X1 iddiasının ona aid hissədə əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, Cavabdeh2 hazırda cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə bildirişi vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq, iddia ərizəsinə münasibət bildirməmiş, digər cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün 50 manat olmaq şərti ilə Cavabdeh2 icarəyə vermişdir. - Yol vərəqəsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, ** FS *** qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. - İXP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokolun və TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, “Hyundai Elantra minik” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. - 04.04.2023-cü il tarixli qüsur aktından görünür ki, “Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyinə dəymiş zərərin məbləği 1374,1 manat təşkil edir. - "xxxx" ASC tərəfindən "xxxx" X1 bank hesabına mütənasib qaydada 571.27 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - Masalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-2154/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti, 60 (altmış) manat evuakatora ödənilmiş pul vəsaitinin əvəzi, 107 (bir yüz yeddi) manat ödənilmiş cərimə pulunun əvəzi və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, cavabdehin etirazını və işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcələnin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan Cavabdeh1 məxsus avtomobil yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 tərəfindən idarə edilmişdir, yol nəqliyyat hadisəsini törətmiş şəxs avtomobili qanuni əsas üzrə idarə etmişdir. Avtomobil mülkiyyətçi tərəfindən avtomobilə dair alqısatqı, bağışlama hərəkətlərin edilməsi məqsədi ilə mülkiyyətçi tərəfindən iş üzrə Cavabdeh2 etibarnamə verilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi üzrə Cavabdeh1 mülki hüquqi məsuliyyəti istisna olunur. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Nəticədə sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) Cavabdeh2 (hadisəni törətmiş şəxsə) qarşı subroqasiya hüququ yaranmış, avtomobilin mülkiyyətçisinin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 788,43 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı "xxxx" X2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 788,43 (yeddi yüz səksən səkkiz manat qırx üç qəpik) manat pul tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar