Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4408/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, MK-00426-14/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 24 ay müddətinə müddətinə illik 23 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 götürmüş olduğu krediti faizləri ilə birlikdə müqavilədə nəzərədə tutan müddətdə və qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı kimi bankla Cavabdeh3 və Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı onunla eyni məsuliyyəti öz üzərilərinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank tərəfində təqdim edilmiş maliyyə arayışına əsasən, 06 mart 2023-cü il tarixə 11306,28 manat əsas, 1382,29 manat faiz, 471,13 manat dəbbə borcu olmaqla ümumilikdə 13159,8 manat borcu yaranmışdır. Bank "xxxx" ASC Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 03 dekabr 2021-ci il tarixli, MK-00426-14/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlərdən yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 129,48 manat, bank xidməti kimi 0,4 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh2 03 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 dekabr 2021ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh3 və Cavabdeh1 münasibətdə də qismən təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, MK-00426-14/21A saylı kredit müqaviləsi ləğv edilməli, 11306,28 manat əsas, 1382,29 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Dəbbə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 11306,28 manat məbləğində əsas borca 471,13 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 471,13 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, Bank "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 129,48 manatın 120 manat hissəsi, bank xidmət haqqı kimi 0,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi barədə iddiası qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, MK-00426-14/21A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11306,28 manat əsas, 1382,29 manat faiz, 200 manat dəbbə borcu olmaqla ümumilikdə 12888,57 manat məbləğində pul vəsaiti tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 120 manat, bank xidmət haqqı kimi 0,4 məbləğində pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4408/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4408/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver