Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-442/2024 15.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə 778,93 manat əsas borc və 184,12 manat faiz borcu olmaqla, 963,05 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 24% faiz olmaqla, 1300 manat məbləğində kredit verilmişdir. B.Mustafayev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən cavabdehin müraciəti əsasında 14 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlak onun tərəfindən qəbul edilmişdir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh 716,59 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu X4 arasında bağlanmış BPM**********80 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X3 18 ay müddətinə, illik 24% olmaqla, 1300 məbləğində kredit verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında 1674 nömrə ilə qeyd edilmişdir. - maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 716,59 manat əsas borcu vardır. - ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 2440 saylı və xx.xx.2023-cü il tarixli 4459 saylı məktublarından görünür ki, mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh adına Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə, 8V-248 reyestr nömrəsilə qeydə alınaraq vərəsəlik işi açılmış və bu barədə vərəsəliyin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Həmçinin vərəsə X1 qalmış miras əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X6, X7 və X5 tərəfindən X1 irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən Cavabdeh xeyrinə imtina verilmişdir. İddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə B.Mustafayev arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, B.Mustafayev xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iş materiallarından B.Mustafayevin ölümündan sonra Cavabdeh onun vərəsəsi kimi tanınsa da, sonuncu tərəfindən mərhumun aktivlərinin qəbul edilməsi halı müəyyən edilməmişdir (qalmış miras əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir). Buna görə də Cavabdeh "xxxx" ASC qarşısında heç bir öhdəliyi olmadığından və məsuliyyət daşımadığından iddiaçının iddia tələbi əsassızdır. Beləliklə, göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-442/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-442/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver